Paster


ilk adı nifrət olan, və host alliance-nin köhnə üzvü olan errant-ın yaratdığı, indi isə dağılmış olan difai adlı qrupun bir üzvü olaraq rapə başlamış, qrupdan çıxdıqdan bir müddət sonra koryolçu ilə takılmağa başlamış, və ən çox nəzərə o dövrlərində çarpmışdır, rapdan gedirəm söhbətini eləmiş raperlərdən biridir, koryolçu ona getməməsi üçün acapella falan edib, ama qaıytdıqdan sonra adını paster qoyub, koryolçunu qozlamayan, və artıq all in label-in bir üzvü olaraq özünü daha çox tanıtmağa başlamışdır,

azrap'də ən overrated rapçilərdən biridi.əminəm ki səs tonu fərqli olsaydı dinləyicilərinin sayı indikinin yarsı qədər belə olmazdı.6-7 aydan bir track çıxarır.bu qədər arayla track çıxaran bir rapçi daha keyfiyyətli işlər görməlidi mənim fikrimcə.proffesionallıqdan tamamilə uzaqdı,bir gün yeni albomun çıxacağını deyir,sabahsı gün fikrini dəyişir.hələ trackləri çıxartmaq müddətini demirəm.meqabaytlar tracki şəhərdə camaatın telefonunda fırlanmağa başlıyannan 1 il sonra track rəsmi olaraq youtube kanalında yayımlandı.tracklərində qafiyə xətrinə yazılmış sətirlərdə çoxdu.hər şeydən əlavə təqribən 4-5 ildi paster dinliyirəm,iştirak elədiyi konsertlərin deməy olar hamsında olmuşam,hələ indiyə qədər normal canlı çıxış elədiyini görməmişəm.bu qədər dinlənməsinin tək səbəbi də bayaq dediyim kimi qulağa xoş gəlməsidi.nə də olsa ingilis dilini bilməyib də amerika rapinə qulaq asıb,eminemnən güclü rap deyən yoxdu deyə deyə gəzən adamlar doludu ölkəmizdə,onları cəlb eləmək paster üçün o qədər də çətin məsələ deyil

Azərbaycanda gerçək dəyəri bilinməyən nadir istedadlardan biridir məncə.Amerikada və ya dünyanın hərhansı bir yerində çox böyük yerlərə gələ bilərdi karyerası ilə bağlı.

Topluluğa qatıl!

Yazmağa başlamaq üçün özünüzə bir Riskbudur hesabı yaradın və ya mövcud hesaba daxil olun.