Sevgilini unutmaq üçün məsləhətlər


feysbuk, instagram, whatsapp zad hər yerdən takibi buraxmaq ilə başlaya bilərsiniz. sizi istəməyənin həyatının hər saniyəsini öyrənmək üçün işlətdiyiniz enerjini həyata dönmək üçün saxlayın. özünüzə qulluq edin, dostlarnan daha çox danışın, mütləq küçəyə çıxın, təmiz hava alın, daha çox gülməli nəsələr ilə məşğul olun və özünü dünyanın ən gözəl/yaraşıqlı hiss eləyən insanına dönüb deyin ki sən tək deyilsən dünyada səndən milyardlarca vardır.

əgər o sənsiz yaşayırsa sən onsuz niyə yaşamıyasan? heç kəs üçün həyatda üzülməyə dəyməz deməli olmalı deyilmiş ki olmadı.heç vaxt niyə səndən ayrılıdı deyə sual vermə ona qoy getsin əgər səni buraxıb gedirsə səbəbini bilib neyniyəcəksən? ana və ata və övladdan başqa heç kəs əvəzedilməz deyil dost,sevgili kimi insanlar həyatda dəyişə bilər millət 20 illik yoldaşını boşayır sevgiliyə nə böyük ümid?sadəcə insanlardan ehtiyatlı olmaq lazım vəssalam mentalitet kıxdı mentalitet pıxdı deyərək bir tərəfdən də ailə qurmağın da ailəni saxlamağında dəyərini sıfıra endirdilər artıq yəni ki,əgər səbəb xəyanətdirsə ayrılığa vaxtında ayrıldığın üçün şükür edəcəksən

Əgər o sənsiz yaşaya bilirsə sən niyə onsuz yaşamayasan ki? Heç kəs üçün üzülməyə dəyməz həyatda.Olmalı deyilmiş ki, olmadı.Valideynlərdən və övladdan başqa heç kəs əvəzedilməz deyil, öyrənəcəksən zamanla.

Hər hansı alışqanlığı qazanmaq və ya tərgitmək üçün 21 gün qaydası var.21 gün onu etməsəniz böyük ehtimal həmin alışqanlıq ağlınıza daha az-az gələcək.Sevginin verdiyi hiss insanda dofamin, serotonin kimi hormonları artırdığından orqanizmimiz o hissi yenidən yaşamaq üçün sevgiyə ehtiyyac duyur.

Ayrıldıqdan sonra depressiyaya düşməyinizin səbəbi də budur.Bunu aşmaq üçün bu 21 gün ərzində sevdiyiniz hobbilərlə məşğul ola bilərsiniz.Bu bədəndəki hormon tarazlığını tənzimləməyə kömək edəcək.Yeni insanlar, yeni yerlər kəşf etməyə çalışın, çünki yeni insan tanımaq insanı şüuraltı yeni macəralara sövq etdiyindən insana özünü yaxşı hiss etdirir.Qətiyyən özünüzü içkiylə təsəlli etməyin onsuz bir işə yaramayacaq.Məsələyə romantik yanaşıb lap pis günə düşəcəksiniz.21 gün sonra istər-istəməz qismən unudacağsınız.Sonra isə onun yerinə başqası gələcək və onu demək olar unutduracaq.

Mission completed.

Topluluğa qatıl!

Yazmağa başlamaq üçün özünüzə bir Riskbudur hesabı yaradın və ya mövcud hesaba daxil olun.