Azərbaycanın ən böyük problemləri


kitab oxumamaq. qısa və konkret. bizdə olan tip problemlər dünyagörüşü olmayan insanların olduğu cəmiyyətlərdə olur.

azərbaycanın ən böyük problemi, mən allahdan başqa heç kəsdən qorxmuram psixologiyasıdı. vallah da elə allahdan başqa heç kəsdən qorxmayanlar zibilliyir hər şeyi. öz anasını bacısını yalnız başına bayıra buraxmayan oğlanlar,rahatca başqalarına baxıb şəhvətlənir. heçnəyin üstündə adam bıçaqlayan,oğurluq edən,qız,uşaq zorlayan gəlib sadəcə işində gücündə olan,ailəsinə dəstək olan,heç kimə problem yaratmayan homoseksuala kişilik dərsi keçir, ana öz qızını sorub soraşdırıb bir varlı,problemsiz oğlana sırımaq üçün qoruyub saxlıyır,ama öz oğlunun qızlarla fingirdəşməyinə,qızları aldatmağına fəxrlə baxıb, oğlunun hər eybini örtüb hansısa qadını bədbəxt edir. ata evdə hökm qoyub,bayırda kimlərinsə yanında quzuya dönür. anam başımın tacıdı deyənlər,hansısa qızları aldatmağdan yana anamın canı deyə yalandan and içir. millət bir birin sevmir,məktəbdə müəllim,xəstəxanada həkim,məhkəmədə hakim hər yerdə hamı bir-birinə yuxarıdan aşağı baxır. şəhərdə hamının üzündən zəhrimar yağır

İnsanımızın problem təhsil filan deyil,dünyagörüşüdür.Gənclər gənc olmalarına baxmayaraq gəncliklərini,azadlıqlarını yaşaya bilməməkləri də digər bir problemdir.tək problemin sevgi,sevgisizlik olduğunu sanıb balabəyə,üzeyirə qulaq asırlar,romantik ağlaşmalı türk filmləri izləyib kitab oxumurlar.düşüncələrini getdikcə daraldırlar və nəticədə öz beyinlərində qısılıb qalırlar

Hamının problemi bilib, heç kimin həlli tapmağa çalışmamasıdır.

Gənclikdən yetişkinliyə keçidin çox çətin olması.Ölkədə hər yaşda insan üçün ciddi sosial problemlər var.Mən inanmıram nə vaxtsa bu ölkənin düzələcəyinə.Hələlik burdayam, çünki qaçış yolunu tapa bilməmişəm.

İnsanların bir-birinə hörməti olmaması, bir-birlərinə kömək eləməmələri, özlərini dartmaları, başqa birini aldatmaqla beş on manat artıq qazanmağı böyük bir uğurmuş kimi görmələri, pulu hər şeydən üstün tutmaları, savadsızlıq, qanunsuzluq və s.

Bu siyahı beləcə uzanıb gedər amma məncə ən vacibləri bunlardır.

Ümidsizlikdi.

Gün keçdikcə ölkədə vəziyyət pisləşir.Artıq insanlarda gələcəkdə nə edəcəyini bilməməklə bağlı qayğılar pik səviyyəyə çatıb.Bununla bağlıdır hamısı.

Hər şeyin başında savadlı və dünya görüşlü valideyn dayanır.

Valideynlər uşaqların tərbiyyəsi, dünya görüşü və savadı ilə məşğul olsalar vəziyyət fərqli olar.Uşaqları basıb aparırlar pirə zir-zibilə, qollarına da qara ip bağlayıb standart həyat tərzində robotlar böyüdürlər.Dövlətin də günahı var amma burada əsas məsuliyyə cəmiyyətin üzərindədir.Gənclər özlərini dərk edə bilmirlərsə, qoyun kimi hər xurafata inanırlarsa, mentalitetlə, oğru ideyası ilə böyüyürlərsə bu valideynlərin günahıdır.Nə qədər ki, komplekslərindən qurtulmuş, öz güvəni yüksək və özünü inkişaf etdirməyə meyilli bir gənclik yarada bilmirik bütün problemlər böyük olaraq qalacaq.

Azərbaycanın tək problemi onun millətidi.Nə qədər ki millətimiz vorzakonlardan danışıb türməyə düşməyi özünə fəxr bilənlərdən, beldə bıçaq , cibdə 5 barmaq gəzdirməklə özünü zor sayanlardan, siqaret çəkib özünü böyük hissedənlərdən, şəhərdə 20 qəpik dilənənlərdən , heçkimin fikrinə hörmət etməyənlərdən, mentalitet adı ilə az qala qızların yaşamağına pis baxanlardan, biz dolanaq millət qozumuza da deyil deyənlərdən təmizlənməyəcək problemlər davam edəcək.

İl olub 2020, biz hələ də sırada durmaq mədəniyyəti ilə bağlı gileylənirik.Ən böyük problemimiz məncə lazımdır.Lazımın gəlməməsi bütün işləri yarıda qoyur.Yoxsa özünüz bilirsiniz ki, lazım gəlsə bu xalq sırayada durar, Qarabağı da alar, qaşlarını da alar, hakimiyyəti də dəyişər.

Təhsil sistemi yenidən hazırlanmalı, müəllimlərin minimum yarısı işdən çıxarılmalıdır.Geri qalan müəllimlərə yeni standartlarla məcburi təhsil verilməli və maaşları minimum 800 manat civarında olmalıdır.Bunlar edildikdən sonra ölkə gəncliyi minimum 100 il qabağa getməsə mənə nə deyirsiniz deyin.

Orjinallığın olmaması əsas problemdir.Əslində problemlər belə orjinal deyil.Onlarıda türklərdən kopyalayırıq.

Topluluğa qatıl!

Yazmağa başlamaq üçün özünüzə bir Riskbudur hesabı yaradın və ya mövcud hesaba daxil olun.