Durduq yerdə yazan köhnə sevgili


tam toparlanacaqkən özünü ortaya soxan şəxs.mesajında necəsən yazsa da, əsl mövzusu "hər zaman məni düşün amma heç vaxt sənin olmayacam", deyən bir məxluq.amma sən həmişə yadına saldı demək nəsə var deyə gəbərərcəksən.

illərlə aralıq ilə linkedin profilini ziyarət edən sevgili kimidir. qarşılıqlı ziyarətlər şəklində dostca yekunlaşar. məqsədi bir-birlərinə hər iki tərəfdən də yaşam belirtilerinin olduğunu göstərməkdir. kim nə deyirsə desin xoş bir şeydir.

Azerbaycana geldiyimi ortaq bir tanışımızdan öyrenib meni whatsapp bombardmanına tutan insandır. hele de çox sevdiyim, hörmet etdiyim deyerli insandır. öz sehvleri ucbatından "köhne sevgili" statusunu ebedi daşıyacaq dostdur. ne qeder çox hörmet elesen, sevsen de en salamatı mesaja cavab vermemekdir.

Sənə boş ümid verən, bütün köhnə dərdləri yadına salan şəxsdir.Etməyin, eləməyin.

çox canı sıxılan biridir. özel olaraq anlamayın heç ne yoxdu, seher oyananda peşman olacaqdır. yola verin.

Bayram mesajıdır o, olan işdi.Çox güman telefon siyahısındakı hamıya atıb.Üzərinizə alınmayın.

Sən yeni münasibətə başlayanda ötənləri yada salıb paxıllq etdiyi üçün mesaj atan kəsdir.Çox da şey eləmiyin.

Topluluğa qatıl!

Yazmağa başlamaq üçün özünüzə bir Riskbudur hesabı yaradın və ya mövcud hesaba daxil olun.