How i met your mother


İngilis dili öyrənmək istəyənlər üçün tövsiyyə edəcəyim serialdır.Dialoqların sadəliyi, məzmunu tam ingiliscəsini inkişaf etdirmək istəyənlər üçündür.Mənə çox faydası olmuşdu zamanında.

Bu dizinin populyar olduğu dövr mənim tələbəlik illərimə təsadüf edir.Həmin dövrdə netflix falan da yox idi.Axmaq-axmaq saytlarda oturub bölümlərin düşməyin gözləyirdik.Bəzəndə keyfiyyətli versiyası düşmürdü.Gözlə ki, gözləyəsən.

Tək izlədiyiniz təqdirdə çoxda maraqlı gəlməyəcək məncə.Əsl sevgiliylə, dostla izləniləcək serialdı.İlk 4 sezonuna ürəkdən güləcəksiniz.Sonrakı sezonlar bir az korlandı.

5 dostun aralarındakı hadiselerle insanları heqiqeten güldürmeyi bacaran 9 sezondan ibaret keyfiyyetli bir serial. serial ted mosby-nin uşaqlarını qarşısına oturdub size ananızla nece tanış olmuşam onun hekayesini danışacam deye başlıyır ve 9 sezon davam eliyir.

Keçən il məhşurluğu səbəbi ilə adını çox eşidirdim.Dedim oturum baxım.1 ay içində o boyda 9 sezonu bitirdim.Bilmirəm baxdığım ilk sitcom olduğundanmı, yoxsa elə özünün möhtəşəmliyindənmi hər bölüm maraqlı idi.

Maraqlı zarafatlara malik, gözləmədiyin anda səni güldürə biləcək serialdı.İzləyin, izlətdirin.

Ted mosby adlı bir memarın uşaqlarına onların anaları ilə necə tanış olduğunu danışmağı ilə bağlıdır.Serial əsasən onun gənc olarkən bu hekayədəki dostları Lilly, Marshall, Barney və Robin ilə New-yorkda yaşadığlarına fokuslanıb.

Friendsi daha öncə izləmiş biri kimi bu dizinin friends kopyası olduğunu deyə bilərəm.Hətta Friends-də bir replika ilə ötüşdürülən zarafatları bəzən bu dizi götürüb bir bölümə çevirirdi.Qısası izləməyin, izlətdirməyin.

Sitcom izləyəcəksinizsə Friends ya da Seinfeldlə başlayın.

2005-ci ildən 2014-cü ilə qədər yayımlanan möhtəşəm sitcom ve romcom janrlarında olan serialdı.208 bölüm, 9 sezondan ibarətdir və başlasanız bölümlər su kimi axacaq.Serialda hadisələr 5 əsas obraz ətrafında baş verir.

Bir çoxları serialın sonluğunu bəyənmədi.Təbii ki, spoiler verməyəcəm amma mənim üçün çox da gözləmədiyim hadisə olmadı.Əsasən də axırıncı iki həm gülməli həm də drammatik idi. Hadisələr çox sürətli baş verirdi.Son iki bölümü daha geniş çəkə bilərdilər zənnimcə, amma belə də bəyəndim təbii ki.Hər bölümündə gülmürsünüz, bəzilərində təsirlənirsiniz amma hər bölümündən zövq alırsınız.Bəzən baxıb kaş belə dostlarım olaydı belə deyə bilərsiniz.Bir də ingilis dilini inkişaf etdirmək isdəyənlərin də altyazılı və ya altyazısız baxmağı tövsiyə edəcəyim serialdır.

 9 sezon çəkən, hər bölümü 20 dəqiqəlik sitcom tipli amerikan serialı. hadisələr new-yorkda sakit bir dost qrupunun daxilində baş verir. yalnızca gülmək və vaxtını gözəl keçirtmək istəyənlərin baxmalı olduğu ən gözəl seriallardan biridir.

Topluluğa qatıl!

Yazmağa başlamaq üçün özünüzə bir Riskbudur hesabı yaradın və ya mövcud hesaba daxil olun.