İngiliscə öyrənənlərə tövsiyyələr


qısaca gündəlik istifadə olunan (ingiliscə) söz və söz birləşmələrini öyrənin. bir ara oxford universiteti elan etmişdi ən çox işlənən sözləri. onları beyninizə yazın, gerisi yaxşı olacaq

ingiliscə öyrənəndə ən vacib hissələrdən biri də listening-di. listeningi inkşaf elətdirmək üçün bunu link təklif eliyə bilərəm. easy dən başlayaraq müxtəlif səviyyələrdə listening materialları var. ən əlası isə oduki, hər listeningin sonunda onla bağlı suallar var. onları da cavablandırıb nə dərəcədə yaxşı anladığınızı biləcəksiz.

rosetta stone və english today proqramları ilə sıfırdan advanced səviyyəsinə qədər rahat qalxmaq olur. hər iki proqram pc üçündür.

Müəyyən səviyyəyə çatdıqdan sonra daha öncə izlədiyiniz filmləri ingiliscə izləyin listening üçün faydalı olacaq.

Sosial şəbəkələrdə xarici insanlarla danışmağa çalışın, görəcəksiniz ki, qrammatikaya çoxda beyin yormaq lazım deyilmiş.Mən bir yerdən sonra qrammatikaya çox fikir verməməyə başladım.Bir də qarşınıza söz öyrənmək məqsədi qoyun, gündə heç olmasa 10 yeni söz öyrənin.Danışmaqdanda çəkinməyin, danışmadığınız təqdirdə speaking inkişaf etməyəcək.

Sıfırdan öyrənmək üçün listening, speaking, reading, writing, grammar ardıcıllığı ilə irəlləmək ən yaxşı yoldur.Körpə uşaqlarda ana dilini bu cür öyrənir.Ən azından yoxlamağınızda fayda var.

Bir az bazanız varsa əgər, xarici serial və filmlərə alt yazı ilə baxa bilərsiniz.Ancaq fikrinizi danışıqlara və ifadələrə verməlisiniz.Bir müddət sonra isə ingiliscə alt yazıya keçid edib özünüzü inkişaf etdirə bilərsiniz.İndi internet dövrüdü, başa düşmədiyiniz sözlər üçün Google translate var.Urban Dictionary-də bu baxımdan faydalıdır.Çətin sözləri sadə ifadələr və dialoqlarla başa salır.

adını dəqiq bilmirəm, amma təsvirini verim. sarı, başı yapışqanlı note vərəqləri olur. yeni öyrəndiyiniz sözləri və frazaları onlara yazıb öz otağınıza, otağınız yoxdursa evin bir küncünə, ya da digər əşyalara yapışdırın ki, daim göz önündə olsun. bir müddət sonra xeyrini görəcəksiniz sözlər beyninizə hopanda.

Yaxşı kurs və səndəki mən bu dili öyrənmək istəyirəm şeyi kömək edir. misalçün,mənim getdiyim kursda müəlliməm litvalı 22 yaşlı çiçəh kimi qızdı. otağa girən kimi fsyo azəricə qalır çöldə. azıq deyə qrupda hamımız qoyulan mövzuya( mövzular maraqlı olur deyə fikir bildirməmək olmur) rahat fikir bildiririk. ingiliscə fikirləşib elə də danışırıq. mırt tuturuq, deyirik gülürük zad amma hamısı ingiliscə.azəricə danışan kimi brigita inciyir.ona görə zarafatımız zadımız hamsı ingiliscə olur. mən özüm də səy göstərirəm deyə babat nəticəsi var. nəm, bir yerde otururuq ingilis altyazılı kinolara baxırıq zad. özüm evdə söz ehtiyyatımı artırmaqla məşğulam. onu da nətər eliyirəm? kinolardan, kitablardan qabağıma çıxan sözləri vərəqə yazıb arxasına da mənasını yazıram. girib çıxıb oyun oynuyuram elə biki. vərəqi götürürəm, sözə baxıb mənasını fikirləşməyə başlayıram sora da arxasındakı cavaba baxıb düz ya səhv dediyimi yoxlayıram. bunu hər gün eliyrəm deyə, beynimə yazılır. sora da öyrəndiyim sözləri brigita ilə kursda praktika eliyirəm. yanı ki, yetər ki istəyin əzizlərim, yol həmişə var.

0 dan başlayırsınızsa birinci sözlər öyrənin sonra qrammatika yavaş yavaş 40 40 dəqiqəlik kinolara başlayın sonra öz üzərinizdə çalışın

İlk öncə söz bazanızı artırmağa çalışın.Sonra kurs kitab dəftəri qoyun kənara.Dualingo programı ilə bazanızı oturdun.Ən çox işlənən sözləri bildikdən sonra ən azından internetdə türkçə və azdilində heç nə oxumursuz.Googleda belə ingiliscə axtarış edin.Çıxan nəticəni başa düşmədin? Həmin dəqiqə qorxaq kimi mən başa düşmürəm deməyin bir sözlərin tərcüməsinə baxıb cümləni tərcümə etməyə çalışın.

Bir word faylı açıb bilmədiyiniz sözləri ora yazın.Hətta vhatsap qrupu açıb sözləri ora atmağınızı tövsiyə edirəm.İkinci tövsiyyəm isə sevdiyiniz işi, peşəni yada sizi maraqlandıran mövzu barədə ingiliscə oxumağa öyrənməyə çalışın.Beləliklə həm sevdiyinizi işi yaxşı görəcək, həm də ingiliscə öyrənməkdən bezməyəcəksiniz.Sonra forumlara falan girin insanlarla əlaqə yaratmağa çalışın sanki ingiltərədə yaşayırmışsınız kimi.

ingiliscə öyrənəndə ən vacib hissələrdən biri də listening-di. listeningi inkşaf elətdirmək üçün bunu  təklif eliyə bilərəm. easy dən başlayaraq müxtəlif səviyyələrdə listening materialları var. ən əlası isə oduki, hər listeningin sonunda onla bağlı suallar var. onları da cavablandırıb nə dərəcədə yaxşı anladığınızı biləcəksiz.

Ana dili ingiliscə olan biriylə tanış olub, mümkünsə hər gün onunla söhbət etmək.Bu halda həm bir növ dilə öyrəşəcək, həm də istədiyiniz qədər soruşub yeni şeylər öyrənəcəksiniz.

İki dilli lüğətlərdən isə məncə uzaq durmaq lazımdı.

Cambly-dən istifadə etməyi tövsiyyə edirəm.Xüsusən speaking problemi olanlar üçün çox faydalıdır.

Utanmayın.Həqiqətən dil öyrənməkdə ən böyük problemdir bu utanmaq məsələsi.Özünüzə güvəniniz olsun, səhv də olsa danışmağa çalışın daha rahat öyrənəcəksiniz.

Sözlər öyrənməyə çalışmayın.İngiliscə ifadələr öyrənin, bu həm sözlər, hem qrammatikanı avtomatik öyrədər.Həmçinin ing-az lüğətindən yox, Oxford lügetinden istifade eliyin.Sözün tercümesin yox mehz definition'ın, yeni ingilisce açıqlamasın, sinonimin öyrənin.Bu həm söz ehtiyatınızı artırar, həm də İngiliscə düşünmənizə şərait yaradar.

Topluluğa qatıl!

Yazmağa başlamaq üçün özünüzə bir Riskbudur hesabı yaradın və ya mövcud hesaba daxil olun.