Koronavirus


Qeyd etmək lazımdı ki, wuhan virusu iki fərqli karonovirusun mutasiyası nəticəsində yaranmış virusdu.Hazırda karonovirusun 270-ə yaxın növü məlumdu. Karonovirus ev pişiklərində belə görünə bilir.Amma insanlara zərər vermir.Sadəcə mutasiya keçirmiş karonovirusun insana zərər vurduğu məlumdu.Yəni ev heyvanlarında filan karonovirus olduğunu eşitsəniz narahat olmayın.Wuhan virusu deyil o.

İtaliyada insanlar marketləri soymağa başlayıb artıq.Burda da məsələ elə ciddiləşsə necə olacaq bilmirəm.

Növbəti günlərdə da sürətlə yayılacağını düşünürəm.Dünya ilə müqayisədə biz 1-2 həftə geridən gəlirik çünki.Artıq insanlardada təşviş artmağa başlayıb.Mümkün qədər itkisiz bu dövrü ötürə bilsək sonrası daha asan olacaq.

Mənidə vahiməyə salmağa başlayıb artıq.Əvvəllər ciddiyə almırdım amma xəbərləri gördükcə qorxmağa başlamamaq əldə deyil.Ən azından hökümət əhalinin təşvişin yatışdırmaq üçün tədbirlər görsə yaxşı olardı.

Artıq Türkiyədədə varlığı təsdiqlənib.Fərqindəmisiniz bilmirəm, getdikcə yaxınlaşır.Yaxın günlərdə karantinadakı xəstələrdən hansındasa virusun varlığı açıqlansa gözlənilməz olmaz.

Virusun ən sürətlə yayıldığı ölkənin İtaliya olması çox gülməli situasiyadı.Ortaya çıxdığı çində belə faiz nisbəti ilə bu qədər insan ölməyib.

Təkamülün özünü tənzimləmək üçün tapdığı başqa yeni yol. hadi yine iyisiniz.

Yerli mediada gəzən xəbərlərə görə daha 2 nəfəri korona virus şübhəsi ilə karantinaya alıblar.Məsələ ciddiləşir.

çində hər gün minlərlə pasient yaradan xəstəlik. məlum məsələ, xəstəlik 14 gün simptom vermir, bəzənsə heç simptom olmur. amma infeksiyanı sağlam insanlara keçirir. buna görə də xəstələnmiş insan sayı hər gün artır. əlamətsiz olduğu vaxtlarda da keçici olur deyə ağırlaşana qədər yayılma halları çoxdu. uzun sözün qısası bu gedişlə çini məhv edə biləcək bir xəstəlikdi. hansı ki pasiyentlərin sayı bu gedişlə artmaqda davam etsə bu çinə qarşı kənar dövlətlərin çox istəyəcəyi müharibə şansını yaradır. belə olduğu halda da biolojik silah fərziyyəsinin real olma ehtimalı artır, amma əmin ola bilmərik. çini son iki gündə pasientləri əvvəlki həftələrlə nisbətdə çox sürətlə artan yaponiya izləyir. ümumi siyahıya baxdıqda plagur inc. oyunu yadıma düşür. ümumiyyətlə belə böyükçaplı şeylər görəndə təsadüf olduğuna inam azalır. hansı ki bəzi şeylərin kinolar, oyunlar falan vasitəsiylə illər əvvəl publikaya nümayiş olunması məsələsi var. kobenin, trunpın simpsonlarla əlaqəsini misal çəksək yerinə düşər.

30-40 qəpiklik maskaları yoxa çıxaran, olanların isə maskanı 2-5 manat arası satmağına fürsət yaradan virus. azərbaycanda rəsmi 1 nəfərdə qeydə alınıb, gürcüstanda da həmçinin.

orta şərqə (israil, liv) və qonşumuz irana da gəlib çıxmış virus. it yiyəsini tanımayan əfqanıstan və geri qalmış potsovet məkanı daxil olmaqla putin kuklası ılkələrdə hələ də niyəsə(!) üzə çıxmamış virus. şimali koreyaysa hələ ki tək gediş-gəlişi olan çini və ətraf ölkələri ağuşuna almış bu virus barədə yoluxma faktlarını (təxmini say 1000-dən çox düşünülür) təsdiq etmir həkə ki. bir sözlə rəsmi statistikasına görə 80000mindən çox cari, 1000dən çox gündəlik yoluxması və 2000dən çox ölüsü olan, amma realda daha çox təxribat törətməkdə olan virus.

Virus artıq İtaliyada da yayılmağa başlayıb və hökümət bununla bağlı fövqəladə vəziyyət elan edib.Son statistikalara görə indi dünya üzərində 80 000 civarında insan virusa yoluxub.Ölənlərin sayı isə 3000-ə yaxınlaşır.Xüsusən yaşlılara və immuniteti zəif insanlara yoluxarsa böyük ehtimalla öldürür.

Virusun yarandığı mərkəz, huanan dəniz məhsulları mağazası hesab olunur.Yoluxanların bir çoxunun bu mağaza ilə birbaşa əlaqəsi aşkarlanıb və demək olar ki, əksəriyyətində ilkin simptomlar səbəbsiz yerə baş qaldıran ağciyər iltihabıdır.

Hal-hazırda çin hökuməti 11 milyonluq əhalisi olan Wuhan şəhəri də daxil olmaqla ətrafındakı 5 şəhəri tamamilə karantin altında saxlayır, hətta meşələrdən kənar şəhərlərə qaçışın qarşısını almaq üçün ordu nəzarət edir, bundan əlavə 6 şəhərdə isə ictimai nəqliyyat karantin altında saxlanılır.Hal-hazırda 1354 nəfərin dünya üzrə bu virusa yoluxması təsdiqlənib, və bunlardan 41-də ölüm halı baş verib.Ölümlərin hamısı Çindədir.Çin hökuməti həmçinin sırf bu virusa yoluxanların müalicəsi üçün 24 yanvardan başlayaraq 2.5 hektar ərazidə 1000 çarpayılıq yeni xəstəxana tikintisinə başlayıb.Fevralın 3-ə açılışı planlaşdırılır.

Topluluğa qatıl!

Yazmağa başlamaq üçün özünüzə bir Riskbudur hesabı yaradın və ya mövcud hesaba daxil olun.