Netflix


Netflixin bir serial tutan kimi 4-cü sezona qədər uzatmağı bezdirib uje məni.İlk sezonunu izləyib bəyəndiyim nə qədər dizi vardısa ikinci sezonları bərbaddı.Baxmağa heçnə tapmayıb googledan film axtarıram artıq.

axır vaxtlarda zibili çıxan sayt bacarmısan çəkmədə serial sənin işin çəkmək deyil çəkilənləri alıb saytua yerrəşdirməkdi,ama etiraf eləməliyəmki televizor reklamlarından qamnağın tək yolu

mənə elə gəlir, yoxsa əvvəllər serialların keyfiyyəti çox dahs yüksək idi? indi netflix sahibi özünü bir şey sayan ərgənlər bizə məsləhət verir ki, nəyə baxaq, nəyə yox. qadan alım, sən prison break, the walking dead, doctor who, əjdaha breaking bad-dən xəbərsiz mənə serial məsləhət verəcəksən? stranger things, you, le casa de papel. tamam, sizlər də serialsınız. amma əfsanə başqa şeydi. şəxsi fikrim

Bu şirkət işə illər öncə video kasetlərini icarəyə verərək başlayıb.Bizim bildiyimiz stream işində əslində çox yenidirlər. Son dönəmlərdə də artıq öz orjinal işlərini istehsal etməyə başlayıblar.Yaxın gələcəkdə onlayn platformadan çox prodakşn və produsinq şirkəti kimi də adını tez-tez eşidəcəyimizi təxmin etmək olar.

Məlumdur ki, son günlərdə hamı evdədi.Ona görə netflix kimi servislərin istifadə müddəti inanılmaz artıb.Dünən yayımladıqları statistikaya görə son 15 gündə abonə sayı 15% artıb.

Hesab açıb unutduğum platformadı.The crown izləyirdim sonuncu dəfə.Youtubeda vaxt keçirtmək daha maraqlıdı indi.Onsuzda boş vaxtda tapmaq olmur.

Son günlərdə artıq Netflixdə izləməyə yeni birşeylər tapa bilmirəm.Önə çıxardıqları ancaq öz serialları, filmləridir ki, onlarada baxmağa dəyməz.Yaxın gələcəkdə Disney plus ilə necə rəqabət edəcəyi maraqlıdır.

türkiyə düşmənliyini bura tökmək üçün yaradilmiyan platforma. kingdom, sense8, dark kimi qəşəng serialları vardır.

Netflix hesabım olmadan əvvəl daha keyfiyyətli kinolara, seriallara baxırdım.İndi googleda bir şey axtarmağa üşənirəm.Netflixdə nə varsa və qabağıma nə çıxırsa ona baxıram ancaq.

Qısası tənbəllik yaratdı məndə.

Playeri çox yaxşı işləyir.Buffering problemi yaşamırsan.Altyazı ilə baxmaq istəyənlər üçün də çox rahatdır.Alt yazının fontunu və ölçüsünü də dəyişmək olur.Bir də, izlədiyin filmləri yarıda qoyduqda sonradan xatırlatmaq kimi mükəmməl bir özəlliyi var.

 istədiyin serialı, filmi pirat formada izləmək imkanı varkən, netflixin nə mənası qalır mənim başım çıxmır.

Türkiyədə bizim pulla aylıq 5 manat 30 qəpik ödəyirdim basic paket üçün.Azərbaycana qayıdandan sonra vergiylə birlikdə aylıq 20 manata yaxın birşey ödəyirəm.

Hələ başlanğıc paketdən danışıram.Hansı ki, hd və full hd baxmaq mümkün deyil.

Azərbaycan kimi izləmə mədəniyyətinin zəif olduğu ölkələrdə Netflixin müəyyən bir kütlənin xaricində tutunacağını sanmıram.

Netflixi bir kənara qoysaq adicə dünyadakı trendlərdən xəbəri olmayan böyük bir kütlə var ölkəmizdə.Youtubeda trend siyahısına baxdıqda bunu görmək olur.

Topluluğa qatıl!

Yazmağa başlamaq üçün özünüzə bir Riskbudur hesabı yaradın və ya mövcud hesaba daxil olun.