Öyrənildiyində təəccübləndirən məlumatlar


yəqin səmada süzən təyyarələrin arxası ilə ağ tüstü buraxdığına şahid olmusuz. bu əslində tüstü deyil. belə ki, təyyarə uçarkən qarşı tərəfdən hava daxil olur və xaric olunur. hava daxil olaraq içəridə su buxarı ilə birlikdə xaric olunur. 8-10km yüksəklikdə havanın şaxta olduğunu nəzərə alsaq başa düşərik ki, su buxarında olan damcılar su kristallarına (buza) çevrilir. və nəticə olaraq ağ rəngdə iz salır səmada

Birinci dünya müharibəsi zamanı bir mesaj göyərçini bir ayağını və bir gözünü itirib, sinəsindən vurulmasına baxmayaraq məktubu lazımi yerə çatdırıb 194 əsgərin həyatını xilas etmişdir.

qarışqaların da insanlar kimi öz aralarında müharibələr etməsidir. bir qədər fərqli cəhəti bu müharibələrdə zəif qarışqalar ön, güclülər isə arxa dəstələrdə vuruşurlar.

dünyada bir xalq var ki, orada ölkəsinin azadlığı üçün vuruşan, xalqın dərdlərinə yanan insanlar həbs ediləndə, əsgərlikdə öldürüləndə, qızları səbəbsiz yerə həbs ediləndə həmin xalq reaksiya vermir.çox qəribədir.daha da təəccüblüsü isə odur ki, bütün bu susan insanlar harda baxsan susanları qınayır.

İl ərzində bir günümüzün uzunluğunun bəzən 30 saniyəyə qədər dəyişirmiş.Bu yerin günəşə məsafəsi ilə bağlıdı.Məsafədə ki, kiçik dəyişikliklər Yerin öz oxu ətrafındakı sürəti dəyişirmiş.

Niaqara şəlaləsindən yıxıldığı halda sağ qurtulan tək insan, yolda ayağının altında qalan portağal qabığı nəticəsində yıxılaraq vəfat edib.

Vatikanın İsrail-Fələstin münaqişələri mövzusunda Fələstinin, İran-Abş münasibətlərində isə İranın yanında durmasının səbəbləri mənə maraqlı gəlib həmişə.

Ginnesin rekordlar kitabının dini kitablardan sonra en çox satılan 2ci kitab olmağı

Puşkini dueldə öldürən Dantesin sonralar bir qızı olub.

Deyilənə görə, bu qız zamanla Puşkinin əsərlərini və haqqında yazılanları oxuduqdan sonra atasına "Sən bu adamı necə öldürə bilmisən" deyərək atasından imtina edibmiş.

tarixdən öyrədiyimiz yuxarı və aşağı misir dövlətləri coğrafi olaraq tərsinə yerləşirmiş. yəni xəritəyə baxanda aşağı misir yuxarıda, yuxarı misir aşağıda yerləşir. başqa sözlə aşağı misir şimalda, yuxarı misir cənubda olub. səbəbi isə coğrafi olaraq yuxarı misirin yüksəklikdə yerləşməsi imiş. yüksəkdə olduöuna görə nil ordan gəlirmiş. o vaxtdan adı qalıb yuxarı misir.

ii elizabeth böyük britaniyadan başqa kanada, avstraliya, yeni zellandiya, yamayka, barbados, papua yeni gvineya ve başqa bezi ada ölkeleri hansıkı cemi 16 dı birlikde commonwealth realms yaradırlar. özde ele bele kraliçe deyil babat elde gücü var.

Çinlilərin yemək yediyi çubuqların maraqlı tarixçəsi var:

Antik Çində insan sayı sürətlə artdığı üçün qida çatışmamazlığı var idi.Çinlilərdə yemək çoxalsın deyə yeməyi çox xırda parçalara ayırıb çubuqla yeyirmişlər.Ağac çox olmadığından taxtadan istifadə edə bilməyən kasıb Çinlilər bir əllərində yemək olan boşqab digərində isə çubuqla ayaq üstü yemək yeməyə çalışırmışlar.Bu çubuqlarda taxtadan yox sümükdən ya da film dişindən düzəldilirmiş.

yüksek doz ağrıkesiciden ölenlerin, yüksek doz kokain ve heroinden ölenlerin sayından çox olmağı. yüksek doz marixuanadan ölen olmamamasına baxmıyaraq, marixuana satıcılığına göre 1970'den beri 300'e yaxın adamın edam edilmesi.

Ağcanadların tarix böyü bir başa və ya dolayı yolla öldürdükləri insan sayının təxminən 45 milyard olaraq təxmin edildiyini öyrənəndə çox təəccüblənmişdim.Bir az şişirdilmiş rəqəmdə ola bilər amma çox sayda xəstəliyin bu yolla yoluxduğunu düşünsək, bəlkə də daha artıq olmalıdır.

Topluluğa qatıl!

Yazmağa başlamaq üçün özünüzə bir Riskbudur hesabı yaradın və ya mövcud hesaba daxil olun.