Qara dəlik


Deyilənə görə qara dəliyin ətrafına kəskin yaxınlaşan bir cism çəkimin təsirindən uzunsov bir forma alıb molekullarına parçalanır.İndiyə qədər hansısa bir filmdə bunun səhnələşdirilməməsi maraqlı haldı.

tərkibi, daxilindəki maddələr və s. bilinməyən nəhəng kosmos hissəsidir. qara dəlik fəzada hərəkət edərək qarşısına çıxan obyektləri, ulduzları, planetləri özünə dartır və yox edir. bu proses boyunca da getdikcə də böyüyür. çox dəhşətli bir şeydir.

Yüksək qravitasiyaya malikdir. qravitasiyası o qədər güclüdür ki, işıq sürəti ilə hərəkət edən fotonlar belə ondan qaça bilmir. fotonları özünə çəkir və fotonlar ona dəyib əks oluna bilmir. ona görə də biz onu görə bilmirik və qaranlıq bir müəmma olaraq qalır.

Qara dəliklər ilk dəfə 1790 cı illərdə laplace tərəfindən təxmin olunub. təbii ki nyuton mexanikasının köməyi ilə. laplace'a görə çox kütləli və çox sıxlığı olan bir cismdən qaçmaq üçün işıqdan daha böyük sürətlə hərəkət etmək lazımdır. uzun bir müddət sonra klassik mexanikanın açıqlaya bilmədiyi şeyləri açıqlayan və yeni qravitasiya nəzəriyyəsi olan ümumi nisbilik nəzəriyyəsi yarandı. 

Einstein field equations'dan istifadə edərək karl schwarzchild kürə formasında və hərəkətsiz cismin ətrafındakı məkan-zamana necə təsir etdiyini hesabladı. hesablamalardan alınan nəticəyə bugün schwarzchild metric deyilir. bu nəticə bugün bildiyimiz qara dəlikləri təxmin edirdi. nəticələr bizə məkan-zamanın sonsuz sıxlıqda olan nöqtələrini və bu nöqtələrin ətrafında güclü cazibə qüvvəsi səbəbilə əyilib-bükülən məkan-zamanı yəni qara dəlikləri verir. yaranan cazibədən heçnə hətta işıq belə qaça bilmir. 1960 cı illərdə isə roy kerr özünün kerr metric'i kəşf etdi. bu metrik öz ətrafında dönən cismin ətrafındakı məkan-zamana necə təsir etdiyini açıqlayırdı.

qara dəliklərin üç tipi var: stellar black hole ; primordial black hole ; supermassive black hole

əgər o vaxta kimi ölməsəm qara dəliyin günəşi əvəz etməyin görmək istəyirəm

Bir növ fəza yırtılmasıdır.Yüksək kütləli cisim o qədər kiçik bir həcmə sıxılır ki, fəza onu saxlaya bilmir və yırtılaraq dəlik əmələ gətirir.

Əsas müəmma isə həmin dəliyə düşən cismin və ya informasiyanın taleyi ilə bağlıdır.Nəzəri olaraq orda baş verənlər artıq bizim kainatımızın bir hissəsinə aid deyil.

Ulduzların öz yanacağını tükətməsi nəticəsində yaranan fenomenal obyekt.Qara dəliklər çox güclü cazibə qüvvəsinə sahibdir.

Topluluğa qatıl!

Yazmağa başlamaq üçün özünüzə bir Riskbudur hesabı yaradın və ya mövcud hesaba daxil olun.