Səfəvilər imperiyası


əsası 1501-ci ildə şah ısmayıl xətayi tərəfindən təbrizdə qoyulub. şah ismayıl tərəfdarlarə özlərini qızılbaş adlandırıdılar, onlar ordunun əasını təşkil edirdilər, türk dilli tayfalar çoxluq teşkil edirdi. paytaxtları təbriz, qəzvin, isfahan olub. şah ismayılın dövründə dövlət dili azərbaycan tükrçəsi olub, şah abbasın vaxtından dövlət farslaşdırılıb. tarixçilərin səfəvilərin mənşəyi haqqda fikir ayrılıqları var. bir çox tarixçi razılaşır kı, dövlət qurulduğu zaman sülalədə türkcə danışırdılar. bəzi tarixçilər sülalənin fars əsilli olub, ancaq sonradan türkləşdiyini iddia edir. bəzi tarixçilər isə sülalənin sırf türk dilli olduğunu deyir.

Tarix kitablarından Qızılbaşlar adı ilə yaddaşımda yer edən təriqətin yaratdığı dövlət.İşin qəribə yanı bunların davamı olan alevilər bu gün qızılbaş etiketini özlərinə təhqir olaraq görürlər.

Biz tərəflərə İsmayılın dövründə gəlib çatmadığı üçün şükr edirəm.Sonralar bunlardan asılı olsaqda regionumuda Səfəvi təsiri sıfırdır.Allah Səlim xana qəni-qəni rəhmət eləsin.Çaldıranda Səfəviləri yalnızca hərbi mənada yenməmişdir.Həmçinin bu döyüşdən sonra əhli-sünnə üzərində şiə-fars səfəviliyin dini, ictimai, siyasi, mədəni təsir gücü güclü zərbə almış və daha sonrakı döyüşlərlə birlikdə bu təsir önəmini itirmişdir.

1736-cı ildə nadir xan tərəfindən süquta uğradılmış imperiya, nadir 1733-cü ildə öz himayəsində olan körpə 3-cü şah abbası hakimiyyətə gətirib, onun müəmmalı ölümünden sonra hakimiyyeti ele alıb ve imperiyanın axrına çixib

Qüdrətli olmayan imperiyadır.Şab Abbasın ölümündən sonra gələn ardıcılları dövlətin sonunu hazırlamışdır.Abbasın hərbi islahatlarından sonra Nadir xana qədərki xanlar ordu ilə, iqtisadiyyatla doğru düzgün məşğul olmamışdır.Bu səbəbdən 17-ci əsrin sonlarına yaxın imperiyada böhranlar başlamışdır.18-ci əsrdə isə Nadir xan hakimiyyəti ələ keçirib hərbi islahatlara başlamışdır.Bu da öz növbəsində imperiyanın müxtəlif yerlərində xalq qiyamlarına səbəb olmuşdur.

İmperiyanın Nadirin sağlığında parçalanmamasının səbəbi isə onun şəxsi nüfuzu ilə bağlıdır.

Dünyanın ən boş imperiyası.

Mövcud olduğu dövr ərzində İslam aləmi üçün sadəcə problem mənbəyi olub.Şirvanşahlar, Şeybanilər kimi dövlətlərin sünni təbəəsinə divan tutublar.Səfəvilərin məqsədyönlü şiələşdirmə siyasəti nəticəsində yaxın şərqdə məzhəbi və etnik tarazlıq pozulmuş, o dövrdən qalan problemlər bu gündə öz həllini tapmamışdır.

hər nə qədər öz tarixçilərimiz tərəfindən aldadılsaq da, bütün dünyanın iran dövləti kimi tanıdığı imperiya. rəsmi dili fars dili olan bu imperiyanın hakim sülaləsi kürd əsilli səfəvi xanədanından ibarət olmuşdur. yaranma yeri türklərin (bizim cənubi azərbaycanlı deyə tanımladığımız) yaşadığı ərazidə olduğundan dövləti türk dövləti adlandırmaq olar. amma nə qədər elə hey bizimdi, azərbaycanındı desək də, reallıq budur ki, o dövrdə bizim öz dövlətimiz var idi. şirvanşahlar. və bu şərəfsiz səvəfi dövləti şirvanşahlar adlı azərbaycan dövlətini işğal edib. yəni biz səfəvi adlı dövlətin müstəmləkəsi olmuşuq, sahibi yox.

Topluluğa qatıl!

Yazmağa başlamaq üçün özünüzə bir Riskbudur hesabı yaradın və ya mövcud hesaba daxil olun.