Sosializm


sol yönümlü ideologiyaları ifadə edən anlayış.əsas ideyası bərabər, ədalətli, istismarsız cəmiyyətdir.ilk dəfə sistemli şəkildə thomas more və tommaso campanellanın, daha sonralar saint simon, fourier və owenin əsərlərində şərh edilib.ancaq kökləri antik dövrə gedib çıxır.19.əsrdən etibarən kommunizm və sosial demokratiya ideologiyalarına ayrılmışdır.buna səbəb isə kapitalizmin dəyişdirilməsi yolundakı fərqlilik idi.

Mənasız sistemdir.İnsanlar təbiəti gərəyi tənbəlliyə meyillidir.Hamının eyni miqdarda qazanacağının öncədən bəlli olduğu bir sistemdə insanlar çalışmaq və yaratmaq üçün motivasiyalarıda qalmır.Sosializmin ən böyük problemi məhz bununla bağlı idi.Bu səbəbdəndə bir müddət sonra sistem içəridən çürüməyə başladı.

qulağa xoş gəlsə də elə qulağa xoş gəlməyiylə qalır. gəlməsin bu sistem, onsuz da uzunmüddətli davam edə bilmir.

"Məni iki ata tərbiyə edib, sosialist və kapitalist.Tezliklə mən başa düşdüm ki, kapitalistin fəlsəfəsi maliyyə cəhətdən daha əlverişlidir.Anladım ki, sosialistlər maliyyə savadlarının zəifliyi üzündən özlərini cəzalandırırlar.Varlılardan hər şeyi alacağıq deyənlər nə edirsə etsinlər, varlılar həmişə bir yolla varlanacaq.

Kiyosakinin, "Varlı ata, kasıb ata" kitabından..

3 il filan əvvəl sosializm söhbətləri, sol söhbətlərinə filan maraq saldım.Amma kitab oxuya bilməməyim sayəsində bu zad sadəcə beynimdə öz təsəvvürlərimlə sınırlı qaldı.Yəni heç vaxt milyonluq arzularım olmuyub.

Düzdü kim istəməz ki, milyonları.Amma oturub düşünəndə sonra nə bəs? deyir insan.Sosializmin ideyasından, necə bir şey olduğundan tam xəbərim yoxdu.Loru dildə desək bərabərlik olaraq anlıyıram ancaq.Mənim dünyamda güclünün zəif üstündə hökmranlıq qurduğu bir dünya yoxdu.Ən azından bizi soyub soğana çevirəcək kapitalistlərdən qurtulmuş olarıq.Onlar üçün tək önəmli olan kapitaldı.

Çoxları razılaşmır bununla azad bazar filan deyir.Amma nə bazarı qardaş sən öz əməyini dəyər dəyməzə satırsan.Və bunun qarşılığında da nəinki əlavə xidmətlər ( kommunal, mənzil, təhsil, səhiyyə və s.) göstərilmir sənə, hətta gündəlik 8 saatlıq əməyinin qarşılığında belə sadəcə 1-2 saatlıq əməyinin qarşılayacaq qədər əmək haqqı alırsan. Çox da zad etmiyim dediyim kimi məsələnin elmi tərəfindən bixəbərəm, amma inanıram ki birgün bərabərlik içində gözəl günlər görəcəyik.

Məsələyə aydınlıq gətirmək lazımdır.

Sosializm, marksizm, solçuluq və.s hansı adı ilə bilinir bilinsin, bir ideologiyadır. din deyil. bunu vurğulamaq, və unutmamaq lazımdır. bütün müzakirələrinizdə də, istər özünüzlə olan, içinizlə dialoqdaykən, istər bir başqasıyla müzakirə edərkən unutmayın. sosializm və kapitalizm ideologiyalardır. din deyillər. dogmatik olaraq qəbul etməmisiniz onları. düşünüb, qərara gəlib demisiniz ki, mənə görə doğru olan budur. buradaki "mənə görə"ni heç vaxt unutmayın. sizə görə elədir. sizə görə doğrudur. din isə elə deyil məsələn. din sizə görə doğrudursa, deməli hamıya görə doğru o olmalıdır. düzdür mü? məsələn sən müsəlmansansa, bu dünyəvidir elə deyilmi? yəni sənə elə gəlir ki, dünyanın allahı birdir, dini birdir, sadəcə digər dinlərə inanlar yanılırlar. din dogmadır. ideologiya deyil.

praktiki mümkün olmayan nəzəriyyədə nələrsə vəd edən quruluş. iqtisadiyyatla ümumiyyətlə düz gəlmir.

praktikada uduzdu kapitalizme alternativ ola bilməz. artığ sosialistəm diyə gəzən adam ya çox romantikdi yada axmaq.

Topluluğa qatıl!

Yazmağa başlamaq üçün özünüzə bir Riskbudur hesabı yaradın və ya mövcud hesaba daxil olun.