Technote


Köhnə Gamesap üzvlərinin yaratdığı texnologiya xəbərləri portalıdır.Əvvəl təkcə facebook səhifələri var idi.Əsasən texnoloji faktlar və s. paylaşımlar edirdilər.Sonradan sayt falan açdılar.Səhifələrindəki ilk şəkillərə baxanda aydın olur ki, səhifə əvvəl düşük zarafatlar və dini statuslar paylaşılan bir yer olub.Sıfırdan başlamaqdansa adını dəyişib davam ediblər yəgin.

Bir ara bu saytdan gələn bildirişləri aktivləşdirmişdim.Hər gün brauzerə onlarla yazı ilə bağlı bildiriş gəlirdi.O zamanlar çoxda maraqlı yazılar yayımlanırdı saytda.İndi sayt bərbad vəziyyətdədir, yazıların məzmunu kasadlaşıb.Technote yola webrazzi olaraq başlamışdı amma günümüzün internet reallığının fonunda yavaş yavaş webteknoya çevrilir.

Son vaxtlarda fəaliyyətində ciddi nasazlıqlar var.Əksər hallarda sayta daxil olmaq olmur.Ümid edirəm tezliklə aradan qaldırarlar.

böhran vəziyyətindən az-qala öləcək start-up.

Topluluğa qatıl!

Yazmağa başlamaq üçün özünüzə bir Riskbudur hesabı yaradın və ya mövcud hesaba daxil olun.