Təhsil sistemimizin əsas problemləri


Hər şeyin onlayn formada öyrənilə bildiyi bir dövrdə yaşayırıq.Təhsil sistemindən gileylənmək artıq çox böyük tənbəllik bəhanəsi kimi gəlir mənə. Ətrafımda ali təhsilli olmayan və ya başqa sahədə təhsil almış amma özünü inkişaf etdirib indi fərqli və çox yaxşı peşələrdə çalışan bir sürü insan var.Bu günün dünyasında təhsil sistemi sənayenin ehtiyyacların qarşılamır.Bu bütün dünyada belədi.Ona görə özünüz öz əlinizdən tutmalısınız.

Bizim kimi cəmiyyətlərin öhdəsindən gəlməli olduğu daha primitiv problemlər var.Az qala 21-ci əsrin ortalarına yaxınlaşdığımız bu günlərdə hələdə millət zirədinnin videoların paylaşır.Son illərdə gedərək daha cahil, hər xurafata inanan bir cəmiyyətə çevrildik.

Bəlkə də əvvəldən belə idik..

Təhsil sistemimizin əsas problemi əslində bir sistemin olmamasıdır elə.Universitetlərdə hər il nə qədər ixtisaslar, fənnlər ixtisara salınır.Ya da hansısa müəllimlərin ştatını doldurmaq üçün lazımsız dərslər əlavə olunur.Oxuduğum universitetdə kurslar arasında bəzən 3-4 fərqli fənn olurdu.İndi də vəziyyət çox fərqli deyil.

Topluluğa qatıl!

Yazmağa başlamaq üçün özünüzə bir Riskbudur hesabı yaradın və ya mövcud hesaba daxil olun.