Tələbə evlərinə xas hadisələr


qabları heç vaxt vaxtında yumamaq, 25 yaşa xas olan sorumluluqları 17 yaşından etibarən həyata keçirmək. bir tələbənin gələcəkdə yada salacağı xatirələri gənəldə tələbə evində yaşanar. qab yumalısan, təmizlik etməlisən, yemək bişirməlisən, paltar yumalı və kommunal xərcləri qarşılayıb aylıq bazarlıq etməlisən. az gəlirinlə çox gidərini qarşılamalısan. tələbə evləri gənəldə səs küylü olar, qonşular səni sevməz, sən dəməqoysan, dərsdən gəlib corabını çaynikin qulpuna belə keçirdə bilərsən, axşamüstü pes və ya fifa turniri, gecəni səhərə bağlayan saatlarda isə məşhur seriallarına baxarsan. 2, 3 saat yatıb yatağını dağınıq buraxıb çaynikdən corabını çıxararsan ama tayını tapabilmərsən, çünki tayı ev yoldaşının burnunun deşiyindədi. geyinib dərsə gedərsən. dərsdə yuxuna qaldığın yerdən davam edərsən, imtahan həftəsində kitabları açarsan ama keçən 3 saat içində 15 səhifə toplamda oxumazsan, çünki internetin pulunu həmişə vaxtı vaxtında ödəyən sorumlu bir tələbəsən sən. neyniyirsiz edin, bir dənə universitetinizi vaxtı vaxtında bitirin, geridə sadəcə 4, 5 ilin memoryləri qalsın

Tətildən qayıdanda kommunalların ödənmədiyini görüb bütün gecə qaranlıq və soyuq otaqda həyatda qalmağa çalışmaq.

yaz- yaz bitmeyen şeylerdi. eger her kesin siqaret cekdiyi telebe evinde qalirsansa, butun esyalar potensial kulqabi rolundadi. bayaq tamat yemek isteyirdim icinnen camel kotuyu cixdi. omru boyu tamat yemerem yeqin ki.

Qapının üstünə yapışdırılan notlar, bütün qab qacaqlardan istifadə etmə halı, daha sonra kollektiv yuma.Siqarət çəkərkən pəncərəni açmaq və daha sonra yaddaşsızlıq ucbatından bağlamamaq nəticəsində faturanın ay sonu 456 liraya vurması.

Kombi artıq pul yazmasın deyə duş üçün 5 dəqiqəlik limit qoyardıq.Limit dolandada duşun ortasında anidən soyuq su gəlirdi.

İçi boş olsa belə soyuducunun hər zaman işləməsi.

Topluluğa qatıl!

Yazmağa başlamaq üçün özünüzə bir Riskbudur hesabı yaradın və ya mövcud hesaba daxil olun.