Yeniyetmələrə məsləhətlər


Hər səmimiyyətsizlik ilə deyilən məsləhətə qulaq asmayın.

Nə qədər səhv edə bilirsinizsə edin, heç kimin öyüd-nəsihətinə qulaq asmayın. kim nə deyirsə desin qulaq asın, amma yenə də öz bildiyinizi edin. fərqlənmək istəyiniz mütləq olacaqdır, bunun üçün özünüzü dağa-daşa vurmayın, oxuyun və izləyin. inanın ki, avtomatik olaraq digərlərindən üstün olduğunuzu görəcək və özünüzə inamınız yerinə gələcək. insanların sizi başa düşmədiyini iddia edin, sevin və sevilin, amma sevdiyiniz insanları çox da incitməyin, çünki zamanı gəldiyində sizin üçün nə qədər önəmli olduğunu görüb, boş yerə birini incitdiyinizə görə it kimi peşman ola bilərsiniz. yenə deyirəm, heç kimin məsləhətinə qulaq asmayın, hətta mənim bu məsləhətlərimə də.

Fikirlərinizi, içinizdə olan hər şeyi səmimi və azad bir formada ifad etməyi öyrənin.Sizi buna görə haqlı və ya haqsız qınayan insanlara isə üz verməyin.Zamanla bunu daha yaxşı anlayacaqsınız.

Qarşınıza pis insanlarda çıxacaq, sizə əl uzadanlarda.Onları tanımağıda öyrənəcəksiniz həyatda irəllədikcə.Bəzən yanılacaqsınız həyatda.Amma səhvlərinizdən dərs çıxarmağıda öyrənəcəksiniz.Ancaq çalışın başqa insanların səhvlərindəndə dərs çıxarmağı öyrənin.Həyat təkcə öz səhvlərinizdən həyatı öyrənə biləcəyiniz qədər uzun deyil.

Yaxın çevrənizlə səmimi olun.Daim özünüzdən daha ağıllı adamların ətrafında olmağa çalışın.Tiktokun başın buraxın, Twitter daha faydalı platformadır.

Bir də həyatda hər fikrini, hərəkətini bəyənmədiyiniz insanı qınamamağı öyrənin.Hər kəs öz şərtləri altında yaşayır həyatını çünki.

Gələcəkdə gözəl həyatınızın olmasını istəyirsizsə rasional, məntiqli bir dünyagörüşü formalaşdırmaq istəyirsinizsə, başqaları üçün ən çətin olan zehni işlərin belə sizin üçün çox yüngül olmasını istəyirsinizsə Riyaziyyat öyrənin.Zəka və s. kimi bəhanələrə sığınıb qaçmayın.

Yaxın gələcəkdə bütün problemlərin həlli riyaziyyatla bağlı olacaq.Həmçinin pul qazanmaq.

İnsan cavan olanda çox şey istəyir.Pul, karyera, dostluq, münasibət və s.Amma bir az yaşa dolandan sonra ancaq bir şey istəyirsən, yenidən cavan olmaq.

Doya-doya yaşayın hər şeyi.Kədəri də, xoşbəxtliyi də, sevgini də, nifrəti də.Ətrafı müşahidə edin.Həyat bütün səhvləri edəcək qədər uzun deyil.Başqalarının səhvlərindən də nəticə çıxarmaq lazımdır.Bir də həyatın özünün heç bir xüsusi mənası yoxdur.Özünüz öz varlıq səbəbinizi tapmalı olacaqsınız.Asan olmayacaq.Ona görə qabağınıza kiçik də, olsa məqsədlər qoyun qarşınıza.Elə edin ki, 27-28 yaşınıza çatanda özünüzü mənasızlığın öldürücü girdabında can çəkişərkən tapmayasınız.

Başqaların problemlərinizi danışmaqdan əl çəkin.Çünki, insanların 20%-i problemlərinizi önəmsəmir.Geri qalanı isə hətta probleminizin olmağına sevinir.Həyatdan öyrənəcəyiniz çox şey var hələ.

Siz siz olun, hər oxuduğunuzu, hər izlədiyinizi, hər təbliğ ediləni sevməyin zorla.Gözlərinizi açıq tutun, sizi aldatmağa çalışanlarda olacaq, əlinizdən tutanlarda.Ətrafınızdakı insanların qiymətini bilin, sonra necə dəyərli olduğlarını yoxluğunda başa düşə bilərsiniz əks halda.

Bir də tez, böyüməyə çalışmayın.

Özünüzü, həyatı, sizi marağlandıran hər şeyi sorğulayın.Buradakı ən əsas məsələ sorğuladığınız mövzunun cavabından, həqiqətindən qorxmayın.

Məsləhətlərə qulağ asın və analiz edin.Məsləhəti verən sizə qarşı səmimidirsə ola bilsin sizin görmədiyiniz nəyəsə görə o məsləhəti verir.Niyəsini soruşun.Qəbul etməsəniz özünüzü məcbur etməyin.Ümümiyyətlə balaca uşaqlar kimi olsa da niyə sualını öz-özünüzə tez-tez verməyinizdə fayda var.

Topluluğa qatıl!

Yazmağa başlamaq üçün özünüzə bir Riskbudur hesabı yaradın və ya mövcud hesaba daxil olun.