Feminizm


düşünürəm ki, əsas məqsədinə çatmış cərəyan. cəmi yüz il bundan əvvəl qərbin ən inkişaf etmiş ölkəsində belə qadınlar seçmək və seçilmək, təhsil almaq, nigahda bərabər hüquqlu olmaq, kişilərlə eyni məbləğdə maaş almaq, varis ola bilmək, şəxsi mülkiyyətə sahib ola bilmək kimi hüquqlardan məhrum idilər. qadına qarşı təcavüzün və pedofiliyanın cinayət sayılmadığı dönəmlərdən bəhs edirəm. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində öz haqları uğrunda mübarizə aparan feminist qadınlarım arzuları və tələbləri artıqlaması ilə həyata keçib. qalıb məişət problemləri. onlar da zamanın işidi. indi o feminst qadınların mübarizəsi sayəsində bu gün adam yerinə qoyulan civilər gəlib burda feminizmə içi boş, çürük bik bik biologiya belə gəldi elə getdi deyirlər. bu zehniyyətdə olduğunuz müddətdə elə qadın kimi yox bir heyvanın dişisi səviyyəsində mövcud olmağa məhkumsuz.

normal dərəcəli feminizm gözəldir. qadının kişilərin köməyi olmadan öz ayaqları üstündə durmaq istəyi falan. amma iş ifratçılığa çatanda nəinki feminizm heç bir idealogiya, cərəyan gözəl qala bilmir. iyrəncləşir.

Azərbaycanda feminizmlə bağlı əsas problem sırf "subculture" nümayəndəsi olmaq üçün özünə feminst deyən kəslərin böyük əksəriyyət təşkil etməsidir. Belələri daha çox qadın azadlığının iqtisadiyyata, təhsilə, sosyal həyata ən əsası isə sivil fərdlərin yetişməsinə verdiyi töhvədən bixəbər olub, "qadın qadındır, çiçək dayındır", "qız-qadın" kimi bayağı şüarlarla gündəmdə olurlar

Anlaşıldığının əksinə , kişi düşmənçiliyi deyil ,qadın dostluğudur, qadınların cəmiyyətdə haqlarının tapdalanmasına , onlara şiddət göztərilməsinə qarşı çıxan insan kollektividir.

feminizm fransız inqilabı ile eyni vaxtda ortaya çıxmışdır.qadınların tehsil haqqlarını müdafie eden mary wortley montagunun ve marqis de condorcetin düşüncelerinden meydana gelmişdir.vindication of the rights of woman (kadın haqqlarının müdafiesi) (1792) adlı eseri de bu mövzuya toxunulan ilk işlerden biridir.

Qadınların hüquqları uğrunda ictimai-siyasi herekatdır. İndiki dövrde feminizmi müxtelif formalarda müeyyen edirler. Çox zaman feminizm qadınların azadlıq uğrunda herekatının esasında duran cinslerin beraberliyi nezeriyyesi kimi anlaşılır. Lakin daha çox onu geniş şekilde - cinslerin hüquq beraberliyi tesevvürlerine esaslanan qadın hüquqlarının müdafiesi üzre müxtelif herekatlar kimi izah edirler.

Topluluğa qatıl!

Yazmağa başlamaq üçün özünüzə bir Riskbudur hesabı yaradın və ya mövcud hesaba daxil olun.