Gravity


Bu cür filmi necə olub indiyə qədər izləməmişəm mən şok oldum.Bəzi səhnələrdəki musiqilər çox mükəmməl uyurdu həmin epizodlara.Dəfələrlə izləniləsi film alınıb.

2014-cü il oskar mükafatlarından yeddisini almış film.

Alfonso Cuaronun ən yaxşı filmi olduğunu düşünürəm.Rejissorun bir çox möhtəşəm filmləri var, amma Gravity tamam başqa bir yerdədir mənim üçün.Ssenari, kinematoqrafiya, aktyorluq və s. Hər şey mükəmməldi bir sözlə.Bu filmi bəyənənlərə rejissorun Children of men adlı filmini də izləməyi tövsiyyə edirəm.

Filmin sonunda Dr. ryanın suya düşməsi, sahilə çatması, əli ilə qumu sıxması, sonra ayağa qalxması və o əndişəli, sanki ilk dəfə yeriməyə başlayan uşaqlar kimi gəzməsi sanki qəhrəmanın yer kürəsinə qayıtmaqla yenidən doğulması təəssüratını yaradır.

Möhtəşəm səhnə idi.

Topluluğa qatıl!

Yazmağa başlamaq üçün özünüzə bir Riskbudur hesabı yaradın və ya mövcud hesaba daxil olun.