Proqramlaşdırma öyrənənlərə məsləhətlər


Web developer olmaq üçün öncə html, css öyrənmək lazımdır. sonra istəyə bağlı olaraq jаvascript client-side ya da server-side proramlaşdırma dillərindən birini seçmək olar. bunlardan php, java, python, asp.net və s. öncə qərar verməlisiniz front-end developer yoxsa back-end developer olmaq istəyirsiz?

front-end developer əsas olaraq html 5, css 3, js(jquery) və bunların frameworklarından (bootstrap) bilməlisən. front-end developer olaraq iş tapmaq mümkündür. burda iş əsasən temalarla əlaqəlidir. psd to html edirsən, bütün brauzerlər üçün nizamlıyırsan. yəni dizaynı kodlayırsan.

back-end developer html, css, js orta səviyyədə bilsən də olar. əsas server-side dillərdən birini yaxşı bilməlisən və obyekt yonümlü (oop), təhlükəsiz yazmağı bacarmalısan. frameworklardan bilsən üstünlükdür. ölkədə ən çox tələb olunan php dilidir. bundan əlavə apcahe, sql, mysql, query optimization bilməlisən.

Topluluğa qatıl!

Yazmağa başlamaq üçün özünüzə bir Riskbudur hesabı yaradın və ya mövcud hesaba daxil olun.