Rəqəmsal marketinq


İşsizlik dövründə araşdırmağa başlamışam nədir nə deyil deyə.Qarşıma çox sayda reklamlar çıxırdı bununla bağlı.İlk baxışdan yaxşı sahə kimi görünür amma əmin deyiləm.Bir də mənim kimi bakalavr diplomu mühəndisliklə bağlı olan birisinin bu sahədə tutunmaq şansı varmı, bu barədə yazan olsa əla olar.

Bu ilin əvvəlindən öyrənməyə çalışdığım sahədi.Başlarda çox qarışıq gəlirdi hər şey alışıram yavaş yavaş deyəsən.Onu deyə bilərəm ki, kitab tapmaq çox böyük problemə çevirilib sahəylə bağlı.Xüsusən ingilis diliniz yoxdursa inkişaf etmək olmur.Udemy-dən dərsliklərlə irəlləməyə çalışıram, xeyli faydasın görmüşəm hələ ki.

Rəqəmsal marketinq, xüsusən son illərdə bütün dünyada böyüyən sahələrdən birinə çevrildi.Ona görə indi şirkətlərin kadr ehtiyyaclarını qarşılamağı müşkül məsələyə çevrilib.Digər yandan univesitetlər getdikcə rəqəmsallaşan iş prosseslərinin ehtiyyaclarına uyğun insanlar yetişdirməkdə çətinlik çəkirlər.Sektora sonradan girmiş biri kimi, gənclərə tövsiyyəm bu sahədə özlərinə bir az yatırım etsələr bu sahədə özlərinə karyera qura bilərlər.

Rəqəmsal marketinq, marketinq fəaliyyətini rəqəmsal texnologiyaların köməyi ilə həyata keçirmə prosesinə deyilir. Rəqəmsal marketinqin əsas məqsədi markanı, məhsul və ya xidməti internet vasitəsi ilə tanıtmaqdır. Bununla yanaşı müxtəlif üsullarla satışların artırılması da əsas məqsədlərdən biridir. Burada potensial müştəriləri cəlb etmək, istehlakçı kimi saxlamaq məqsədilə rəqəmsal texnologiyalardan istifadə edilir. Hansı ki, sosial şəbəkələri, veb saytları, e-mail xidmətlərini, mobil telefonları, rəqəmsal televizorları, bir sözlə internetə çıxışı olan bütün rəqəmsal texnolagiyaları və alətləri buraya daxil etmək olar. Lakin internetə birbaşa qoşulmayan kanallardan da istifadə oluna bilər. Buna isə əsasən mobil telefonların SMS, MMS xidmətləri, zəng melodiyaları aid edilir.

Topluluğa qatıl!

Yazmağa başlamaq üçün özünüzə bir Riskbudur hesabı yaradın və ya mövcud hesaba daxil olun.