Kəllə-Kəlləyə


Məncə kəllə-kəlləyənin prodüserləri papağlarını qabağına qoyub düşünməlidilər bir az.Bu adamlar rap-ı subkulturadan çıxarıblar artıq.Bunun nəticələridə yaxşı olmayacaq gənclik üçün.Sonuncu battledakı qalmaqalda buna işarədi. Yayımın sponsorlarıda bu cür bir layihədə adlarının hallanmasının nə qədər düzgün olduğu haqqındada özlərini sorğulamalıdılar fikrimcə.

çin markası olmasına baxmayaraq, əla telefonlardan biridir. apple və samsungla ayaqlaşa biləcək yeganə telefon hesab edirəm. hər cür avantajları olmasına baxmayaraq azca o biri bahalı telefonlardan geri qalır. atam da xiomi note 5 redmidi. babat da telefondu , hələ ki heç bir problemi zadı yoxdu. baxmayaraq ki, mənim telefonum dan üstünlüyü çoxdu, yaddaşı güclüdü, batareyası da yaxşı saxlayır. kamerası 13 meqapikselli şəkil çəkir, ama ki , təmiz çəkir, heç bir montaja ehtiyacı yoxdu. almaq istəyən varsa, tərəddüd etmədən, qorxmadan könül rahatlığı ilə ala bilər. amma çalışın ki, "kontakt home"kimi fırıldaqçı mağaza şəbəkədindən almayın.yaxşı faiz soxurlar adama , üstəlik də telefonun xarabdırsa, qaytarıb yenisi ilə dəyişmək mümkün deyil

azrapi daha da irəli aparan lahiyə! çox yaxsı raplər oldu amma tibunu iki dəfə çağırmaqları yaxşı olmadı. bunun yerinə xpert vəya okaberi çağirsalar yaxşı olardı.

Azərbaycan repinin gəldiyi son nöqtə. Əvvəllər azrapın öz dinləyici kütləsi var idi.Sonradan bir azda internetin təsirindən tracklar daha böyük kütlələrə çatmağa başladı.Ona görə də indi çıxan treklər məzmun cəhətdən kasadlaşıb.Necə deyərlər, kəmiyyət artıqca keyfiyyət azalır.

Topluluğa qatıl!

Yazmağa başlamaq üçün özünüzə bir Riskbudur hesabı yaradın və ya mövcud hesaba daxil olun.