Xaricdə oxumaq istəyənlərə məsləhətlər


Düzgün ixtisas seçimi şərtdir, bunu 4-cü ildən unini tərk etmiş biri kimi deyirəm.Bundan sonra çox şey dəyişdi həyatımda.Nəticədə indi illər əvvəl verməli olduğum qərarı verib, başqa bir ölkədə bakalavr oxumağa hazırlaşıram.

O illəri düzgün dəyərləndirmək lazımdı.Elə edin ki, bir neçə il sonra peşman olmayacağınız bir yol xəritəsi hazır olsun əlinizdə.

Neyniyirsiz edin universitet ortalamanızı yüksək tutmağa baxın.3-dən aşağı ortalama ilə Avropada və ya Amerikada oxumaq çətin məsələdir.Bu da yetərli deyil üstəlik.İelts və ya alternativ sertfikatlar üzrə yüksək ballar almalısınız.

Ümumiyyətlə xaricdə təhsil planınız varsa universitetin son 2 ilini buna ayırmağınızı tövsiyyə edirəm.

Topluluğa qatıl!

Yazmağa başlamaq üçün özünüzə bir Riskbudur hesabı yaradın və ya mövcud hesaba daxil olun.