Wattpad


hələ ki, azərbaycan dili bölməsi mövcud olmadığından giriş edərkən dil bölməsindən "other" (nolsun ki, gürcücə hekayələr filan dolub məsləhət siyahım? dili də bilmirəm barı.) və ya "english" seçməyiniz məsləhətdir. elə ən yaxşısı ingiliscə olar, öyrənməkdəsinizsə, sadə dilli fan-fiction hekayələri oxumaq inkişafa kömək edə bilər. amma əsla türkcə dili bölməsini seçməyin. təcavüzü sevimli göstərən, atasıyla/qardaşıyla eşq yaşayan obrazlar, saf qızlar/bad boy oğlanlar və digər səfeh mövzulardan keçilməyən hekayələrlə doludur. dəryadan damla olsa da, türkcə keyfiyyətli yazılmış, möhtəşəm elmi-fantastik, fəlsəfi hekayələr də var əlbəttə. düzü hər dildə var. axtarsanız, almaz qədər dəyərli hekayələr tapmaq olar. azərbaycanlı həvəskar yazarlar da, həvəskar deyilməyəcək qədər əla yazanlar da var. məqsədini pisə istifadə etməsələr, gözəl bir proqramdır əslində.

İnsanların həvəskar formada kitablar yazdığı və bu kitabları pulsuz formada oxuya biləcəyiniz tətbiqdir. Maraqlı platformadı fikrimcə.Kateqoriyalar sistemi yaxşı işləyir, tövsiyyə sistemi də çox effektivdir.Hələlik tək qüsuru Azəricə dəstəyi olmamasıdır.Bəlkə gələcəkdə bunuda düzəldərlər.

Bəzi insanlar bu platformanın klassik ədəbiyyat oxumaq üçün olduğunu sanır.Tətbiqin nə olduğunu başa düşmürlər ümumiyyətlə. Bu platforma həvəskar yazarların öz kitablarını yazmağı üçündü.Gəlibdə axtarış hissəsinə klassiklərin adını yazmayın, xəyal qırıqlığı yaşayacaqsınız.

Topluluğa qatıl!

Yazmağa başlamaq üçün özünüzə bir Riskbudur hesabı yaradın və ya mövcud hesaba daxil olun.