HOST


ola bilər ki, gəncliyin fikrinə müəyyən təsiri olub amma mən onlardan təsirlənməmişəm çünki ümumiyyətlə replərinə qulaq asmamışam. host filan deyəndə ağlıma emo tipli admlara gəlib -* cəmi bir repini dinləmişdim "mənim mübarizəm" o repdə də qaraqan müharibəyə çağırış edirdi torpaq belə gəldi, sonra amerikaya getdi aprel hadisələrində facebookda bir yazısını gördüm "savaşırsansa cahilliyinlə savaş" ala? nə tez dəyişdin sən? bəlkə heç dəyişməmisən vaxtında kütləyə oynayırdın.

düşüncələri əks etdirən cümlələrini rep şəklində insanlara çatdırmağa, yaradıcı ruhlarını və ya daxili dünyalarını musiqi ilə ifadə etməyə çalışmış, müəyyən qədər cəmiyyətimizdə dəyişim yaratmağı və həyatlara təsir etməyi bacaran, vaxtilə fəaliyyət göstərmiş azərbaycanlı gənclərdən ibarət birlik və ya qrup. yəqin ki ona müraciət edənlər üçün bir fikir kataloqu sərgiləyirdi və məqsəd beyinləri aydınlatmaq və ya düşüncə fırtınası yaratmaq, dinləyicini özünü sorğulamaya yönəltmək, daxilə boylanmağa səsləmək kimi bir şey idi. fəaliyyətinin xülasəsini belə ifadə edərdim: əlinin çatdığı kütləni haqqı ödənilən bir silkələmə təcrübəsindən keçirdi.

adi bir qrup idi. oxudular, gənclər dinlədi və bitdi. niyə bu qədər ciddi müzakirə olunur anlamıram? həmin dövr, zaman bu uşaqları tələb edirdi. vaxt keçdi və artıq tələblərə uymadıqları üçün yox oldular. hər yeniyetmənin sahib olduğu qədər aqressiyaya, hər şeyə qarşı çıxmaq və fərqli olmaq istəyinə sahib idilər. bunlar azalan kimi və qrupun üzvləri, dinləyici kütləsi böyüyən kimi hər şey geridə qaldı. idealogiya, dini baxış və s. kimi belə həssas və ciddi şeylər heç vaxt bir qrupun, iki mahnının, üç meyxananın təsiri ilə dəyişə bilməz. dəyişsə belə yeniyetməlik yaşları ilə məhdud qalar. ikinci dəfə təkrar etdiyim kimi bu qrup 5-10 il əvvəl yeniyetmələrinin tipik tələblərini qarşılayırdı və bugün artıq mövcud olmayan bir şeydir.

Azərbaycanda 2000-ci illərə damğasını vurmuş qrupdu.O qədər populyar idilər ki, bir milyon kaset satmışdılar.

Deyilənə görə o zamanlar məhşur studiyalardan birinin sahibi bu qrupun pirat kasetlərindən milyon manatlar qazanıb.Qrup üzvləri isə konsert etməyə pul tapa bilmirdilər.

Topluluğa qatıl!

Yazmağa başlamaq üçün özünüzə bir Riskbudur hesabı yaradın və ya mövcud hesaba daxil olun.