Plasebo effekti


haqqında bildiyim, amma adını ilk dəfə eşitdiyim effekt. məsələn the secret filmində belə bir misal var. döş xərçənginə tutulmuş bir qadın hər gün sanki onda bu xəstəlik yoxmuş kimi davranır. hər gün əvvəl gördüyü gündəlik işləri görür, yeyir, içir, kef çəkir, ümumiyyətlə xərçəng olduğunu unudur. bir neçə aydan sonra yoxlatdırır və xəstəliyin tamamilə sağaldığını görür * bəlkə də həmin şey deyil, ama oxşatdım

tamamilə doğru olduğuna inandığım effektdi. nənəmin 70 yaşı var və eyni evdə yaşıyırıq. həbini zad həmişə anam verər. iki il əvvəl anam evdə yox idi, qonşuya getmişdi. nənəm mənə dedi ki mədəm ağrıyır mənə həb verə bilərsən? nənəmdə də təkcə mədə yox, min bir xəstəlik var. anama soruşmadan həb vermək istəmirdim. nənəmə 'evdə həb yox amma sirop verə bilərəm' desəm qəbul edərdi. amma sirop da verə biləməzdim çünki mədəsinə şəfa verən şey başqa xəstəliyini pisləşdirə bilər. mən də sirop şüşəsinə su qoydum. nənəm də sirop zənn edip içdi, dadı pis gelər kimi ağzını hərəkət etdirdi. sonra da qayıtdı ki 'ay bala, su verərsən?' axırda, anam qonşudan geldi, nənəmə soruşdu ki mən yokkən ağrın oldumu? nənəm də 'bəli, amma nəvəm sirop verəndə sağaldım' dedi. sirop zənn edip təkcə su içip ekşi deyə yenə su istəməyi, axırda da o suyun özünü sağalttığını sanması xoş amma garibədi.

Topluluğa qatıl!

Yazmağa başlamaq üçün özünüzə bir Riskbudur hesabı yaradın və ya mövcud hesaba daxil olun.