Haluk Tatar


haqqında bir az gileylənəcəyim insandı. əvvəllər indiki kanalın adı video eğitim idi.son 3-4 ildi aktiv olaraq təqib edirdim kanaldakı fəaliyyətin.youtubeda təqdir etdiyim nadir insanlardan biri idi. ümumi mənada kifayət qədər uğurlu insan olduğunu və işinin öhdəsindən gəldiyini demək olar. ancaq yanaşmaları və tutumu kanal böyüdükcə dəyişib indiki halını aldı.əvvəllər ruhi çenetə saydırırdı indi reytinq xətrinə hər videoda salam göndərir.kanaldan gedəcəm deyirdi, indiki vəziyyətdə heç sanmıram.sizdən pul istəsəm şərəfsizəm deyirdi indi iş katıl buttonuna döndü.sabah o biri gün danla biliclə video çəksə şaşmaram. əslində bunlara heç bir iradım olmaya da bilərdi.nəticədə kontent istehsal edən bir insan olaraq yuxarıdakılardan hər birini etməkdə sərbəstdi.ancaq bir insanın özünü əvvəlcə digərlərindən fərqli mövqeləndirib yuxarıda saydıqlarımı pis təqdim etməsi, sonradanda tənqid etdiyi şeyə çevrilməyi böyük xəyal qırıqlığı olsa gərək.o gündə post paylaşıb məni siz var etdiniz falan filan.təəsüf ki, fame hissinə yenilir insanlar. bir də subyektiv fikrim, bir neçə videosuna istinadən uşaqlığının çətin keçdiyini düşünürəm.məncə indiki vəziyyətdə içində olduğu dilemmada natamamlıq kompleksi ilə bağlıdı.

Topluluğa qatıl!

Yazmağa başlamaq üçün özünüzə bir Riskbudur hesabı yaradın və ya mövcud hesaba daxil olun.