Peaky Blinders


Sonuncu sezonu ilə məni üzmüş serialdı.Mən bu serialı hekayənin genişliyinə görə sevirdim.Ancaq getdikcə hər şey bir birinə qarışmağa başladı.Yazarlar dəyişmiş ola bilər çünki artıq obrazların motivasiyaları əvvəlkindən çox fərqlidi.Cinayət işləməyəcək obraza cinayətdə işlətdirdilər.Olmur belə.

Bu serialı izləyənlərin əksəriyyəti baş roldakı qaqaşa görə izləyir.Bir də siqaret yandırmaq səhnələrini montajlayıb instagramda yayırlar ordan populyarlaşmağa başladı.Bir iki bölüm izlədim maraqsızdı.

ilk sezonunu yeni bitirdiyim bir ingilis şahəsəri. 1-ci dünya müharibəsindən sonrakı iqtisadi, siyasi və sosial münasibətlər cəhətdən olduqca maraqlı backstory-ə malikdir. çox seviyim "ailə hekayəsi" teması üstündə qurulub. shelby ailəsinin və qurduqları qrup olan peaky blinders (a.k.a. peaky fooking blinders*) yüksəlişinin rəsm edildiyi serial bir neçə hekayəni birdən işləyir. bir tərəfdən shelby ailəsinin polislərə, digər tərəfdən digər mafiyalarla mübarizəsini, 3-cü tərəf olaraq isə ailə içi dramı və harmoniya ilə bu 3 ayrı hekayənin bir nöqtədə birləşə bilməsi olduqca tatminedicidi.

Topluluğa qatıl!

Yazmağa başlamaq üçün özünüzə bir Riskbudur hesabı yaradın və ya mövcud hesaba daxil olun.