Ülkər Xəlilova

TƏQİBLƏR

0

TƏQİBÇİLƏR

14

Yeni sezonu başa düşmək üçün gərək yenidən başdan baxılsın. Bir də aktyorların göstərdiyi reaksiyalar qəribədi e, adam keçmişə gedir və "hansı ildəyik?”deyə soruşur .1986 hmm yaxşı.Xülasə, diqqətlə izlənilməsi lazım olan, beyin uçuracaq bir serialdı.

ola bilər ki, gəncliyin fikrinə müəyyən təsiri olub amma mən onlardan təsirlənməmişəm çünki ümumiyyətlə replərinə qulaq asmamışam. host filan deyəndə ağlıma emo tipli admlara gəlib -* cəmi bir repini dinləmişdim "mənim mübarizəm" o repdə də qaraqan müharibəyə çağırış edirdi torpaq belə gəldi, sonra amerikaya getdi aprel hadisələrində facebookda bir yazısını gördüm "savaşırsansa cahilliyinlə savaş" ala? nə tez dəyişdin sən? bəlkə heç dəyişməmisən vaxtında kütləyə oynayırdın.

Səhv etmirəmsə iki kitabı nəşr olunub, üçüncüsünü də çapa hazırlayır.İlk kitabının adı "Deyil" idi.Eyni zamanda spoken word poetry janrında iki albomunda müəllifidir.Hər iki albomun hazırlanış prossesində Promete, Okaber kimi reperlərlə birgə işləyib.

Son zamanlarda əvvəlki qədər fəal deyil, tezliklə sükutu pozacağını ümid edirəm.

Birinci dünya müharibəsi zamanı bir mesaj göyərçini bir ayağını və bir gözünü itirib, sinəsindən vurulmasına baxmayaraq məktubu lazımi yerə çatdırıb 194 əsgərin həyatını xilas etmişdir.

Deyilənə görə insandan insana keçmirmiş, ancaq qidadan və bəzi heyvanlardan yoluxur.Rahat olun.

Əgər o sənsiz yaşaya bilirsə sən niyə onsuz yaşamayasan ki? Heç kəs üçün üzülməyə dəyməz həyatda.Olmalı deyilmiş ki, olmadı.Valideynlərdən və övladdan başqa heç kəs əvəzedilməz deyil, öyrənəcəksən zamanla.

Azərbaycanda feminizmlə bağlı əsas problem sırf "subculture" nümayəndəsi olmaq üçün özünə feminst deyən kəslərin böyük əksəriyyət təşkil etməsidir. Belələri daha çox qadın azadlığının iqtisadiyyata, təhsilə, sosyal həyata ən əsası isə sivil fərdlərin yetişməsinə verdiyi töhvədən bixəbər olub, "qadın qadındır, çiçək dayındır", "qız-qadın" kimi bayağı şüarlarla gündəmdə olurlar

Növbəti günlərdə da sürətlə yayılacağını düşünürəm.Dünya ilə müqayisədə biz 1-2 həftə geridən gəlirik çünki.Artıq insanlardada təşviş artmağa başlayıb.Mümkün qədər itkisiz bu dövrü ötürə bilsək sonrası daha asan olacaq.

Dil öyrənmək üçün mükəmməl platformadı.İstifadə edənə qədər bu qədər işə yarayacağını düşünmürdüm.Bir az qiyməti bahadı amma promo kodlar tapmaq olur axtaranda.

Əvvəllər ancaq make-up videları çəkirdi.Sonra bir az genişləndirib vlog tərzi şeylərdə hazırlamağa başladı.İndi gündəmlə bağlı nə olsa elə onu dartıb gətirir önümüzə.Tanınmağa başlamış youtuberlərin reytinq xətrinə bu tələyə düşüb izləyicini özlərindən soyutmaları olmasa yaxşı olardı.

Bəyəndiyim youtuberlərdəndi.Bu gün yayımladığı video da çox gəşəng mesajlara malik idi.Ancaq videolarından söyüşləri çıxartsa daha yaxşı olacaq deyə düşünürəm.Həmdə onda daha böyük kütləyə çata bilər.

Artıq əvvəlki qədər məhsuldar deyil.Son vaxtlarda ümumiyyətlə reklam üçün birşeylər çəkir.Keçən dəfə təsadüfən bir videosu dəydi yenə eyni vəziyyətdi.Sonunda reklam çıxacaq dedim çıxdı.