Aydan Aslanova

TƏQİBLƏR

12

TƏQİBÇİLƏR

17

qurucularından olan stiv cobsun ən sevdiyi meyvə olub.adı qoyanda öz həmkarlarına ultimatum göndərib ki,yetimlər əgər 5 saat ərzində daha yaxşı ideya təklif etməsəniz, şirkətin adını apple qoyacam. apples macintosh abş da satılan alma növünün adıdır

çox da şey eləmədən baxa biləcəksinizsə, babat gedir. yaxşı dinamikası, intriqaları var. daim yadda saxlamaq lazımdır ki, avtobusda eşitdiyiniz, çox bayağı olmayan, eyni zamanda ciddiyə də alınmaması gərəkən mahnı kimidir. berlin və nairobi kimi əfsanəvi personajlara sahibdir.

Qeyd etmək lazımdı ki, wuhan virusu iki fərqli karonovirusun mutasiyası nəticəsində yaranmış virusdu.Hazırda karonovirusun 270-ə yaxın növü məlumdu. Karonovirus ev pişiklərində belə görünə bilir.Amma insanlara zərər vermir.Sadəcə mutasiya keçirmiş karonovirusun insana zərər vurduğu məlumdu.Yəni ev heyvanlarında filan karonovirus olduğunu eşitsəniz narahat olmayın.Wuhan virusu deyil o.

İşi gücü atıb cambly üçün endirim kodu axtarıram bir müddətdi.Kod tapacam deyə izləmədiyim youtuber, baxmadığım sayt qalmadı.Əvvəllər kod tapıb 30-40% endirim almaq olurdu.İndi işləri yaxşı gedir deyəsən, yığışdırıblar bunları.

Qadın olmaq təkcə Azərbaycanda yox elə hər yerdə çətindi, sadəcə dərəcələri var.Zorla qazanılmış haqqlar kimi..

Youtubeda ən sevdiyim kanallardan biridir.Kanaldakı şəxsləri, onların videoların çox bəyənirəm.Ümumiyyətlə Azərbayacan ortalamasından keyfiyyətli işlər görürlər.

Dil öyrənmək, hansısa kursu bitirmək üçün çox uyğun dövrdü. Onsuzda bu günləri evdə keçirtməyə məcburuq.Ən azından nə cürsə dəyərləndirməyin yolların tapmaq olar.Udemydən kurs almağı düşünürəm hələlik.

Qız atası serialına baxmağı tövsiyyə edirəm.Qısa müddətdə bir neçə kilo itirəcəyinizdən əmin ola bilərsiniz.

Bu günlərdə insanları küçəyə çıxmamağa çağıran medianın şüarı.Haşteqidə bir neçə gündür bütün sosial şəbəkələrdə trenddədir.Virus səngiyənə qədər gündəmdə qalmağa davam edəcəkmiş kimi görünür.

İndi desəm ki, gözləri deyəcəksizniz ki, bəsdir hamı onsuz da belə deyir.Amma nə edə bilərəm ki, bu reallıqdır.Amma 2-ci fikir verdiyim boydur.Balaca boy oğlan fikrimi heç zaman özünə çəkə bilməyib.Uzaq başı yaraşıqlı olubsa demişəm ki, hə yaraşıqlıdır və başqa heç nə.Daha sonra isə bir də dəri rəngi.Ağappaq dəri rəngi olan oğlanları sevmirəm.Bəlkə də dərim qarabuğdayı olduğu üçündür, onu deyə bilmərəm.

İntihar edəcək qədər nə yaşadığını düşündüyüm feminist persona.Kənardan baxanda çox vecsiz biri kimi görünürdü halbu ki.Səmimi bir insan olduğuna inanmıram, amma bir insanı intihara məcbur edəcək qədər sıxmaqda düzgün deyildi.

Hesab açıb unutduğum platformadı.The crown izləyirdim sonuncu dəfə.Youtubeda vaxt keçirtmək daha maraqlıdı indi.Onsuzda boş vaxtda tapmaq olmur.

İşiylə əlaqədar tez-tez vakansiya yerləşdirən biri olaraq CV hazırlayarkən diqqətli olmağı tövsiyyə edirəm.

Vallah ş yerinə w yazılmış, səliqəsiz və hazırlanarkən üzərinə heç düşünülməmiş cvlərə heç kim baxmır.Sonra da oturub tanışsız iş tapmaq olmur deyə gileylənirsiniz.Ola bilər ki, cv-də yazmaq üçün təcrübəniz və s. yoxdur.Ancaq ən azından bir az səliqəli və üzərində düşünülmüş bir cv hazırlasanız ikinci mərhələyə keçmək ehtimalınız artar.

Səsini və oxuma tərzini sevirəm bu insanın.Sözləridə maraqlı yazır adətən.Amma əvvəlki mahnıları daha yaxşı olurdu açığı.Məhşurlaşdığca təəsüf ki, əvvəlki üslubundan uzaqlaşmağa başladı.

Bu qədər tənqid ediləcək nə etdiyini düşündüyüm insandı.Populyarlaşdığca tənqid edəni çoxalmağa başladı.Yaxşı şey deyil bu.Pis yaxşı bu insan səmimi işlər görür digərlərindən fərqli olaraq.

Mənidə vahiməyə salmağa başlayıb artıq.Əvvəllər ciddiyə almırdım amma xəbərləri gördükcə qorxmağa başlamamaq əldə deyil.Ən azından hökümət əhalinin təşvişin yatışdırmaq üçün tədbirlər görsə yaxşı olardı.

Qiyməti baha ola bilər amma pulsuz dəqiqələr tapmaq olur youtubeda cambly üçün.Onlardan toplayıb həftədə bir neçə saat istifadə edə bilirəm.Speakingi təkilləşdirməyə çox faydası oldu mənə, bir denemekdə fayda var.