Ceyhun Quliyev

TƏQİBLƏR

0

TƏQİBÇİLƏR

13

İşsizlik dövründə araşdırmağa başlamışam nədir nə deyil deyə.Qarşıma çox sayda reklamlar çıxırdı bununla bağlı.İlk baxışdan yaxşı sahə kimi görünür amma əmin deyiləm.Bir də mənim kimi bakalavr diplomu mühəndisliklə bağlı olan birisinin bu sahədə tutunmaq şansı varmı, bu barədə yazan olsa əla olar.

ilk sezonunu yeni bitirdiyim bir ingilis şahəsəri. 1-ci dünya müharibəsindən sonrakı iqtisadi, siyasi və sosial münasibətlər cəhətdən olduqca maraqlı backstory-ə malikdir. çox seviyim "ailə hekayəsi" teması üstündə qurulub. shelby ailəsinin və qurduqları qrup olan peaky blinders (a.k.a. peaky fooking blinders*) yüksəlişinin rəsm edildiyi serial bir neçə hekayəni birdən işləyir. bir tərəfdən shelby ailəsinin polislərə, digər tərəfdən digər mafiyalarla mübarizəsini, 3-cü tərəf olaraq isə ailə içi dramı və harmoniya ilə bu 3 ayrı hekayənin bir nöqtədə birləşə bilməsi olduqca tatminedicidi.

qabları heç vaxt vaxtında yumamaq, 25 yaşa xas olan sorumluluqları 17 yaşından etibarən həyata keçirmək. bir tələbənin gələcəkdə yada salacağı xatirələri gənəldə tələbə evində yaşanar. qab yumalısan, təmizlik etməlisən, yemək bişirməlisən, paltar yumalı və kommunal xərcləri qarşılayıb aylıq bazarlıq etməlisən. az gəlirinlə çox gidərini qarşılamalısan. tələbə evləri gənəldə səs küylü olar, qonşular səni sevməz, sən dəməqoysan, dərsdən gəlib corabını çaynikin qulpuna belə keçirdə bilərsən, axşamüstü pes və ya fifa turniri, gecəni səhərə bağlayan saatlarda isə məşhur seriallarına baxarsan. 2, 3 saat yatıb yatağını dağınıq buraxıb çaynikdən corabını çıxararsan ama tayını tapabilmərsən, çünki tayı ev yoldaşının burnunun deşiyindədi. geyinib dərsə gedərsən. dərsdə yuxuna qaldığın yerdən davam edərsən, imtahan həftəsində kitabları açarsan ama keçən 3 saat içində 15 səhifə toplamda oxumazsan, çünki internetin pulunu həmişə vaxtı vaxtında ödəyən sorumlu bir tələbəsən sən. neyniyirsiz edin, bir dənə universitetinizi vaxtı vaxtında bitirin, geridə sadəcə 4, 5 ilin memoryləri qalsın

çin markası olmasına baxmayaraq, əla telefonlardan biridir. apple və samsungla ayaqlaşa biləcək yeganə telefon hesab edirəm. hər cür avantajları olmasına baxmayaraq azca o biri bahalı telefonlardan geri qalır. atam da xiomi note 5 redmidi. babat da telefondu , hələ ki heç bir problemi zadı yoxdu. baxmayaraq ki, mənim telefonum dan üstünlüyü çoxdu, yaddaşı güclüdü, batareyası da yaxşı saxlayır. kamerası 13 meqapikselli şəkil çəkir, ama ki , təmiz çəkir, heç bir montaja ehtiyacı yoxdu. almaq istəyən varsa, tərəddüd etmədən, qorxmadan könül rahatlığı ilə ala bilər. amma çalışın ki, "kontakt home"kimi fırıldaqçı mağaza şəbəkədindən almayın.yaxşı faiz soxurlar adama , üstəlik də telefonun xarabdırsa, qaytarıb yenisi ilə dəyişmək mümkün deyil

Bu şirkət işə illər öncə video kasetlərini icarəyə verərək başlayıb.Bizim bildiyimiz stream işində əslində çox yenidirlər. Son dönəmlərdə də artıq öz orjinal işlərini istehsal etməyə başlayıblar.Yaxın gələcəkdə onlayn platformadan çox prodakşn və produsinq şirkəti kimi də adını tez-tez eşidəcəyimizi təxmin etmək olar.

bir gün izzət bağırov cəhənnəmə düşür. ona günahlarına görə bir əybəcər qız verirlər ki onunla gəzsin. birdən yol ilə gedəndə niyaməddini şakira ilə görür izzət deyir: niyaməddin sənin günahların belə azdır? niyaməddin: yox bu mənim günahlarım deyil. bu şakiranın günahlarıdır.

Əgər virus dünyanı məhv eləməsə gələcəkdə adını çox eşidəcəyimizi düşündüyüm platformadı.Avropada insanlar telefonunda ən ağır oyunları bu sistem sayəsində oynayır indi.Qiymətidə məhsulun keyfiyyətinə baxanda çox münasibdi.

Utanmayın, sıxılmayın. Həqiqətən yeni məzunların ən böyük problemidi bu komplekslər.Onsuz təcrübəsizsiniz, hər şey yeni başlayır.Sizin öz potensialınızı göstərməniz gərəkən bir dövrdü.Sıxıntıya qapılmayın, rahat olun müsahibələrdə.Sonunda ölüm yoxdu onsuz.

Dünən Azərbaycanda 27 nəfər virusa yoluxub artıq.Ondan əvvəlki gün isə 15 idi bu rəqəm.Virusun artım tempi sürətlənməyə başlayacaq önümüzdəki günlərdə.Artıq hamı başa düşməlidir ki, bu mövzu sosial mediada zarafatı ediləcək bir şey deyil.Yoxsa İtaliyanın gününə düşəcəyik tezliklə.

Son bir həftədi youtubeda bütün youtuberlər korona ilə bağlı yayım edir.Amma bu şəxs bir videosunda korona sözün belə işlətmədi.Səbəbini bilirsinizmi? Çünki, youtube korona ilə bağlı videoların gəlir əldə etməsini dayandırıb.Yəni bir videoda korona sözü işlətsəniz həmin videodan pul qazana bilmirsiniz..

5 il əvvəl bu sayt və ya bloq yaratmaq çox gözəl fikir idi.İndi applikasiyalar artq saytların yerinə keçməyə başlayır.Çox güman önümüzdəki illərdə ümumiyyətlə saytların gəlir yeri qalmayacaq. Youtube kanalı açın məncə, daha yaxşı olar.

Bəzi insanlar bu platformanın klassik ədəbiyyat oxumaq üçün olduğunu sanır.Tətbiqin nə olduğunu başa düşmürlər ümumiyyətlə. Bu platforma həvəskar yazarların öz kitablarını yazmağı üçündü.Gəlibdə axtarış hissəsinə klassiklərin adını yazmayın, xəyal qırıqlığı yaşayacaqsınız.

Kim nə deyir desin ağıl, görünüş və xarakter deyil. Yaxın çevrəmdəki xanımlardan müşahidə etdiyim qədəriylə bunu deyirəm.Gedib ən zırrama və çirkin insanlara vurulurlar.Bunu universitetdə də müşahidə edirdim.Ümumi olaraq qadınların bu zövqsüzlüyü təhsil və dünya görüşü ilə bir az əlaqəlidi.Yaş artıqca daha düzgün insanlarla münasibət qurmağa başlayırlar.Süddən ağızları yanıb çünki artıq..

Hər şeyin onlayn formada öyrənilə bildiyi bir dövrdə yaşayırıq.Təhsil sistemindən gileylənmək artıq çox böyük tənbəllik bəhanəsi kimi gəlir mənə. Ətrafımda ali təhsilli olmayan və ya başqa sahədə təhsil almış amma özünü inkişaf etdirib indi fərqli və çox yaxşı peşələrdə çalışan bir sürü insan var.Bu günün dünyasında təhsil sistemi sənayenin ehtiyyacların qarşılamır.Bu bütün dünyada belədi.Ona görə özünüz öz əlinizdən tutmalısınız.

Pis və ya yaxşı, indiyə qədər olanları unudun.Sizin üçün həyatla əlaqədar əksər məsələlər növbəti 5-10 il ərzində bəlli olacaq. Bunu indi başa düşmürsünüz bəlkə amma 5 il sonra başa düşəcəksiniz.Bu eyni zamanda yeni bir başlanğıc etmək üçündə yaxşı fürsətdi.Universitet illərini yaxşı dəyərləndirməyə çalışın.Gəzin, əylənin o öz yerində.Amma həyatla bağlı planlarınızıda bu illər ərzində formalaşdırmalısınız.Dil öyrənin, network yaradın, texniki və iş bacarıqlarınızı inkişaf etdirin.Bunlar gələcəkdə sizi başqa insanlardan önə çıxaracaq olan alətlərdi.Uğurlar!

Güncəlləmədən sonra gələn yeniliklər mükəmməl oldu.Əvvəlki görünümünü niyəsə heç bəyənə bilmirdim.Bir də axtarış hissəsinə avtomatik tamamlamada qoysalar yaxşı olacaq.

İtaliyada insanlar marketləri soymağa başlayıb artıq.Burda da məsələ elə ciddiləşsə necə olacaq bilmirəm.