Elvin Fərəcov

TƏQİBLƏR

0

TƏQİBÇİLƏR

11

Karantin günlərində youtubeda ən çox izlədiyim kanaldı. Kanalın sahibləri Kanada, Torontoda yaşayır.Demək olar hər mövzuda video var kanalda.Kanadada miqrant olmaq və təhsil haqqındakı videoları xüsusən izlənilməlidir.

7-8 il əvvəl lənkəranda əsgərlikdə oan bir tanış var indi də mübariz məsimov üçün dua edir. oradakı əsgərlərə yemek-içmək sarıdan çox kömək etdiyin deyir

deməli 1 illik abunə haqqı 265 manat edir. internetin pulunu qatmasaq çünki onsuz da internetə pul verirsiz. yaxşı nəzərə alaq ki, buna sürətli və stabil internet lazımdı. 20 manat da aylıq internet xərcinizə əlavə edək. geforce əlavə internet xərci hardasa ilə 500 manat edir. 10 il müddətinə bu 5000 manat edir. elə gaming laptop alsanız da sizə hardasa bu qiymətə başa gələcək. o laptop'un 10 il hətta 5 il işləyəcəyinə də heç kim zəmanət vermir. amma geforce now üçün hər hansı ekran kifayət edir. burada artıq əsas faktor internet(ping) olur. mən bu game streaming service'lərin tərəfdarıyam. belə baxıram gaming laptop falan almaq çox uzaq görünür. nəzərə alsaq ki bu servislər hələ yeni yaranır, tam oturmayıb. 1-2 ildən sonra lap yaxşı olacaq.

Keçən həftə intihara cəhd edən feminizm aktivisti.Bu xanımı sosial mediadan daha öncələrdən tanıyırdım.Əvvəllər aktivist kimi hörmətimi qazanmışdı ancaq son zamanlarda bir az publikaya oynayırdı sanki.

bir defe çumun qabağında, sol çiynində video registratorla fırlanan bir qaqaş gördüm. indi baxıram sən demə bu imiş.

ilk dəfə bu anlayışa aristotelin "metafizika" adlı əsərində rastlanılır. bu cür adlandırılmasına səbəb, aristotelin buradakı fikirləri əvvəl yazmış olduğu təbiətlə bağlı fikirlərdən sonra gəlməsi ilə bağlıdır. metafizikaya varlıq haqqında təlim, din, kosmologiya ilə bağlı məsələlər daxildir. məsələn, fizika elmi deyir ki, qatıq ağdır. metafizika isə belə deyir : mənə maraqlı deyil qatıq ağdır ya qırmızı. maraqlı olan, qatığın niyə ağ olmasıdır. metafizika hadisələr və proseslərin niyəsini axtarır.

Hər şeyin başında savadlı və dünya görüşlü valideyn dayanır.

Valideynlər uşaqların tərbiyyəsi, dünya görüşü və savadı ilə məşğul olsalar vəziyyət fərqli olar.Uşaqları basıb aparırlar pirə zir-zibilə, qollarına da qara ip bağlayıb standart həyat tərzində robotlar böyüdürlər.Dövlətin də günahı var amma burada əsas məsuliyyə cəmiyyətin üzərindədir.Gənclər özlərini dərk edə bilmirlərsə, qoyun kimi hər xurafata inanırlarsa, mentalitetlə, oğru ideyası ilə böyüyürlərsə bu valideynlərin günahıdır.Nə qədər ki, komplekslərindən qurtulmuş, öz güvəni yüksək və özünü inkişaf etdirməyə meyilli bir gənclik yarada bilmirik bütün problemlər böyük olaraq qalacaq.

Yaxşı kurs və səndəki mən bu dili öyrənmək istəyirəm şeyi kömək edir. misalçün,mənim getdiyim kursda müəlliməm litvalı 22 yaşlı çiçəh kimi qızdı. otağa girən kimi fsyo azəricə qalır çöldə. azıq deyə qrupda hamımız qoyulan mövzuya( mövzular maraqlı olur deyə fikir bildirməmək olmur) rahat fikir bildiririk. ingiliscə fikirləşib elə də danışırıq. mırt tuturuq, deyirik gülürük zad amma hamısı ingiliscə.azəricə danışan kimi brigita inciyir.ona görə zarafatımız zadımız hamsı ingiliscə olur. mən özüm də səy göstərirəm deyə babat nəticəsi var. nəm, bir yerde otururuq ingilis altyazılı kinolara baxırıq zad. özüm evdə söz ehtiyyatımı artırmaqla məşğulam. onu da nətər eliyirəm? kinolardan, kitablardan qabağıma çıxan sözləri vərəqə yazıb arxasına da mənasını yazıram. girib çıxıb oyun oynuyuram elə biki. vərəqi götürürəm, sözə baxıb mənasını fikirləşməyə başlayıram sora da arxasındakı cavaba baxıb düz ya səhv dediyimi yoxlayıram. bunu hər gün eliyrəm deyə, beynimə yazılır. sora da öyrəndiyim sözləri brigita ilə kursda praktika eliyirəm. yanı ki, yetər ki istəyin əzizlərim, yol həmişə var.

Ginnesin rekordlar kitabının dini kitablardan sonra en çox satılan 2ci kitab olmağı

Kombi artıq pul yazmasın deyə duş üçün 5 dəqiqəlik limit qoyardıq.Limit dolandada duşun ortasında anidən soyuq su gəlirdi.

özünün asinxron tasklar üçün cron sistemi olan cms. süni olaraq yaradır cronu. əslində tam başa düşməsəm də düşünürəm ola bilsin saytda işə düşən bütün requestlər və pinglər əsasında işə düşür. çox bəyəndim, istifadəsi də çox rahatdır hələ ki.

Keçən il məhşurluğu səbəbi ilə adını çox eşidirdim.Dedim oturum baxım.1 ay içində o boyda 9 sezonu bitirdim.Bilmirəm baxdığım ilk sitcom olduğundanmı, yoxsa elə özünün möhtəşəmliyindənmi hər bölüm maraqlı idi.

Azərbaycanda ən çox "bəyəndiyim" model

Özünü pewdiepie hesab edən kartof başlı pəltək türk youtuber.Videolarında söyüşün biri bir qəpikdəndi.Türkiyədəki ən gərəksiz youtuberlərdən biridir ümumiyyətlə.

Amma yenə də xəbərdarlıq üçün deyim ki uşağınız varsa bu kanaldan uzaq tutun.

Milli enes baturumuz. kommentlərə baxanmamağınızı tövsiyyə edirəm. şiddətlə. izləyici təbəqəsi də enes baturunkilərdən fərqlənmir.

Gələcəkdə gözəl həyatınızın olmasını istəyirsizsə rasional, məntiqli bir dünyagörüşü formalaşdırmaq istəyirsinizsə, başqaları üçün ən çətin olan zehni işlərin belə sizin üçün çox yüngül olmasını istəyirsinizsə Riyaziyyat öyrənin.Zəka və s. kimi bəhanələrə sığınıb qaçmayın.

Yaxın gələcəkdə bütün problemlərin həlli riyaziyyatla bağlı olacaq.Həmçinin pul qazanmaq.

2005-ci ildən 2014-cü ilə qədər yayımlanan möhtəşəm sitcom ve romcom janrlarında olan serialdı.208 bölüm, 9 sezondan ibarətdir və başlasanız bölümlər su kimi axacaq.Serialda hadisələr 5 əsas obraz ətrafında baş verir.

Bir çoxları serialın sonluğunu bəyənmədi.Təbii ki, spoiler verməyəcəm amma mənim üçün çox da gözləmədiyim hadisə olmadı.Əsasən də axırıncı iki həm gülməli həm də drammatik idi. Hadisələr çox sürətli baş verirdi.Son iki bölümü daha geniş çəkə bilərdilər zənnimcə, amma belə də bəyəndim təbii ki.Hər bölümündə gülmürsünüz, bəzilərində təsirlənirsiniz amma hər bölümündən zövq alırsınız.Bəzən baxıb kaş belə dostlarım olaydı belə deyə bilərsiniz.Bir də ingilis dilini inkişaf etdirmək isdəyənlərin də altyazılı və ya altyazısız baxmağı tövsiyə edəcəyim serialdır.

1941-ci ilin dekabr ayında moskva ətrafında döyüşlərdə ruslar (qızıl ordu) qalib gəldi və həmin gündən sonra almanlar bir daha moskvaya qədər irəliləyə bilmədi. həmin gündə rusların qalib gəlməsinin səbəbi qışın sərt olması, alman strateji hücumunda səhvlərin olması, alman ordusunun qışa hazır olmaması idi. məhv bu döyüşdən sonra yapon ordusu pearl harbora hücum etdi və abş müharibəyə daxil oldu. yəni qısaca moskva ətrafında döyüş, müharibənin taleyini həll etdi.

mənasını hələ də tam başa düşmədiyim bir bayramdı. çünki oğlanların çoxu 14 fevralı keçəndən sonra bu varianta əl atırlar qız tutmaq üçün. qadınlarda isə qəribə bir sevinc yaranır onlara imenni bu gün nəsə bir hədiyyə alanda, sevgisini hədiyyə ilə göstərənləri də başa düşmürəm sözün düzü. bu bayram məncə qadınların ümumi mənada çox az hüquqlarının olduğu vaxtlara təsadüf edir yəni bayramın məqsədi qadınları bir gün də olsa dəyərli olduqlarını göstərməkdir, geriyə qalan 364 * gündə isə kişilərin onlardan üstün olduğu yerlərdə onları işlətmək. indiki dövrdə əgər qadın və kişi bərabərliyinə inanılırsa nəyə görə yenə belə təntənahla keçirilsin bu gün. qadına hörmət varsa hər gün olsun hər gün hədiyyə alın demirəm amma hər gün yerin dibinə də soxub bir gün taclandırmayın *. nə isə məncə ətrafındakı qadınlara ilin hər vaxtı hörmətini hiss etdirən, kişilərə necə davranırsa qadınlara da elə davranan, equalist bir insan üçün keçirilməyinin o qədər də böyük bir mənası yoxdu.