Farhad Həsənov

TƏQİBLƏR

0

TƏQİBÇİLƏR

4

Xaricə köçəndən sonra həyatınızda əslində çoxda ciddi bir dəyişiklik olmayacağını bilməlisiniz.İnsanların çoxu sadəcə qarşısına başqa ölkəyə getməyi məqsəd kimi qoyur.Gedəndən sonrada bir növ özünü missiyasın tamamlamış kimi hiss edib xəyal qırıqlığına uğrayır.Çalışın xaricə köməkdən çox orada etmək istədiklərinizi xəyal edəsiniz.

bizim provayderlə və bu vəziyyətdə çox da işimizə yaramayacaq, əslindəysə çox gözəl bir yenilik. belə deməyimin səbəvləri; ölkədəki gəlirlər göz qabağındadı, beş on dəqiqədən bir gedən setlər (əsas da paytaxtdan kənarda) barədə danışmağa dəyməz, lakin hər dəfə ekran kartına ödəniş edib artırmaqdan ya notebook-u dəyişməkdənsə, imkan çatırsa çox funksional olan virtual layihə. ancaq daha yaxşı və pis tərəflərini görməlçün zaman lazım olacaq.

rosetta stone və english today proqramları ilə sıfırdan advanced səviyyəsinə qədər rahat qalxmaq olur. hər iki proqram pc üçündür.

Bəyəndiyim çox serial var, amma kiməsə məsləhət görməli olsam aşağıdakıları izləməyi tövsiyyə edərdim.

True detective - 10/10
Breaking bad - 9/10
Band of brother - 9/10
Prison break - 8/10
Game of thrones - 8/10

Web developer olmaq üçün öncə html, css öyrənmək lazımdır. sonra istəyə bağlı olaraq jаvascript client-side ya da server-side proramlaşdırma dillərindən birini seçmək olar. bunlardan php, java, python, asp.net və s. öncə qərar verməlisiniz front-end developer yoxsa back-end developer olmaq istəyirsiz?

front-end developer əsas olaraq html 5, css 3, js(jquery) və bunların frameworklarından (bootstrap) bilməlisən. front-end developer olaraq iş tapmaq mümkündür. burda iş əsasən temalarla əlaqəlidir. psd to html edirsən, bütün brauzerlər üçün nizamlıyırsan. yəni dizaynı kodlayırsan.

back-end developer html, css, js orta səviyyədə bilsən də olar. əsas server-side dillərdən birini yaxşı bilməlisən və obyekt yonümlü (oop), təhlükəsiz yazmağı bacarmalısan. frameworklardan bilsən üstünlükdür. ölkədə ən çox tələb olunan php dilidir. bundan əlavə apcahe, sql, mysql, query optimization bilməlisən.

Adətən danışacaq başqa şeyləri olmayan adamların təkrar-təkrar və hər dəfəsində fərqli versiyalarında və hər dəfəsində şişirdərək danışdığı söhbətlərdi.

Rəqəmsal marketinq, marketinq fəaliyyətini rəqəmsal texnologiyaların köməyi ilə həyata keçirmə prosesinə deyilir. Rəqəmsal marketinqin əsas məqsədi markanı, məhsul və ya xidməti internet vasitəsi ilə tanıtmaqdır. Bununla yanaşı müxtəlif üsullarla satışların artırılması da əsas məqsədlərdən biridir. Burada potensial müştəriləri cəlb etmək, istehlakçı kimi saxlamaq məqsədilə rəqəmsal texnologiyalardan istifadə edilir. Hansı ki, sosial şəbəkələri, veb saytları, e-mail xidmətlərini, mobil telefonları, rəqəmsal televizorları, bir sözlə internetə çıxışı olan bütün rəqəmsal texnolagiyaları və alətləri buraya daxil etmək olar. Lakin internetə birbaşa qoşulmayan kanallardan da istifadə oluna bilər. Buna isə əsasən mobil telefonların SMS, MMS xidmətləri, zəng melodiyaları aid edilir.

Filmin sonunda Dr. ryanın suya düşməsi, sahilə çatması, əli ilə qumu sıxması, sonra ayağa qalxması və o əndişəli, sanki ilk dəfə yeriməyə başlayan uşaqlar kimi gəzməsi sanki qəhrəmanın yer kürəsinə qayıtmaqla yenidən doğulması təəssüratını yaradır.

Möhtəşəm səhnə idi.

Özünə hekayə danışıcısı adını verən, incəsənət, musiqi, texnologiya və s. mövzularda video hazırlayıb paylaşan youtuber.Anlıq olaraq "dünyanın en uzun yaşayan canlıları" adlı video yükləmiş və həmin videoda gözəl lerikimizin ağbirçək və ağsaqqalları haqqında da çox gözəl danışmışdır. videonun sonunu da özünəməxsus şəkildə tamamlayaraq bizə çox gözəl mesaj vermişdir.

Technote, texnologiya sahəsində xəbərlər verən yerli blog.

Kinomonastr, adəcə film tövsiyə edən yerli blog. yenidi ama tutuzdurmağa meyillidi.

1843mag, maraqlı hekayələr paylaşan ingilis jurnal blogu.

Qadınların hüquqları uğrunda ictimai-siyasi herekatdır. İndiki dövrde feminizmi müxtelif formalarda müeyyen edirler. Çox zaman feminizm qadınların azadlıq uğrunda herekatının esasında duran cinslerin beraberliyi nezeriyyesi kimi anlaşılır. Lakin daha çox onu geniş şekilde - cinslerin hüquq beraberliyi tesevvürlerine esaslanan qadın hüquqlarının müdafiesi üzre müxtelif herekatlar kimi izah edirler.

insanda fame hissləri qabardıqca, o, xalqdan uzaqlaşır və daha çox güclü olan tərəfə meyl edir. əlixanda da eyni proses təzahür edir: ilk əvvəllər muxalif düşüncəli olduğunu düşünürdük (və ya sadəcə mən elə düşünürdüm), amma çox yaxın zamanda bir çox "ziyalı" kimi mehman üçün heç bir söz demədi, heç ağzını açmadı. belə yaxşı "qaqaş" idisə, dubibkadan qorxmazdı, sənətini itirməkdən qorxmazdı. bu videoda isə özünün necə bir xarakter sahibi olduğunu sübuta yetirdi. çox böyük bir sənəti varmış kimi, düşüncələrinin hər kəs üçün vacib olduğunu düşünərək belə lazımsız bir video paylaşıb. sənin sənətini də, o filmin dəyərini də qoyaq üst-üstə, görək hansı ağır gələcək?

imperiya dövründə səfəvilər və ruslardan fərqli olaraq hər zaman say üstünlüyü hesabına qalib gəlmişdir ordusu. hətta məğlub olduğu döyüşlərdə də say üstünlüyü olmuşdur bəzən. tarixi boyu dini kimliyi milli kimliyini üstələmiş, dağılmağa üz tutduğu son dövrlərdə türk olduğunu xatırlamışdır.

Hal-hazırda ən ideal sistemdir, bundan daha yaxşı alternativ bilmirəm.

Sosializmdən daha çox azadlıq verən sistemdir. bu sistem heç kimə yalan vədlər verərək, hisləriylə oynamır insanların.

uzun müddet maska taxsan altındakı şexsiyyeti de unudarsan!

V for Vendetta  (2006) 

ii elizabeth böyük britaniyadan başqa kanada, avstraliya, yeni zellandiya, yamayka, barbados, papua yeni gvineya ve başqa bezi ada ölkeleri hansıkı cemi 16 dı birlikde commonwealth realms yaradırlar. özde ele bele kraliçe deyil babat elde gücü var.

Utanmayın.Həqiqətən dil öyrənməkdə ən böyük problemdir bu utanmaq məsələsi.Özünüzə güvəniniz olsun, səhv də olsa danışmağa çalışın daha rahat öyrənəcəksiniz.

Fikrimcə Almaniya əgər bu müharibədə məğlub olmasa, SSSR-i və ABŞ-dan əvvəl kosmosu fəth etmiş olardı.

Müharibədən sonra Almaniyanın kosmos proqramları ilə bağlı bütün araşdırmaları və texnologiyaları Rusiya ilə Amerikanın əlinə keçdi.Əksər alimləri Abş qəbul edib onları öz araşdırmalarına inteqrasiya elədi.Almaniyada raket texnologiyaları ilə bağlı vacib alimlərdən biri olan Fon Braunda bu dövrdə təslim olub, ABŞ üçün işləməyə başlayıb.İlk insanı aya çıxaran raket məhz Braunun elmi fəaliyyətinin nəticəsi idi.

3 il filan əvvəl sosializm söhbətləri, sol söhbətlərinə filan maraq saldım.Amma kitab oxuya bilməməyim sayəsində bu zad sadəcə beynimdə öz təsəvvürlərimlə sınırlı qaldı.Yəni heç vaxt milyonluq arzularım olmuyub.

Düzdü kim istəməz ki, milyonları.Amma oturub düşünəndə sonra nə bəs? deyir insan.Sosializmin ideyasından, necə bir şey olduğundan tam xəbərim yoxdu.Loru dildə desək bərabərlik olaraq anlıyıram ancaq.Mənim dünyamda güclünün zəif üstündə hökmranlıq qurduğu bir dünya yoxdu.Ən azından bizi soyub soğana çevirəcək kapitalistlərdən qurtulmuş olarıq.Onlar üçün tək önəmli olan kapitaldı.

Çoxları razılaşmır bununla azad bazar filan deyir.Amma nə bazarı qardaş sən öz əməyini dəyər dəyməzə satırsan.Və bunun qarşılığında da nəinki əlavə xidmətlər ( kommunal, mənzil, təhsil, səhiyyə və s.) göstərilmir sənə, hətta gündəlik 8 saatlıq əməyinin qarşılığında belə sadəcə 1-2 saatlıq əməyinin qarşılayacaq qədər əmək haqqı alırsan. Çox da zad etmiyim dediyim kimi məsələnin elmi tərəfindən bixəbərəm, amma inanıram ki birgün bərabərlik içində gözəl günlər görəcəyik.

Ali Khayyam və Royal pashayevin hər bölüm müxtəlif mövzular haqqında maraqlı müzakirələr etdiyi podcast seriyası.

Bu linkdən dinləyə bilərsiniz.

Ulduzların öz yanacağını tükətməsi nəticəsində yaranan fenomenal obyekt.Qara dəliklər çox güclü cazibə qüvvəsinə sahibdir.

1736-cı ildə nadir xan tərəfindən süquta uğradılmış imperiya, nadir 1733-cü ildə öz himayəsində olan körpə 3-cü şah abbası hakimiyyətə gətirib, onun müəmmalı ölümünden sonra hakimiyyeti ele alıb ve imperiyanın axrına çixib

Virusun yarandığı mərkəz, huanan dəniz məhsulları mağazası hesab olunur.Yoluxanların bir çoxunun bu mağaza ilə birbaşa əlaqəsi aşkarlanıb və demək olar ki, əksəriyyətində ilkin simptomlar səbəbsiz yerə baş qaldıran ağciyər iltihabıdır.

Hal-hazırda çin hökuməti 11 milyonluq əhalisi olan Wuhan şəhəri də daxil olmaqla ətrafındakı 5 şəhəri tamamilə karantin altında saxlayır, hətta meşələrdən kənar şəhərlərə qaçışın qarşısını almaq üçün ordu nəzarət edir, bundan əlavə 6 şəhərdə isə ictimai nəqliyyat karantin altında saxlanılır.Hal-hazırda 1354 nəfərin dünya üzrə bu virusa yoluxması təsdiqlənib, və bunlardan 41-də ölüm halı baş verib.Ölümlərin hamısı Çindədir.Çin hökuməti həmçinin sırf bu virusa yoluxanların müalicəsi üçün 24 yanvardan başlayaraq 2.5 hektar ərazidə 1000 çarpayılıq yeni xəstəxana tikintisinə başlayıb.Fevralın 3-ə açılışı planlaşdırılır.