Farid Humbatov

TƏQİBLƏR

0

TƏQİBÇİLƏR

5

Kollektivinə yeni qatıldığım proqramlaşdırma akademiyasıdır. Mən proqramçı deyiləm.Ona görə Azərbaycandakı ikt sahəsinin vəziyyətindən çoxda xəbərim yox idi, digər sahələr kimi çox geridə qaldığını düşünürdüm.Lakin şirkətdəki kadrları və layihələri görəndən sonra bu ölkənin gələcəyi ilə bağlı ümidim artdı desəm yalan olmaz.Süni intellektdən maşın öyrənməsinə qədər bir çox texnologiyalardan istifadə edirlər layihələrində.Üst şirkətləri olan itcity bir sıra nazirliklərin layihələrini işləyib.Akademiya sadəcə həmin üst şirkətin bir uzantısıdır.Daha yaxından tanış olmaq üçün veb-saytdan istifadə edə bilərsiniz.

manga. uşaqlığımda, yeniyetməliyimdə ən çox dinlədiyim türk alternative rock qrupu. haqqlarında hər şeyi bilirəm, o dərəcə bağlı idim. mangafan.web.tr deyə fan forumu var idi. 7 il əvvəldən bu yana ordan tanıdığım dostlarım var. gözəl vaxtlar idi.

batman triologiyasının ikinci filmi. heç vaxt izləməmiş olduğum üçün bir baxım dedim (deyəsən birinci və üçüncüyə də baxmamışam. xatırlamıram). joker olmasa çəkilməyəcək film imiş. imdb'də dördüncü yerdəymiş film. girdim bir xal verdim ədaləti bərqərar etmək üçün. həqiqətən sadəcə məzə üçün baxılacaq filmdir. sadəcə hallı falan olanda baxmağa dəyər bəlkə. joker ürəydi o ayrı. ama belə ortalama bir hollywood aksiyon filmlərindən fərqsizdi (joker olmasa).

hard rok ve metal musiqinin efsane adı metallıca bu musiqinin az bir dinleyici kütlesinden daha geniş kütleye sahib olmasında böyük rol oynayıb.qrupun esasını qoyan lars ulrich los angeles qezetinde elan vererek qrupa musiqi bacarığı olan insanları axtardığını bildirir. james alan hetfield,me govne bir araya gelerek geleceyin en uğurlu metal qrupunu yaradırlar.müxtelif illerde en yaxşı metal performansı,en yaxşı hard rok performansı,en yaxşı rok enstrümental performansı ve.s mükafatlar qazanan efsane qrup

İl olub 2020 və hələ də çevrəmdə bir birindən facebook şifrələrini falan tələb edən cütlüklər var.Biri bu axmaqlara istəyən birinin çox rahat formada ikinci bir profil yarada biləcəyi gerçəyini xatırlatsa bomba olar.Üstündə bir də bu cür güvənsizliklər üzərinə gələcək qurmağı planlaşdırırlar.

Məncə kəllə-kəlləyənin prodüserləri papağlarını qabağına qoyub düşünməlidilər bir az.Bu adamlar rap-ı subkulturadan çıxarıblar artıq.Bunun nəticələridə yaxşı olmayacaq gənclik üçün.Sonuncu battledakı qalmaqalda buna işarədi. Yayımın sponsorlarıda bu cür bir layihədə adlarının hallanmasının nə qədər düzgün olduğu haqqındada özlərini sorğulamalıdılar fikrimcə.

madhouse community-nin yaradıcılarından biri. bundan başqa şəxsi youtube kanalındakı fəaliyyətini də vurğulamaq lazımdır.

amerikaya köçən livanlının belə bir sözü var' amerika mənə uyğundu, amm bura aid(məxsus) deyiləm, livana aidəm amma , livan mənə uyğun deyil'. başqa ölkəyə gedənlər bilir , nə qədər yaxşı yaşasanız da, nə qədər xoşbəxt olsanız da, o aidlik hissini heç vaxt hiss etməyəcəksiniz.

çox da şey eləmədən baxa biləcəksinizsə, babat gedir. yaxşı dinamikası, intriqaları var. daim yadda saxlamaq lazımdır ki, avtobusda eşitdiyiniz, çox bayağı olmayan, eyni zamanda ciddiyə də alınmaması gərəkən mahnı kimidir. berlin və nairobi kimi əfsanəvi personajlara sahibdir.

təhsil portalıdır. kurslar xəbərlər, təqaüd imkanları haqda məlumat almaq olar.

azərbaycanın ən böyük problemi, mən allahdan başqa heç kəsdən qorxmuram psixologiyasıdı. vallah da elə allahdan başqa heç kəsdən qorxmayanlar zibilliyir hər şeyi. öz anasını bacısını yalnız başına bayıra buraxmayan oğlanlar,rahatca başqalarına baxıb şəhvətlənir. heçnəyin üstündə adam bıçaqlayan,oğurluq edən,qız,uşaq zorlayan gəlib sadəcə işində gücündə olan,ailəsinə dəstək olan,heç kimə problem yaratmayan homoseksuala kişilik dərsi keçir, ana öz qızını sorub soraşdırıb bir varlı,problemsiz oğlana sırımaq üçün qoruyub saxlıyır,ama öz oğlunun qızlarla fingirdəşməyinə,qızları aldatmağına fəxrlə baxıb, oğlunun hər eybini örtüb hansısa qadını bədbəxt edir. ata evdə hökm qoyub,bayırda kimlərinsə yanında quzuya dönür. anam başımın tacıdı deyənlər,hansısa qızları aldatmağdan yana anamın canı deyə yalandan and içir. millət bir birin sevmir,məktəbdə müəllim,xəstəxanada həkim,məhkəmədə hakim hər yerdə hamı bir-birinə yuxarıdan aşağı baxır. şəhərdə hamının üzündən zəhrimar yağır

Düzgün ixtisas seçimi şərtdir, bunu 4-cü ildən unini tərk etmiş biri kimi deyirəm.Bundan sonra çox şey dəyişdi həyatımda.Nəticədə indi illər əvvəl verməli olduğum qərarı verib, başqa bir ölkədə bakalavr oxumağa hazırlaşıram.

O illəri düzgün dəyərləndirmək lazımdı.Elə edin ki, bir neçə il sonra peşman olmayacağınız bir yol xəritəsi hazır olsun əlinizdə.

əsəb nifrət iyrənc insanlar və yanısıra bu xüsusiyyətlərə malik insanlara qarşı pisixoloji immunitet nadir hallarda çox yaxşı dostlar

düşünürəm ki, əsas məqsədinə çatmış cərəyan. cəmi yüz il bundan əvvəl qərbin ən inkişaf etmiş ölkəsində belə qadınlar seçmək və seçilmək, təhsil almaq, nigahda bərabər hüquqlu olmaq, kişilərlə eyni məbləğdə maaş almaq, varis ola bilmək, şəxsi mülkiyyətə sahib ola bilmək kimi hüquqlardan məhrum idilər. qadına qarşı təcavüzün və pedofiliyanın cinayət sayılmadığı dönəmlərdən bəhs edirəm. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində öz haqları uğrunda mübarizə aparan feminist qadınlarım arzuları və tələbləri artıqlaması ilə həyata keçib. qalıb məişət problemləri. onlar da zamanın işidi. indi o feminst qadınların mübarizəsi sayəsində bu gün adam yerinə qoyulan civilər gəlib burda feminizmə içi boş, çürük bik bik biologiya belə gəldi elə getdi deyirlər. bu zehniyyətdə olduğunuz müddətdə elə qadın kimi yox bir heyvanın dişisi səviyyəsində mövcud olmağa məhkumsuz.

birincisi, mənəvi duyğuların daha ön plana çıxacağını düşünürəm. bu, əsasən, ailə anlayışının getdikcə zəiflədiyi qərb dünyasında baş verə bilər. daha sonra, günümüzdə mövcud olan müxtəlif sahələr tədricən öz hökmünü itirəcək. bunların başında turizmin və restoranların olacağı fikrindəyəm. onlayn dünya insan həyatına daha çox daxil olacaq. ən azından bunu televiziyaya nəzərən demək olar. müxtəlif serial, proqram, veriliş dayandırıldığından hər kəs virtual dünyaya daha çox bağlanır. və ən əsası isə, insanların artıq təbiətə daha az zərər yetirəcəyini düşünürəm. ozon qatının bərpa olunmağa başlaması, venesiya kanallarında balina, köpəkbalığı və s. kimi uzun illərdir görünməyən hadisələrin baş verməsi onları bu işə vadar edəcək.

ilk testdə çox xoşuma gəldi. mənim pc parametrlərini 2-3 dəfə aşacaq qədər güclü parametrlərdə və heç vaxt görmədiyim qədər aşağı ping lərdə oyun oynamaq ləzzət elədi. tək pis cəhəti bizim ölkə üçün olan rus regionu olmasıdı.

vokalistləri olan amy lee'nin həddindən artıq şişirildiyini (overrated) düşündüyüm qrup. bilmirəm mənim rock/metal'da qadın vokalına olan antipatiyamdandı ya yox ama canlı ifalarını dinləyən bir çox insanın da həmçinin gəldiyi nəticədir.