Günel Qurbanova

TƏQİBLƏR

6

TƏQİBÇİLƏR

8

Son illərdə olduğca populyardı kendileri.Okaber kimi reperlər sağolsun subkulturanın bir hissəsinə çevirdilər.Bu tendensiyanın bizi hara aparacağını bilmirəm amma milyonlarla insanın qatilini insanların telefonunda wallpaper kimi görmək bu cəmiyyətlə bağlı son ümidlərimində üstündən xətt çəkir.

Az öncə izləyib bitirdim.İlk sezonları çox sürükləyici idi amma xüsusən sonuncu sezonun sırf pul qazanmaq məqsədi ilə çəkildiyi çox bəlli olur.Xarakterlərində bir orjinallığı qalmayıb artıq.Növbəti sezon gəlsə belə izləməyəcəm çox güman.

Gülümsəməyi bacarmayandan tacir çıxmaz. çin atalar sözü.

haqqında bildiyim, amma adını ilk dəfə eşitdiyim effekt. məsələn the secret filmində belə bir misal var. döş xərçənginə tutulmuş bir qadın hər gün sanki onda bu xəstəlik yoxmuş kimi davranır. hər gün əvvəl gördüyü gündəlik işləri görür, yeyir, içir, kef çəkir, ümumiyyətlə xərçəng olduğunu unudur. bir neçə aydan sonra yoxlatdırır və xəstəliyin tamamilə sağaldığını görür * bəlkə də həmin şey deyil, ama oxşatdım

aqnostizm ikiyə bölünür : teist aqnostizm və ateist aqnostizm. teist aqnostizm deyir ki, tanrı böyük ehtimalla var ancaq olmaya da bilər, ateist aqnostizm isə tam tərsini deyir. bir növü daha var ki əşşi maa nə varsa var yoxdusa yoxdu deyir. müsəlmanlar qısaca ateist adlandırır, ateistlər isə deistin qardaşı elan edir bu fəlsəfənin insanlarını. bir də tənbəl ateist elan edənlər var ki onlara deyəcək söz tapmıram. teist aqnostik olaraq bunu deyə bilərəm ki, 90% ehtimalla qəbul etdiyim tanrının sami dinlərinin ortaq allahıyla bir əlaqəsi yoxdur. mənim inandığım tanrı sadəcə dünyanın yaradılışında rol oynayıb, nə kitabları nə də elçiləri yoxdur. bu tanrı təbiət adlandırdığımız mövhumun özü də ola bilər təbii ki ancaq yaradılışda bir gücün olduğunu məncə hamı qəbul etməlidir.

adi bir qrup idi. oxudular, gənclər dinlədi və bitdi. niyə bu qədər ciddi müzakirə olunur anlamıram? həmin dövr, zaman bu uşaqları tələb edirdi. vaxt keçdi və artıq tələblərə uymadıqları üçün yox oldular. hər yeniyetmənin sahib olduğu qədər aqressiyaya, hər şeyə qarşı çıxmaq və fərqli olmaq istəyinə sahib idilər. bunlar azalan kimi və qrupun üzvləri, dinləyici kütləsi böyüyən kimi hər şey geridə qaldı. idealogiya, dini baxış və s. kimi belə həssas və ciddi şeylər heç vaxt bir qrupun, iki mahnının, üç meyxananın təsiri ilə dəyişə bilməz. dəyişsə belə yeniyetməlik yaşları ilə məhdud qalar. ikinci dəfə təkrar etdiyim kimi bu qrup 5-10 il əvvəl yeniyetmələrinin tipik tələblərini qarşılayırdı və bugün artıq mövcud olmayan bir şeydir.

hələ ki, azərbaycan dili bölməsi mövcud olmadığından giriş edərkən dil bölməsindən "other" (nolsun ki, gürcücə hekayələr filan dolub məsləhət siyahım? dili də bilmirəm barı.) və ya "english" seçməyiniz məsləhətdir. elə ən yaxşısı ingiliscə olar, öyrənməkdəsinizsə, sadə dilli fan-fiction hekayələri oxumaq inkişafa kömək edə bilər. amma əsla türkcə dili bölməsini seçməyin. təcavüzü sevimli göstərən, atasıyla/qardaşıyla eşq yaşayan obrazlar, saf qızlar/bad boy oğlanlar və digər səfeh mövzulardan keçilməyən hekayələrlə doludur. dəryadan damla olsa da, türkcə keyfiyyətli yazılmış, möhtəşəm elmi-fantastik, fəlsəfi hekayələr də var əlbəttə. düzü hər dildə var. axtarsanız, almaz qədər dəyərli hekayələr tapmaq olar. azərbaycanlı həvəskar yazarlar da, həvəskar deyilməyəcək qədər əla yazanlar da var. məqsədini pisə istifadə etməsələr, gözəl bir proqramdır əslində.

çətindi. çünki azərbaycanda əgər bir qadının iqtisadi azadlığı varsa o deməkdirki ya onun saxlayını var əxlaqsızdır. dərd azar orasıdır ki bunu edən sadəcə kişilər deyil bu kütlənin böyük bir qismini elə qadınlar özləri təşkil edir. səbəbi isə azadlığı olan qadınların azadlıqlarını onlar heç vaxt əldə edə bilməcəklər və qazandıqları uğurları əldə edə bilmiyəcəklər.əgər bir ölkədə qadınlar öz həmcislərini qınaq obyekti olaraq görüb uğurlarının dəstəkləmirsə kişilərdən qadınlara baxış tərzini dəyişməklərini gözləmək absurtdur. azərbaycanda da bu problem həll olmadığına görə azərbaycanda qadın olmaq çətindir.