Kamil Kərimov

TƏQİBLƏR

0

TƏQİBÇİLƏR

8

İnsanın özünün öz başına açdığı bəladır.Hər şeyi pul idarə edir və tənzimləyir.Birinə pul verib yüksəldə də bilirlər, pulla onu devirib başqasını onun üzərinəd yüksəldə bilirlər.Qısaca özündən başqa hər kəsə və hər şeyə ziyanı var.

8 martla bağlı dərin araşdırmalara, tarixini öyrənib yaranma səbəbini kəşf etməyə falan ehtiyyac yoxdur.Onsuzda bu ölkədə heç bir gün nə kişilərin nə də qadınlarındır.Qoy, heç olmasa bir gün onların günüdü deyə hiss etsinlər.

Bayramınız mübarək.

əvvəlində˙they˙(u:onlar ) deye xitab etdikləri ilahi kəsin əslində özləri olduğu ideyasını aşılayan materyalist filmdir. kinomatografik anlamda epizodları qətiyyətlə deyirəm ki, ayaqda alqışlansın amma ideyasında sanki bir qədər xaos görünür. filmi 3 dəfə izləyib şok təsiri keçəndən sonra insanın həyatı sorğulaması da bir qədər dəyişir. filmin sonu daha gözəl ələ alına bilərdi. skafandrla kitabxanaya -tələyə düşüb qızına mesajlar göndərməyi məni çox heyrətləndirdi . sadəcə olaraq həyatının qısaca bir anını görməyi və bu vəziyyətdən necə qurtulduğu haqqında fikir vermədən insanların - səni fəzanın ortasında tapdıq ˙deməyi mənə bir qədər emerik ˙ i xatırlatdı. o qədər məna yüklü bir senaridə bu cürə boşluq buraxılmağı məni kədərləndirdi. imdb də 9 verdim buna görə

əgər o vaxta kimi ölməsəm qara dəliyin günəşi əvəz etməyin görmək istəyirəm

Siz siz olun, hər oxuduğunuzu, hər izlədiyinizi, hər təbliğ ediləni sevməyin zorla.Gözlərinizi açıq tutun, sizi aldatmağa çalışanlarda olacaq, əlinizdən tutanlarda.Ətrafınızdakı insanların qiymətini bilin, sonra necə dəyərli olduğlarını yoxluğunda başa düşə bilərsiniz əks halda.

Bir də tez, böyüməyə çalışmayın.

orta şərqə (israil, liv) və qonşumuz irana da gəlib çıxmış virus. it yiyəsini tanımayan əfqanıstan və geri qalmış potsovet məkanı daxil olmaqla putin kuklası ılkələrdə hələ də niyəsə(!) üzə çıxmamış virus. şimali koreyaysa hələ ki tək gediş-gəlişi olan çini və ətraf ölkələri ağuşuna almış bu virus barədə yoluxma faktlarını (təxmini say 1000-dən çox düşünülür) təsdiq etmir həkə ki. bir sözlə rəsmi statistikasına görə 80000mindən çox cari, 1000dən çox gündəlik yoluxması və 2000dən çox ölüsü olan, amma realda daha çox təxribat törətməkdə olan virus.

Bütün günahlarına rəğmən Hitler yaxşı natiq olub.Deyilənə görə nitq söylərkən bir dəfə də olsun səhvə yol verməyən yeganə populyar liderdir.Bəlkə də, yaşasa edərdi o ayrı.

səhərin altısında heç tanımadığım bir adamdan, böyük hun dövlətini və atatürkü dinləməmiz səbəb olmuş lənət imperiya. islamı imperyanın meydana gəlməsinə o qədər qatmış ki, artıq hər kəs osmanlı dəyincə islam deyir. xeyr, din və dövlət işləri bir-birinə karışmamalı. son zamanlarda türkiyede çıxan hadisələrin əsl səbəbi əslinə baxsanız din və dövlət işlərinin birbirinə qarışdırılır olmasıdır. nə qədər inkar etsələr də.

saramago - təxirə salınmış ölüm
gecə başladım oxumağa, 200 səhifədən 20 səhifə zad qalmışdı, dedim yatım oyanıb oxuyaram. nə yatmaq a kişi, yuxuda belə kitabın fərqli sonluqlarını görürdüm, oyandım bitirdim kitabı.

Məsələyə aydınlıq gətirmək lazımdır.

Sosializm, marksizm, solçuluq və.s hansı adı ilə bilinir bilinsin, bir ideologiyadır. din deyil. bunu vurğulamaq, və unutmamaq lazımdır. bütün müzakirələrinizdə də, istər özünüzlə olan, içinizlə dialoqdaykən, istər bir başqasıyla müzakirə edərkən unutmayın. sosializm və kapitalizm ideologiyalardır. din deyillər. dogmatik olaraq qəbul etməmisiniz onları. düşünüb, qərara gəlib demisiniz ki, mənə görə doğru olan budur. buradaki "mənə görə"ni heç vaxt unutmayın. sizə görə elədir. sizə görə doğrudur. din isə elə deyil məsələn. din sizə görə doğrudursa, deməli hamıya görə doğru o olmalıdır. düzdür mü? məsələn sən müsəlmansansa, bu dünyəvidir elə deyilmi? yəni sənə elə gəlir ki, dünyanın allahı birdir, dini birdir, sadəcə digər dinlərə inanlar yanılırlar. din dogmadır. ideologiya deyil.

Playeri çox yaxşı işləyir.Buffering problemi yaşamırsan.Altyazı ilə baxmaq istəyənlər üçün də çox rahatdır.Alt yazının fontunu və ölçüsünü də dəyişmək olur.Bir də, izlədiyin filmləri yarıda qoyduqda sonradan xatırlatmaq kimi mükəmməl bir özəlliyi var.