Kənan Məmməov

TƏQİBLƏR

0

TƏQİBÇİLƏR

13

3cü sezonda əjdaha kimi 6 hissə ilə açılan serial. adı da tam yerinə oturur. bizi bizə göstərən ayna kimi serialdı. hər kəs öz fikirlərindən, əməllərindən, xəyallarından və günahlarından bir parça tapa bilər bu serialda. elə bil həqiqətlərimizi ayna kimi üzümüzə qışqırır. gələcəyə dair nikbin prognozlarımızı götümüzə soxur. heç birşeyi də şişirtmir, əslində gələcəkdə bizi gözləyən, səbəbi yenə biz olduğumuz bədbin hadisələrdən sujetlər göstərilir.

Ən böyük uğuru kosmik daşımaların xərcini həddən artıq aşağı salmasıdır ki, çox güman yaxın zamanlarda dahada aşağı çəkəcəklər.Gördükləri işin əhəmiyyətini çox insan anlamır.Musk manyak adamdı, iki üç il ərzində kosmik turizm şirkəti qursa təəcüblənmərəm.

Çox möhtəşəm bir yetişkin çizgi filmidir. Sırf bunu anlayım deyə 6 ay proqramla ingiliscəmi irəlləttim və buna dəydi. 2-ci sezonunu bitirdim 2 gün sonra da 3-cü sezonu qurtaracam. Birinci sezonda sansür yox idi amma ikinci sezonda əməlli başlı sansür var idi.

haqqında bir az gileylənəcəyim insandı. əvvəllər indiki kanalın adı video eğitim idi.son 3-4 ildi aktiv olaraq təqib edirdim kanaldakı fəaliyyətin.youtubeda təqdir etdiyim nadir insanlardan biri idi. ümumi mənada kifayət qədər uğurlu insan olduğunu və işinin öhdəsindən gəldiyini demək olar. ancaq yanaşmaları və tutumu kanal böyüdükcə dəyişib indiki halını aldı.əvvəllər ruhi çenetə saydırırdı indi reytinq xətrinə hər videoda salam göndərir.kanaldan gedəcəm deyirdi, indiki vəziyyətdə heç sanmıram.sizdən pul istəsəm şərəfsizəm deyirdi indi iş katıl buttonuna döndü.sabah o biri gün danla biliclə video çəksə şaşmaram. əslində bunlara heç bir iradım olmaya da bilərdi.nəticədə kontent istehsal edən bir insan olaraq yuxarıdakılardan hər birini etməkdə sərbəstdi.ancaq bir insanın özünü əvvəlcə digərlərindən fərqli mövqeləndirib yuxarıda saydıqlarımı pis təqdim etməsi, sonradanda tənqid etdiyi şeyə çevrilməyi böyük xəyal qırıqlığı olsa gərək.o gündə post paylaşıb məni siz var etdiniz falan filan.təəsüf ki, fame hissinə yenilir insanlar. bir də subyektiv fikrim, bir neçə videosuna istinadən uşaqlığının çətin keçdiyini düşünürəm.məncə indiki vəziyyətdə içində olduğu dilemmada natamamlıq kompleksi ilə bağlıdı.

azərbaycanda hal hazırda modda olan aktivitelerden biri. çox insan araştırmadan, və heç nə bilmədən sırf bu yolu seçir. əsas səbəbi bir dinə inanmağı rədd edib, öz qaydalarına görə yaşamaın daha rahat olması.

Videoların audio formasın soundclouda və s. bir yerə yükləsələr bomba olardı.Dəfələrlə youtubeda bununla bağlı şərh yazmışam fikir vermirlər.Adı üstündə podcastdı, atın soundclouda millət yolda falan dinləsin.

a song of ice and fire kitabının yazarı george r. r. martin sayəsində daha da irəli gedən serial. adam kitabın anasını ağladıb və xəyal dünyasını həddindən artıq geniş tutub. məsələn filmdəki khal-ların dilini yazar özü yaradıb. yəni adam bildiyin yeni bir dil yaradıb bu qəbilə üçün, və oyunçularda bu dili öyrənib danışırlar filmdə.

Türkiyə saytlarında yayılan xəbərlərə görə yeni filminin hazırlıqlarına başlayıb.İnanıram ki, bu film öncəkilərdəndə pis olacaq.

2020 Avroviziya Mahnı Müsabiqəsi— sayca 65-ci Avroviziya Mahnı Müsabiqəsidir. Dankan Lourensin ifa etdiyi "Arcade" mahnısı ilə 2019 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2020-ci ildə Niderland 40 il sonra yenidən Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdır. Müsabiqə Niderlandın Rotterdam şəhərində, Rotterdam Ahoy kompleksində "Open Up" (azərb. Açılış‎) şüarı altında keçiriləcək. 1958, 1970, 1976 və 1980-ci ildən sonra bu Niderlandda keçirilən beşinci Avroviziya müsabiqəsidir. Müsabiqəyə Şantal Cansen, Edsiliya Rombli və Can Smit aparıcılıq edəcək.

Tipik iqtisadçı ekspert, Film replikaları, Komiks.az, Aksiom və s.

Son günlərdə artıq Netflixdə izləməyə yeni birşeylər tapa bilmirəm.Önə çıxardıqları ancaq öz serialları, filmləridir ki, onlarada baxmağa dəyməz.Yaxın gələcəkdə Disney plus ilə necə rəqabət edəcəyi maraqlıdır.

dünyada bir xalq var ki, orada ölkəsinin azadlığı üçün vuruşan, xalqın dərdlərinə yanan insanlar həbs ediləndə, əsgərlikdə öldürüləndə, qızları səbəbsiz yerə həbs ediləndə həmin xalq reaksiya vermir.çox qəribədir.daha da təəccüblüsü isə odur ki, bütün bu susan insanlar harda baxsan susanları qınayır.

çörəy ağacım olan cms-dir. üstündə etmədiyim hoqqa, çıxartmadığım oyun zad qalmıyıb. wordpress-də nə desən yığmaq olur.

çox canı sıxılan biridir. özel olaraq anlamayın heç ne yoxdu, seher oyananda peşman olacaqdır. yola verin.

yaz- yaz bitmeyen şeylerdi. eger her kesin siqaret cekdiyi telebe evinde qalirsansa, butun esyalar potensial kulqabi rolundadi. bayaq tamat yemek isteyirdim icinnen camel kotuyu cixdi. omru boyu tamat yemerem yeqin ki.

Uzun bir mesaj yazıb tam siz göndərəcəkkən telefonun enerjisinin bitməsi.

İnsanların bir-birinə hörməti olmaması, bir-birlərinə kömək eləməmələri, özlərini dartmaları, başqa birini aldatmaqla beş on manat artıq qazanmağı böyük bir uğurmuş kimi görmələri, pulu hər şeydən üstün tutmaları, savadsızlıq, qanunsuzluq və s.

Bu siyahı beləcə uzanıb gedər amma məncə ən vacibləri bunlardır.

deyilənə görə bütün müharibələri bitirəcək müharibə imiş.( the war to end all wars). amma heç bir şey bitməmiş, əksinə 2-ci müharibəni də ardınca gətirmişdir. 4 ölkənin 39 ölkəyə qarşı savaşdığı müharibə olmuşdur. 2 ittifaqın adı çəkilir. 1: antanta ittifaqı (fransa respublikası, böyük britaniya imperiyası, rusiya imperiyası, italiya krallığı). 2: mərkəzi qüvvələr ( alman imperiyası, avstriya - macarıstan imperiyası, osmanlı imperiyası, bolqarıstan krallığı). əslində italiya 1882-ci ildə imzalanan ittifaqa görə almaniyanın müttəfiqi idi. amma 1914-də müharibə başlayanda imzalanan müqavilənin hücum üçün deyil, müdafiə üçün olduğu səbəbilə müharibəyə girişməmiş, başqa sözlə almaniya ilə məzələnmişdir. 1915-də isə antanta qüvvətlərinin tərəfinə keçmişdir. italiya eyni götüboşluğu 1943-cü ildə, 2-ci dünya müharibəsində də etmişdir. müharibə 4 il, 3 ay, 2 həftə çəkmişdir. 1918-ci ilin 11-ci ayın 11-də saat 11:00 dakı atəşkəslə bitmişdir. atəşkəsin bitməsinədək tərəflər bir birilərini ağır pulemyotlarla güllələməyə davam etmişdir. sonda 3 imperiya süqut etmiş, tarixə qarışmışdır. mənə görə bu müharibənin qalibi yoxdur. antanta ittifaqı və onların tərəfindəkilər ümumi olaraq 18356500, mərkəzi qüvvələr isə 12774000 nəfər itki vermişdi. müharibə haqqında arxivimdə çox maraqlı hekayələr var. vaxtım olsa yazacam mütləq.

fizika təbiəti.təbiətin qanunlarını öyrənir.təbiətlə bağlı nə varsa,gördüyümüz,toxunduğumuz hər şey fizikanın tərkib hissəsidir.bir də var ki,metafizika.yəni,fizikanın üstündə,fizikanın qanunlarına tabe olmayan kimi başa düşülür.məsələn,təbiətdə cazibə qanunu var da.istənilən varlıq təbiətin bu qanuna tabedir.amma,metafizikada bu qanunlar keçmir artıq.ona görə də ruh,allah,cin,şeytan kimi varlıqlara metafizik varlıqlar deyilir.yəni,ki onlar təbiətə aid deyil.belə.