Bahar Xelilova

TƏQİBLƏR

0

TƏQİBÇİLƏR

5

Bizim kimi geridə qalmış cəmiyyətlərin həll etməsi gərəkən daha primitiv problemlər var.Biz isə hələ ifadə azadlığından, insan hüquqlarından falan danışırıq.Biz demokratiya sevən bir toplum deyilik axı demokratiya təsis edə bilək.30 yaşına qədər öz fikrini ifadə etmək bacarığı qazanmamış insanlarla demokratiya qurmurlar.Əvvəlcə o nəsilləri yetişdirmək lazımdır.

Bu universitetin müəllimlərinin hansısa pedaqoji təhsili olduğuna inanmıram.Karantin müddətində vəziyyəti idarə etmək qabiliyyətləri sıfır.Tələbələrin problemləri ilə heç kim maraqlanmır.Ən azından bizim fakultədə belədi vəziyyət.Dərs keçməyə keçməyə imtahanlarda tələbələri sıxışdırırlar.Universitet rəhbərliyi nəzərə almalıydı ki, bu prossesin idarəsi fakultələrin öz ixtiyarı çərçivəsində baş versə belə problemlər çıxacaq.

Həyatı haqqında bir az oxuyanda kitablarında niyə bu qədər neqativ mənzərələr yaratdığını anlamaq olur.Belə populyar olması bir azda bununla bağlıdı.Yenə də, 1984 çox möhtəşəm əsərdi.Sonluğu haqqında saatlarla danışa bilərəm amma hələlik bu qədər yetərlidir.

Universitet mühitinin insana qazandırdığı ən yaxşı şey keyfiyyətli dost çevrəsidi fikrimcə.Hələ yaxşı universitetdə oxuyursunuzsa gələcəyiniz üçün çox yaxşı əlaqələr qurmaq fürsətiniz olacaq.Dəyərləndirin.

eləbil məcburmuşuq kimi daim səliqəli,təmiz və gözəl olmalıyıq.sanki biz insan deyilik tərləyə bilmərik,ağzımızdan səhvən belə pis söz çıxmamalıdı,daim gülümsəməli qaşqabaqlı olmamalıyıq və s. bu yazdıqlarım bir çox qız üçün mənfi cəhətdi mən özümə xoş gələn cür davranıram.mənim üçün mənfi cəhət menustrasiya dövründə baş verən ağrılardı.qızlar bu zaman əsəbi və olduqca gərgin olur.hələ şkalad tapılmasa sanki sinir krizi keçirəcəm kimi gəlir.qız olmağın tək mənfisi hər ay müəyyən günlər diskomfort həyat yaşamaqdı qısaca.

hardasa tək qız dayanıbsa, gedib gəlib ona baxmaq. deyəsən, beyinlərində qızın burada niyə tək dayandığını çözməyə çalışırlar. əgər qız orada yarım saatdan artıq dayansa, hətta yaxınlaşıb xanım siz burada niyə dayanmısız? kimi suallar ünvanlamağa da üzləri var.