Nicat Məmmədli

TƏQİBLƏR

0

TƏQİBÇİLƏR

4

feysbuk, instagram, whatsapp zad hər yerdən takibi buraxmaq ilə başlaya bilərsiniz. sizi istəməyənin həyatının hər saniyəsini öyrənmək üçün işlətdiyiniz enerjini həyata dönmək üçün saxlayın. özünüzə qulluq edin, dostlarnan daha çox danışın, mütləq küçəyə çıxın, təmiz hava alın, daha çox gülməli nəsələr ilə məşğul olun və özünü dünyanın ən gözəl/yaraşıqlı hiss eləyən insanına dönüb deyin ki sən tək deyilsən dünyada səndən milyardlarca vardır.

əsası 1501-ci ildə şah ısmayıl xətayi tərəfindən təbrizdə qoyulub. şah ismayıl tərəfdarlarə özlərini qızılbaş adlandırıdılar, onlar ordunun əasını təşkil edirdilər, türk dilli tayfalar çoxluq teşkil edirdi. paytaxtları təbriz, qəzvin, isfahan olub. şah ismayılın dövründə dövlət dili azərbaycan tükrçəsi olub, şah abbasın vaxtından dövlət farslaşdırılıb. tarixçilərin səfəvilərin mənşəyi haqqda fikir ayrılıqları var. bir çox tarixçi razılaşır kı, dövlət qurulduğu zaman sülalədə türkcə danışırdılar. bəzi tarixçilər sülalənin fars əsilli olub, ancaq sonradan türkləşdiyini iddia edir. bəzi tarixçilər isə sülalənin sırf türk dilli olduğunu deyir.

İkinci dünya müharibəsi baslamamışdan öncə böyük muharibə ya da sadəcə dünya müharibəsi deyə tarixi sənədlərdə adı keçən müharibə. bir tərəfdə antanta ölkələri digər tərəfdə almaniya və ittifaq ölkələri,dünyanı yenidən bölüşdürmək ugrunda amansız müharibə toplam 10milyon ölü 20milyona yaxın yaralı ve 8milyon itkin muharibə iştirakçısı qeydə alınmışdır. İtaliyanın almaniyadan üz döndərməsi ilə ittifaqı tərk etməsi ilə yaddaşlarda qalan müharibə idi. Müharibə başlanmasına bəhanə lazım idi.avstriya-macarıstan taxt-tacının hersoqu frans ferdinandın 28 iyun 1914cü ildə terrorçusu qavrilo tərəfindən sarayevoda qətlə yetirilməsi dünya müharibəsinin başlanması üçün bəhanə oldu. avstriya-macarıstan serbiyaya müharibə elan etməsiylə rəsmən başlayan müharibə. antanta ölkələrinin qalib gəldiyi müharibə.

bildiyimiz klassik newton fizikasının böyük miqyasda cisimlər üçün keçərli olduğunu, atom və atomaltı maddələrin davranışlarının newton fizikası ilə açıqlana bilmədiyinə görə ehtiyac duyulan fizika bölməsi. cüt yarıq təcrübəsi və schrodinger pişiyi təcrübəsi ilə sıx sıx adı çəkilir. anlamaq çox çətindir bu bölməni. feynman "kvant fizikasını anladım deyənlər böyük ehtimalla anlamamışdır" kimi bir sözü var. məsələn otaqda bir stol düşünək. əslində o stol həm vardır həm yox yəni elektronlar bütün mövqelerdə olurlar bu da çoxlu gerçəklik anlayışını meydana gətirir. stolun otaqda olub olmadığını müşahidə etmədən bilməyimiz mümkün ola bilərmi? müşahidə etdiyimiz anda artıq olduğu gerçəkliyini yaradırıq.

hard rockda milletin queen dinlediyi yerde yan stoldaki qaqasin dostuna "qaqam yelledir eeee" demesi.

Nifret etdiyimiz işlerde işleyib lazımsız şeyler alırıq, bizler tarixin ortancıl övladlarıyıq meqsedimiz yada yerimiz yoxdur, bizim savaşımız ruhani bir savaşdır, televizor qarşısında böyüdülerek milyoner film ulduzu yada rock ulduzu olacağımıza inandıq, ama olmadıq ve bu sebebden çox hirsliyik.

Fight Club (1999)

0 dan başlayırsınızsa birinci sözlər öyrənin sonra qrammatika yavaş yavaş 40 40 dəqiqəlik kinolara başlayın sonra öz üzərinizdə çalışın

Azərbaycanın tək problemi onun millətidi.Nə qədər ki millətimiz vorzakonlardan danışıb türməyə düşməyi özünə fəxr bilənlərdən, beldə bıçaq , cibdə 5 barmaq gəzdirməklə özünü zor sayanlardan, siqaret çəkib özünü böyük hissedənlərdən, şəhərdə 20 qəpik dilənənlərdən , heçkimin fikrinə hörmət etməyənlərdən, mentalitet adı ilə az qala qızların yaşamağına pis baxanlardan, biz dolanaq millət qozumuza da deyil deyənlərdən təmizlənməyəcək problemlər davam edəcək.

qadınlar bayramı. amma ümumiyətlə post sovet ölkələrindən başqa heçkim az qala keçirmir. o təriflədiyiniz avropa, abş kimi ölkələrdə qadınları təbrik etsəniz məəttəl qala bilər. yenə də hərşeydə olduğu kimi qadına verilən dəyərdə də rusiyanın qərbdən nə qədər iləri olduğunu görmək olar. bizdə də onların təsirindən hər il coşğu ilə keçirilir. yoxsa bizim də vecimizə olmazdı

İnsan cavan olanda çox şey istəyir.Pul, karyera, dostluq, münasibət və s.Amma bir az yaşa dolandan sonra ancaq bir şey istəyirsən, yenidən cavan olmaq.

Doya-doya yaşayın hər şeyi.Kədəri də, xoşbəxtliyi də, sevgini də, nifrəti də.Ətrafı müşahidə edin.Həyat bütün səhvləri edəcək qədər uzun deyil.Başqalarının səhvlərindən də nəticə çıxarmaq lazımdır.Bir də həyatın özünün heç bir xüsusi mənası yoxdur.Özünüz öz varlıq səbəbinizi tapmalı olacaqsınız.Asan olmayacaq.Ona görə qabağınıza kiçik də, olsa məqsədlər qoyun qarşınıza.Elə edin ki, 27-28 yaşınıza çatanda özünüzü mənasızlığın öldürücü girdabında can çəkişərkən tapmayasınız.

çində hər gün minlərlə pasient yaradan xəstəlik. məlum məsələ, xəstəlik 14 gün simptom vermir, bəzənsə heç simptom olmur. amma infeksiyanı sağlam insanlara keçirir. buna görə də xəstələnmiş insan sayı hər gün artır. əlamətsiz olduğu vaxtlarda da keçici olur deyə ağırlaşana qədər yayılma halları çoxdu. uzun sözün qısası bu gedişlə çini məhv edə biləcək bir xəstəlikdi. hansı ki pasiyentlərin sayı bu gedişlə artmaqda davam etsə bu çinə qarşı kənar dövlətlərin çox istəyəcəyi müharibə şansını yaradır. belə olduğu halda da biolojik silah fərziyyəsinin real olma ehtimalı artır, amma əmin ola bilmərik. çini son iki gündə pasientləri əvvəlki həftələrlə nisbətdə çox sürətlə artan yaponiya izləyir. ümumi siyahıya baxdıqda plagur inc. oyunu yadıma düşür. ümumiyyətlə belə böyükçaplı şeylər görəndə təsadüf olduğuna inam azalır. hansı ki bəzi şeylərin kinolar, oyunlar falan vasitəsiylə illər əvvəl publikaya nümayiş olunması məsələsi var. kobenin, trunpın simpsonlarla əlaqəsini misal çəksək yerinə düşər.

Bir az əvvəl izlədiyim verlişdə Filippinli qəbilə üzvləri palçıq içindən yığdıqları həşəratları diri-diri qızardıb yedilər.Cücülərə yazığım gəldi.O qədər yaşıllığın içində də niyə məhz həşərat yedikləri üçün qəbiləni də qınadım.

hava 20 dərəcəykən üşüməni sevirəm. bir saat yarıma sendviç sifariş etməni sevirəm. dəli imişəm kimi baxarkən qaşını əlinlə burmağını sevirəm. səninlə birlikdə olarkən ətrinin paltarıma hopmağını sevirəm. və gecə yatmazdan əvvəl danışdığım son insan olmağını sevirəm. və yalnız olduğun üçün, yaxud indi yeni il axşamı olduğu üçün yox... çünki həyatının qalanını birisiylə keçirmək istədiyinin fərqinə varanda, həyatının qalanının tezliklə başlamağını istəyərsən.

When Harry Met Sally (1989)

tutorlarina azerbaycanca oyretdiyim online məcra.

yüksek doz ağrıkesiciden ölenlerin, yüksek doz kokain ve heroinden ölenlerin sayından çox olmağı. yüksek doz marixuanadan ölen olmamamasına baxmıyaraq, marixuana satıcılığına göre 1970'den beri 300'e yaxın adamın edam edilmesi.

en güclü cms sistemine sahib blog saytı. gücün sirri ise seolar üçün olan üstün seviyyesidir. neinki blog hetta istediyiniz dizaynda saytda aça bileceyiniz bu işin ustası olan sayt.

Dünyanın ən boş imperiyası.

Mövcud olduğu dövr ərzində İslam aləmi üçün sadəcə problem mənbəyi olub.Şirvanşahlar, Şeybanilər kimi dövlətlərin sünni təbəəsinə divan tutublar.Səfəvilərin məqsədyönlü şiələşdirmə siyasəti nəticəsində yaxın şərqdə məzhəbi və etnik tarazlıq pozulmuş, o dövrdən qalan problemlər bu gündə öz həllini tapmamışdır.

Sözlər öyrənməyə çalışmayın.İngiliscə ifadələr öyrənin, bu həm sözlər, hem qrammatikanı avtomatik öyrədər.Həmçinin ing-az lüğətindən yox, Oxford lügetinden istifade eliyin.Sözün tercümesin yox mehz definition'ın, yeni ingilisce açıqlamasın, sinonimin öyrənin.Bu həm söz ehtiyatınızı artırar, həm də İngiliscə düşünmənizə şərait yaradar.