Nicat Rzayev

TƏQİBLƏR

0

TƏQİBÇİLƏR

11

Münasibət xətrinə tərəflərin olmadığları biri kimi davranması, bunun davamındada münasibət zamanı qarşı tərəfin dəyişdiyini iddia etmək.Azərbaycandakı ortastatik bütün münasibətlər bu ssenari ilə başlayıb, bitir.

Çox təəssüf ki, mümkün deyil.21-ci əsrdə belə bir vəziyyət çox az sayda ölkədə qalıb.Öz gücü ilə sıfırdan yavaş yavaş yüksələn heç kim yoxdu ölkədə.İcazə vermirlər çünki.Hamısı oliqarxların əlində cəmlənib.Eqoistliyin bu qədəri. Bir idarəçi düşünün deyir sən kimsən, mən və mənimkilər qazanacaq bütün pulları.Hər kəsin nifrət etdiyi halda işlərin hələ də bu gedişlə davam etməyi heç xeyrə əlamət deyil.

Azərbaycan repinin gəldiyi son nöqtə. Əvvəllər azrapın öz dinləyici kütləsi var idi.Sonradan bir azda internetin təsirindən tracklar daha böyük kütlələrə çatmağa başladı.Ona görə də indi çıxan treklər məzmun cəhətdən kasadlaşıb.Necə deyərlər, kəmiyyət artıqca keyfiyyət azalır.

Şəkillərinizi pulsuz formada upload etmək üçün aşağıdakı sayt köməyinizə çata bilər.Ən gözəl yanı odur ki, dekstopda ctrl+c etdiyiniz şəkili sayta ctrl+v edərək upload edə bilərsiniz. http://snag.gy/

Əgər ilk dəfə iş görüşməsinə gedirsinizsə böyük ehtimal uğursuz keçəcək.Ona görə iş axtarkən cv formanızı ilk öncə maraqlanmadığınız işlərə göndərərək əvvəlcə həmin şirkətlərin müsahibələrinə getməyi məsləhət görürəm.Burada qazandığınız təcrübə növbəti müsahibələrdə çox köməyinizə çatacaq.

tərkibi, daxilindəki maddələr və s. bilinməyən nəhəng kosmos hissəsidir. qara dəlik fəzada hərəkət edərək qarşısına çıxan obyektləri, ulduzları, planetləri özünə dartır və yox edir. bu proses boyunca da getdikcə də böyüyür. çox dəhşətli bir şeydir.

Əgər fillezilla və mysqldan çox yaxşı başınız çıxmırsa və az vaxtınızın getməsini istəyirsinizsə cpaneldən wordpress'i istədiyiniz bir dildə qurub, wordpress panelindəki parametirlərdən Azərbaycan dilinə çevirə bilərsiniz.

Mənim indiyə qədər istifadə etdiyim hosting şirkətlərindən heç birində birdəfəlik Azərbaycan dilində qurulum yoxdur.Wordpress'də olan pluginlərin 99%i yəni mənim indiyə qədər gördüklərim Azərbaycan dili dəstəkləmirlər.Həmin pluginlər sizə ingiliscə görünür.Pluginlər wordpress'iniz türkcəysə, türkcə görünür.İngilis diliniz yaxşı deyilsə və plugin qurmaq istəyirsinizsə Azərbaycan dilini tövsiyyə etmirəm.Son olaraq veb saytına hər hansı bir cms qurmaq istəyənlər üçün wordpress əla bir seçimdir.Google'da wordpress istifadəsi haqqında minlərlə Türkcə və İngiliscə veb sayt var.

illərlə aralıq ilə linkedin profilini ziyarət edən sevgili kimidir. qarşılıqlı ziyarətlər şəklində dostca yekunlaşar. məqsədi bir-birlərinə hər iki tərəfdən də yaşam belirtilerinin olduğunu göstərməkdir. kim nə deyirsə desin xoş bir şeydir.

1.mathematicslove_ link link riyaziyyat və fizika ilə bağlı əyləncəli paylaşımları olur. 2.axsamustu link link -hər gün bir retro mahnı paylaşılır.(bu tip paylaşımları olan retroazerbaijan adlı səhifə də var) 3.maps_blacklink link - bu səhifəni çox sevirəm.informasiyaları xəritələr üzərində qeyd edilir.red hair presence,stars of the walk of fame by country və s.kimi başlıqlar.

Son “qınama” videosuyla gözümdən düşmüş video blogger.

Belə bir misalla izah edim, tutaq ki, mən həkiməm və dünyada dəfələrlə müalicə olunmuş, heç də nadir olmayan bir xəstəliyə tutulmuş xəstəni sağalda bilməmişəm, sırf mənim səhvim ucbatından ölüb.İnsanlar mənə deyəndə ki, sən necə həkimsən, ayıb olsun sənə sağalda bilmədin filankəsi, mən durub ona “gəl özün sağalt” desəm görün necə dəxlisiz və gülməli çıxır.Həkim olan mənəm, tibbi oxuyub qurtaran, diplomumla bu işdən pul qazanan mənəmsə deməli sağaltmağı da mən etməliyəm.Hərənin öz işi var və əgər bu işi cəmiyyətə təqdim edirsə müəyyən təndiqləri də (təhqir yox əlbəttə) nəzərə almalıdır.

feminizm fransız inqilabı ile eyni vaxtda ortaya çıxmışdır.qadınların tehsil haqqlarını müdafie eden mary wortley montagunun ve marqis de condorcetin düşüncelerinden meydana gelmişdir.vindication of the rights of woman (kadın haqqlarının müdafiesi) (1792) adlı eseri de bu mövzuya toxunulan ilk işlerden biridir.

Mən bu uşağı təqdir edirəm.Çəkdiyi videolar məzmun baxımından enes baturdan heçdə geri qalmır.Axmaq-axmaq challenge-lar, bu gün oksigensiz qaldıq tipli videolardı.Yaşının azlığına verib, gələcəkdə daha keyfiyyətli işlər görəcəyinə ümid edək.

Əgər yaşam sevincinin əsasən insan münasibətlərindən qaynaqlandığını düşünürsənsə,yanılırsan.tanrı bunu bütün ətrafımıza yayıb.o hər yerdə mövcuddur.təcrübə edəcəyimiz hər şeyin içində var.insanlar sadəcə bu şeylərə baxışlarını dəyişdirməlidirlər.

İnto the wild (2007)

Nə qədər səhv edə bilirsinizsə edin, heç kimin öyüd-nəsihətinə qulaq asmayın. kim nə deyirsə desin qulaq asın, amma yenə də öz bildiyinizi edin. fərqlənmək istəyiniz mütləq olacaqdır, bunun üçün özünüzü dağa-daşa vurmayın, oxuyun və izləyin. inanın ki, avtomatik olaraq digərlərindən üstün olduğunuzu görəcək və özünüzə inamınız yerinə gələcək. insanların sizi başa düşmədiyini iddia edin, sevin və sevilin, amma sevdiyiniz insanları çox da incitməyin, çünki zamanı gəldiyində sizin üçün nə qədər önəmli olduğunu görüb, boş yerə birini incitdiyinizə görə it kimi peşman ola bilərsiniz. yenə deyirəm, heç kimin məsləhətinə qulaq asmayın, hətta mənim bu məsləhətlərimə də.

Gərəyindən artıq rəğbət görmüş bir serialın finalınında belə olacağı məlum idi.Bunun əslində serialdakı xəyali dünyanı yaxşı izah edə bilməmələrindən qaynaqlandığını düşünürəm.

Lord of the ringsdə məqsədin nə olduğu başdan yaxşı izah olunmuşdu, bu serial isə irəlldikcə mövzular bir birinə girdi.Sonlara doğru artıq obrazların orjinallığıda pozulmağa başlamışdı.Çox güman gərəksiz yerə uzatmaları bu nəticəni hazırladı elə.

çexov - vanya dayı
volter - kandid
xalid hüseyni- min möhtəşəm günəş, çərpələng uçuran
alber kamyu - yad, xoşbəxt ölüm

Hamının asan formada bloq saytı yarada biləcəyi pulsuz servislərdən biridir.Sizə verəcəyi subdomenlə öz bloqunuzu istifadə edə bilərsiniz.Bir az daha ciddi olaraq bu işlə məşğul olan insanlar üçün scripti də mövcuddur.Scripti öz hostinqinizə yükləyərək öz domen adınızla istifadə edə bilirsiniz.Dizaynlarının ödənişli olması kimi bir problemi var, onu da dizaynın crack versiyasın internetdən tapmaqla həll etmək olur.

qulağa xoş gəlsə də elə qulağa xoş gəlməyiylə qalır. gəlməsin bu sistem, onsuz da uzunmüddətli davam edə bilmir.

Bütün itkilərə və dəhşətlərə baxmayaraq tibb elmi üçün böyük önəmə sahib müharibə idi.Məsələn, insan beyini ilə bağlı bir çox kəşf bu müharibə ilə bağlıdır.Müharibə zamanı həkimlər saysız hesabsız beyin zədələnmələri hadisələri ilə məşğul olmaq fürsəti tapmışdılar.Müharibədən sonra da bu araşdırmalara davam edib insan beyinin müxtəlif hissələrinin necə işlədiyinə dair bir çox məsələni ortaya çıxartdılar.

Bu gün belə istifadə olunan bəzi metodologiyaların əsası məhz bu müharibənin nəticəsidir.

maraq göstərilən hər şeyi potensial pul qazanmaq vasitəsi kimi görən insanların yaratdığı sistem. kapitalizmin əlinin yetdiyi hər bir şey öz mənəvi dəyərini itirir və ancaq pul ilə ölçülən bir şeyə çevrilir. hətta musiqi də. ona görədir ki, indi tv-lərdə gördüyümüz şou-biznes nümunələrində sənətdən heç bir əsər əlamət qalmayıb. əsl sənət pul qazanmaq məqsədi güdmədən, sadəcə hiss edilərək yaradılmış sənətdir. əks halda yalnız tələblərə uyğun ucuz mahnılar ortaya çıxacaq. bəzi başbilənlər də çıxıb tv kanallarda sənətdən dəm vuracaq. kütlə də bunlara baxıb bəh bəh deyəcək, alqış tutacaq.