Pərvanə Zeynalova

TƏQİBLƏR

0

TƏQİBÇİLƏR

7

Yenicə mi note 10 almışam.Hələlik hərşey əladı.Kamerasın çox bəyəndim.Youtubeda nəsə izləyərkən bir az istilənir bəzən amma narahat edəcək səviyyədə deyil.Bu işlətdiyim ilk xiaomi modelidir, hələlik təəsüratım yaxşıdır.

Bu serialı izləyənlərin əksəriyyəti baş roldakı qaqaşa görə izləyir.Bir də siqaret yandırmaq səhnələrini montajlayıb instagramda yayırlar ordan populyarlaşmağa başladı.Bir iki bölüm izlədim maraqsızdı.

Danışığından başa düşmək olur ki, dar düşüncəli çoxda bir dərinliyi olmayan insandı.Amma ən azından digərlərinin əksinə xoş niyyətlə birşeylər etməyə səy göstərir.Bilmək olmaz nə dərəcədə səmimidir, amma olmayan yerdə bu da birşeydi yenə.

1857-ci ilde Amerikada ayaqqabı fabrikinin qadın işçilerinin etirazı ile başlamış, 53 il sonra klara setkinin teşebbüsü ile beynelxalq qadınlar günü elan olunması ile başa çatmış hadise. Ümumiyyetle öz ilkin ehemiyyetini itirmiş bir tarixdir. bele bir günün teyin edilmesinin meqsedi her il haqqı taptalanan, zorakılığa meruz qalmış qadınların haqqları uğrunda mitinqler keçirdib, etiraz etmek idi. ilde en az bir defe bele olsa qadınların problemlerine dünyanın diqqetini celb etmek idi. indi ise emelli başlı sirke dönüb. 8 mart deyende duxu, mişka kimi gic-gic şeyler ağıla gelir. mübarize meqsedi ile yaradılmış günü, romantikleşdiribler. Çoxları da klaranın yahudi olduğu üçün bu günü qesnen yahudi bayramı purimle eyni güne saldığını deyirler. 1-cisi amerikada 8 martda işçi qadınlar etiraz ederken klara heç doğulmamışdı. 2-cisi de purim deqiq tarixi olmayan bayramdır. eynen bezi müselman bayramları kimi. meselen ele keçen il fevralda qeyd olundu. hele hicab başdan atma, ya da fahişelikle bağlı versiyalara heç toxunmaq bele istemirem.

Əli Xəyyamın fərqli mövzular haqqında söhbət etdiyi yeni podcast seriyasıdır.

İşləyərkən dinləmək üçün birəbirdi.Son yayımda məlum koronovirusla əlaqədar bu mövzuya toxundu amma adətən maraqlı mövzular haqqında danışır.Aşağıdakı linkdən dinləyə bilərsiniz.

https://www.youtube.com/watch?v=CRYMCYMJWBc​​​

Azərbaycanda koronovirusla bağlı ən son məlumatları əldə edəcəyiniz platformadı.Ən azından düşünüb belə bir servis hazırlamaqları əhalinin məlumatlandırılması baxımından yerində addımdı.

Azərbaycanda 2000-ci illərə damğasını vurmuş qrupdu.O qədər populyar idilər ki, bir milyon kaset satmışdılar.

Deyilənə görə o zamanlar məhşur studiyalardan birinin sahibi bu qrupun pirat kasetlərindən milyon manatlar qazanıb.Qrup üzvləri isə konsert etməyə pul tapa bilmirdilər.

Universitetlər onlayn dərsləri bu proqram ilə keçməyə başlayıblar.Ona görə birdən birə bütün dünyada milyonlarla insan bu proqramı yükləməyə başlayıb və şirkətin sahibi bir neçə günə milyarder olub.

Virusdan karlı çıxan yeganə adam ola bilər.

Hazırda ən ucuz daşıma xidməti həyata keçirən karqo şirkətlərindən biridi. Üstəlik dünyanın virusla boğuşduğu bu günlərdə belə keyfiyyətli xidmət göstərmək üçün əllərindən gələni edirlər.

tez-tez qarşıma çıxan kanalların içində diqqətimi çəkən Kurzgesagt adlı bir kanal var.Elmi mövzuları qısa animasiyalarla izah edirlər.Kanalın ən gözəl yanı odur ki, bütün videolarda Azərbaycanca alt yazı da var.

Köhnə parçalarını yenidən dinləməyə başlamışam və daha yetkin bir zehnlə dinləmək əvvəlkindən daha çox zövq verir.

Təhsil sistemi yenidən hazırlanmalı, müəllimlərin minimum yarısı işdən çıxarılmalıdır.Geri qalan müəllimlərə yeni standartlarla məcburi təhsil verilməli və maaşları minimum 800 manat civarında olmalıdır.Bunlar edildikdən sonra ölkə gəncliyi minimum 100 il qabağa getməsə mənə nə deyirsiniz deyin.

tarixdən öyrədiyimiz yuxarı və aşağı misir dövlətləri coğrafi olaraq tərsinə yerləşirmiş. yəni xəritəyə baxanda aşağı misir yuxarıda, yuxarı misir aşağıda yerləşir. başqa sözlə aşağı misir şimalda, yuxarı misir cənubda olub. səbəbi isə coğrafi olaraq yuxarı misirin yüksəklikdə yerləşməsi imiş. yüksəkdə olduöuna görə nil ordan gəlirmiş. o vaxtdan adı qalıb yuxarı misir.

Virus artıq İtaliyada da yayılmağa başlayıb və hökümət bununla bağlı fövqəladə vəziyyət elan edib.Son statistikalara görə indi dünya üzərində 80 000 civarında insan virusa yoluxub.Ölənlərin sayı isə 3000-ə yaxınlaşır.Xüsusən yaşlılara və immuniteti zəif insanlara yoluxarsa böyük ehtimalla öldürür.

"Məni iki ata tərbiyə edib, sosialist və kapitalist.Tezliklə mən başa düşdüm ki, kapitalistin fəlsəfəsi maliyyə cəhətdən daha əlverişlidir.Anladım ki, sosialistlər maliyyə savadlarının zəifliyi üzündən özlərini cəzalandırırlar.Varlılardan hər şeyi alacağıq deyənlər nə edirsə etsinlər, varlılar həmişə bir yolla varlanacaq.

Kiyosakinin, "Varlı ata, kasıb ata" kitabından..

Ted mosby adlı bir memarın uşaqlarına onların anaları ilə necə tanış olduğunu danışmağı ilə bağlıdır.Serial əsasən onun gənc olarkən bu hekayədəki dostları Lilly, Marshall, Barney və Robin ilə New-yorkda yaşadığlarına fokuslanıb.

Siyasətçilər həqiqəti örtmək, sənətçilər isə həqiqəti göstərmək üçün yalan danışar.

V for vendetta (2006)

Təməllərini Adam Smithin atdığı, Karl Marksın dağıtmaq istədiyi və varlılar üçün əvəz olunmaz, kasıbların isə lənətliyi iqtisadi sistemdir.

albert camus- yad, john steinbeck- fareler ve insanlar, stefan sveyq- şahmat

özünün psixoloji bir problemi ola bilər.. amma zəki, ağıılı bir adam idi. vətən sevər idi. təbliğat professionalı və yaxşı bir natiq idi. xalqını da çox sevib. xalqını silahlandırıb, istifadə etməyi də öyrədib. belə baxanda xalqını yüksək səviyyəyə çıxartmağa çalışan millətçi deyə bilərik bu şəxsə.

"içinde olduğun veziyyeti deyişdire bilmezsen. deyişdire bileceyin tek şey onunla nece başa çıxacağındır.

50/50 (2011)

 9 sezon çəkən, hər bölümü 20 dəqiqəlik sitcom tipli amerikan serialı. hadisələr new-yorkda sakit bir dost qrupunun daxilində baş verir. yalnızca gülmək və vaxtını gözəl keçirtmək istəyənlərin baxmalı olduğu ən gözəl seriallardan biridir.