Pərvin Abbasov

TƏQİBLƏR

0

TƏQİBÇİLƏR

9

Mümkün qədər aktual və tətbiqi sahələrə yönəlmək lazımdır.Sosial elmlərdən məzun olanların yaxın 10 ildə işsiz qalmaq ehtimalı yüksəkdi.Xüsusən bizim kimi ölkələrdə, mühəndislik sahələrinə yönəlmək daha məntiqlidir.Oxuya bilirsinizsə əgər yaxşı bir universitetdə computer science oxumağa çalışın.Oda alınmırsa maşın mühəndisliyi, inşaat mühəndisliyi və s.Yox əgər mənim tanışım var onsuz işim hazırdı deyirsinizsə kefinizə baxın..

2. ci sezonunun yayimlanması ilə yenə və yenə yetkin insanları narahat edən serial. ala bəsdirində yeniyetmə serialı dediz. osturaqlar bu yeniyetmələr haqqinda nəysə yaradılmasın ala? ilk sezonu qədər maraqlıdı. ləzətdi atmosferi var. biraz emosyanal dramatik tərəfin azaldıblar ele bil. mahnıları zəifliyib. ama serial daha da maraqlaşıb.

Afrikada doğulub, 7 yaşında kompyuter oyunu hazırlayan, stanfordun fizika fakutesini qurtaran, Zip2 ilə başlıyıb, paypalla davam edən, qazancı ilə 3 şirkət dirçəldən, məşhur milyarderlərin sırasına adını yazdıran, insanlığın gələcəyini düşünən igid.

ömrünün yarısını azerbaycandan xaricde yaşayan biri olaraq deyim ki, xaricde tehsil almaq, esgerlik etmek, müveqqeti bir işde işlemekle xarici ölkeye lövber atıb yaşamaq ferqli şeylerdi. enerjinin bol olduğu genclik vaxtlarında insan tebii ki, ölke xaricinde olub maksimum heyat tecrübesi yığmağa çalışır ki, bu zaten yaxşıdı. di gel ki, heyat rutine girenden sonra insan artıq matros heyatı istemir. güvenilir dostların ehatesinde, sevdiyi bir insanla ömrünü keçirerken doğub böyüdüyü cemiyyete qismen de olsa öz töhvesini vermek isteyir. velhasılkelam, gedin, ama bunu da bilin ki, bir gün qayıdacaqsız.

1938-ci ildə li byunq çul tərəfindən cənubi korea ticarət şirkəti kimi yaradılmışdır. mid 60-larda elektronika istehsalına girişib və pis də alınmayıb. 70-ci illərdə gəmiqayırma işiylə də məşğul olub. 90-cı illərdən başlayaraq elektronika bazarında aktiv olan sony, jvc və sairə kimiləri ilə rəqabətə girəcək qədər güclü bir korporasiyaya çevrilib. halhazırda dünyanın mobil telefon və smartfon istifadə edən əhalisinin əksəriyyətinin cibini fəth edib. 2011 və 2012-ci ilin göstəricilərinə görə home theater və tv matrislərinin hazırlanmasında liderliyini qoruyub saxlamış bir şirkət. mənim fikrimcə nokia və apple-dan daha produktiv və technology oriented bir şirkətdit. ola bilər istifadəçilərin nazı ilə apple və ya vertu kimi oynamır, amma texnaloji inkişaf cəhətdən hələki liderdir.

Deyirlər Günter Grassla Jozef Ratzinger tələbə olarkən bir-biriylə gələcəkdə hansının nobel alacağına dair mərcə giriblər.Nəticədə illər sonra hər ikisi Nobel qazanıb.Sözüm onda deyil, biz də tələbə olanda oğlanlar bir-biriylə filan qızı bişirməyin üstündə mərc edib uduzana qonaqlıq verirdilər.

Neyniyirsiz edin universitet ortalamanızı yüksək tutmağa baxın.3-dən aşağı ortalama ilə Avropada və ya Amerikada oxumaq çətin məsələdir.Bu da yetərli deyil üstəlik.İelts və ya alternativ sertfikatlar üzrə yüksək ballar almalısınız.

Ümumiyyətlə xaricdə təhsil planınız varsa universitetin son 2 ilini buna ayırmağınızı tövsiyyə edirəm.

Uzun müddətdir bu işlərlə məşğul olan biri kimi deyə bilərəm ki, öncə nə cür bir sayt yaratmaq istədiyinizi dəqiqləşdirin.Məqsədiniz pul qazanmaqdırsa əgər aça biləcəyiniz saytların formatı aşağı yuxarı bəllidir.

Bundan sonra önünüzdə iki seçim qalır.Hər hansı şirkət və ya insanlar razılaşıb saytı ödənişlə hazırlatmaq ilk variantdı.İkinci ehtimalda isə bir az zəhmət çəkməklə saytınızı özünüz də hazırlaya bilərsiniz.Öz saytınızı yaratmağa imkan verən pulsuz CMS-lər var.Məsələn, bloq tipli saytlar yaratmaq üçün Wordpressdən istifadə edə bilərsiniz.E-ticarət layihələri üçün Opencart, Magenta kimi alternativlər var.Həmçinin wix.com kimi servislərdə var hansı ki, sürüşdür burax məntiqiynən öz saytınızı dizayn etməyə imkan verir.

Bu günlərdə adı Aysel Ələkbərzadənin intihar hadisəsi ilə hallanan dırnaq arası jurnalist.Ölkədə kamera sahibi olan hər kəsin özünü jurnalist elan etməyə başlayanda nəticəsi də belə olmalı idi.Heç bir mədəni və intellektual birikimi olmayan insanların ictimai önəmi olan bu tip peşələrdə çalışmasının qarşısı nə cürsə alınmalıdır.

Bir ara bu saytdan gələn bildirişləri aktivləşdirmişdim.Hər gün brauzerə onlarla yazı ilə bağlı bildiriş gəlirdi.O zamanlar çoxda maraqlı yazılar yayımlanırdı saytda.İndi sayt bərbad vəziyyətdədir, yazıların məzmunu kasadlaşıb.Technote yola webrazzi olaraq başlamışdı amma günümüzün internet reallığının fonunda yavaş yavaş webteknoya çevrilir.

Bu il müsabiqədə Azərbaycanı Samire Efendi təmsil edəcək.Mahnını bəyənmədim amma bu tərz mahnılar adətən Eurovisionda daha uğurlu olur.

Haqqında yazılan tənqidləri bir az başa düşmürəm.Ortada hələ heçnə yox artıq medianın hədəfinə tuş gəlib.Mahnı yaxşıdırmı? Deyil.Amma arxa planda onlarla insan 3-4 dəqiqəlik performans üçün işləyir.Ən azından nəticəsini gördükdən sonra danışmaq gərəkərdi.

Mediada haqqında yazılanlar ölkənin içində olduğu dilemmanın kiçik bir özəti kimi birşeydi.Bəyən ya da bəyənmə, cəmiyyət təzyiqindən intihara cəhd etmiş birisinə yenə cəmiyyətin içindən çıxmış konseptlərlə tənqid etmək gülməli haldı.Öz həyatından keçməyi gözə almış bir insanın sizin cılız fikirlərinizi önəmsəməsini gözləməyin.

Son zamanlarda oxuduğum məqalələrin təsirindən artıq Hitlerin dövrün yahudi politikasının qurbanı olduğuna inanmağa başlamışam.Bəlkədə yəhudi politikasına alət olmasa avropa hitler bütün o vəhşilikləri etməmiş qarşısını ala bilərdi.

Amma bu istənilən halda ibnənin biri olduğu gerçəyini dəyişdirmir.

Fikirlərinizi, içinizdə olan hər şeyi səmimi və azad bir formada ifad etməyi öyrənin.Sizi buna görə haqlı və ya haqsız qınayan insanlara isə üz verməyin.Zamanla bunu daha yaxşı anlayacaqsınız.

Qarşınıza pis insanlarda çıxacaq, sizə əl uzadanlarda.Onları tanımağıda öyrənəcəksiniz həyatda irəllədikcə.Bəzən yanılacaqsınız həyatda.Amma səhvlərinizdən dərs çıxarmağıda öyrənəcəksiniz.Ancaq çalışın başqa insanların səhvlərindəndə dərs çıxarmağı öyrənin.Həyat təkcə öz səhvlərinizdən həyatı öyrənə biləcəyiniz qədər uzun deyil.

Azərbaycanca dil dəstəyi olan nadir cms lərdən biridir. aşağıdakı linkdən cms nin azərbaycan dilli versiyasını endirə bilərsiniz:

https://az.wordpress.org

Televiziya ile böyüyerken milyoner, film ulduzu ya da rok ulduzu olacağımıza inandıq.. amma olmayacağıq.

Fight Club (1999)

Biz tərəflərə İsmayılın dövründə gəlib çatmadığı üçün şükr edirəm.Sonralar bunlardan asılı olsaqda regionumuda Səfəvi təsiri sıfırdır.Allah Səlim xana qəni-qəni rəhmət eləsin.Çaldıranda Səfəviləri yalnızca hərbi mənada yenməmişdir.Həmçinin bu döyüşdən sonra əhli-sünnə üzərində şiə-fars səfəviliyin dini, ictimai, siyasi, mədəni təsir gücü güclü zərbə almış və daha sonrakı döyüşlərlə birlikdə bu təsir önəmini itirmişdir.

Qara dəliklər ilk dəfə 1790 cı illərdə laplace tərəfindən təxmin olunub. təbii ki nyuton mexanikasının köməyi ilə. laplace'a görə çox kütləli və çox sıxlığı olan bir cismdən qaçmaq üçün işıqdan daha böyük sürətlə hərəkət etmək lazımdır. uzun bir müddət sonra klassik mexanikanın açıqlaya bilmədiyi şeyləri açıqlayan və yeni qravitasiya nəzəriyyəsi olan ümumi nisbilik nəzəriyyəsi yarandı. 

Einstein field equations'dan istifadə edərək karl schwarzchild kürə formasında və hərəkətsiz cismin ətrafındakı məkan-zamana necə təsir etdiyini hesabladı. hesablamalardan alınan nəticəyə bugün schwarzchild metric deyilir. bu nəticə bugün bildiyimiz qara dəlikləri təxmin edirdi. nəticələr bizə məkan-zamanın sonsuz sıxlıqda olan nöqtələrini və bu nöqtələrin ətrafında güclü cazibə qüvvəsi səbəbilə əyilib-bükülən məkan-zamanı yəni qara dəlikləri verir. yaranan cazibədən heçnə hətta işıq belə qaça bilmir. 1960 cı illərdə isə roy kerr özünün kerr metric'i kəşf etdi. bu metrik öz ətrafında dönən cismin ətrafındakı məkan-zamana necə təsir etdiyini açıqlayırdı.

qara dəliklərin üç tipi var: stellar black hole ; primordial black hole ; supermassive black hole

Sıfırdan öyrənmək üçün listening, speaking, reading, writing, grammar ardıcıllığı ilə irəlləmək ən yaxşı yoldur.Körpə uşaqlarda ana dilini bu cür öyrənir.Ən azından yoxlamağınızda fayda var.

Bir az bazanız varsa əgər, xarici serial və filmlərə alt yazı ilə baxa bilərsiniz.Ancaq fikrinizi danışıqlara və ifadələrə verməlisiniz.Bir müddət sonra isə ingiliscə alt yazıya keçid edib özünüzü inkişaf etdirə bilərsiniz.İndi internet dövrüdü, başa düşmədiyiniz sözlər üçün Google translate var.Urban Dictionary-də bu baxımdan faydalıdır.Çətin sözləri sadə ifadələr və dialoqlarla başa salır.