Sosializm #cəmiyyət
8 mart #cəmiyyət
Geekyapar #digər
Aqnostisizm #fəlsəfə
Geforce Now #texnologiya
Edumap #digər
Ateizm #cəmiyyət
Rauf Hacıyev

TƏQİBLƏR

0

TƏQİBÇİLƏR

11

Annihilation, son bir neçə ildə bu janrda izlədiyim ən mükəmməl şeydi.Arrivaldan daha çox bəyəndim deyə bilərəm rahatlıqla.Bu cür filmin büdcə çatışmazlığından netflixdə vizyona girməyi böyük xəyal qırıqlığıdır.Axmaq-axmaq filmlərin milyard dollarlar qazandığı bir dövrdə belə film kənarda-küncdə qalmamalı idi.Qısası izləyin, izlətdirin.

Uşaqlar üçün Cambly kids deyə ayrıca app yaradıblar, sağolsunlar bütün promo kodlarıda artıq ora yönləndirirlər.Gül kimi pulsuz dəqiqələrin hesabına xeyli inkişaf etdirmişdim speakingi yarımçıq qalacaq. false advertising guys!

Komiks, ədəbiyyat, film mövzularına dair maraqlı məqalələr oxuya biləcəyiniz nadir mənbələrdən biridir.2014-cü ildə Türkiyədə yaradılıb səhv etmirəmsə.Youtube kanallarıda fəaliyyətdədir.Sinema günlükləri deyə bir proqramları var, karantin günlərində köməyimə çatdı.

artıq newschool kimi olan raper! insan üzülür, yanır, hirslənir bu halları görəndə. əşi nə isə, bir gün başınız daşa dəysə deyərək gedirəm.

Korona virusunun Çin iqtisadiyyatına təsirindən ən çox zərər görən şirkətlərdən biri məhz Xiaomi oldu.Hazırda 3 şəhərdəki 5-dən artıq istehsal fabrikini bağladığı qeyd olunur.Ümumilikdə Xiaominin partnyor şirkətləri ilə birlikdə fəaliyyətinin dayandırıldığı zavodların sayı 10-u keçib.Xeyirlisi..

azrapi daha da irəli aparan lahiyə! çox yaxsı raplər oldu amma tibunu iki dəfə çağırmaqları yaxşı olmadı. bunun yerinə xpert vəya okaberi çağirsalar yaxşı olardı.

Promouter vakansiyası

https://boss.az/vacancies/155529

Əgər maraq dairənizə dair bir kanalınız varsa və pul qazana bilirsinizsə dünyanın ən bomba hissi ola bilər.İnsanın sevdiyi mövzulardan söhbət edib bir də ayın sonunda pul qazanmağı möhtəşəm bir şey olsa gərək.

Siqaretdən qurtularaq başlaya bilərsiniz.Çevrəmdə siqaret çəkə çəkə hər axşam işdən çıxıb fitnessə gedən o qədər insan var ki.İş orasındadır bu insanlar bir nəticəsində görmürlər.Olan ödədikləri pula və sərf etdikləri zamana olur.

Əgər büdcəniz varsa özünüzü yormadan iPhone modellərindən birinə yönəlin.Son bir ildə iOS ekosistemindən Androidə keçmiş biri kimi deyə bilərəm ki, ios-un yerini heçnə vermir. Yox əgər büdcəniz yetərli deyilsə onda məcburən android tərəfinə yönəlməlisiniz.

Burda keyfiyyətli hesab etdiyim marka Xiaomidir.Həm interfeys baxımından istifadəsi asandır.Həm də qiymət/keyfiyyət baxımından samsung kimi cibgir markalardan daha yaxşıdır.

Az qala Azərbaycanda yaşamağın mənfi tərəflərindən birinə çevrilmiş musiqi platformasıdı mənim üçün.Ölkəmizə gəlməməyə and içib sanki bu şirkət.İstifadə etmək üçün nə qədər əlavə proqram yükləməli oluram.

Hətta VPN-ə ödədiyim pul spotify paketlərindən daha bahadı.

İş elanları saytlarında elanlara baxmağı tövsiyyə edirəm.Daha sonra öz CV formanızı hazırlayın.Tanışsız olmur söhbətlərinə fikir verməyin.Son illərdə girdiyim bütün işlərə cv hesabına girmişəm.Sadəcə öz bacarıqlarınıza uyğun vakansiyaları seçin və cv formanızı səliqəli formada hazırlayıb göndərin.

Sonrası isə müsahibə bacarıqlarınızdan və şəxsi keyfiyyətlərinizdən asılıdır.

İndi internetdən hər şeyin öyrənilə bildiyi bir dövrdə yaşayırıq.Ona görə kurslara pul tökmək yerinə Youtube, Udemy kimi yerlərdə dərslərə baxmaqla başlamağınızı tövsiyyə edirəm.

Lakin, daha öncə niyə dizayner olmaq istədiyinizi dəqiqləşdirməlisiniz.Dizayn yaradıcılıq və daimi inkişaf tələb edən sahədi.Sırf maaş xətrinə bu sahəyə yönəldiyiniz təqdirdə böyük ehtimalla bir müddət sonra bu sizin üçün əzaba çevriləcək.Təkcə kompyuter qarşısında uzun saatlar keçirtmək belə gördüyü işə marağı olmayan bir insanın uzun müddət qatlana biləcəyi bir şey deyil.

Bəzən beynində yaratdığın obraza o qədər tutunarsanki, əslində qarşındakının kim olduğunu unudarsan. Who am i (2014)

dil öyrənməkdən ötrü bu appa ayda 120 dollar ödəyən adam ən mədəni formada safdı.Playstoreda bir ton pulsuz tətbiq var xaricilərlə görüntülü söhbət etmək üçün.

Tətildən qayıdanda kommunalların ödənmədiyini görüb bütün gecə qaranlıq və soyuq otaqda həyatda qalmağa çalışmaq.

Neoliberal politikaların kapitalizmlə vəhdətinin məntiqi nəticəsidir.Amerika üçün qloballaşan dünyada istehlak cəmiyyətini yaratmağda bundan effektiv şans ola bilməzdi.Bunun sayəsində indi lazım gələndə hindistanlıdan amerikalı yaradırlar.

Təhsil sistemimizin əsas problemi əslində bir sistemin olmamasıdır elə.Universitetlərdə hər il nə qədər ixtisaslar, fənnlər ixtisara salınır.Ya da hansısa müəllimlərin ştatını doldurmaq üçün lazımsız dərslər əlavə olunur.Oxuduğum universitetdə kurslar arasında bəzən 3-4 fərqli fənn olurdu.İndi də vəziyyət çox fərqli deyil.

Bu serialın heç bir seriyasına baxmadığım halda spoilerlər hesabına bütün olan bitən hadisələri əzbərdən bilirəm.

Elxan Elatlının kitablarını sevirəm adətən.Cəhənnəmdən gələn səs xüsusən tövsiyyədir.

adını dəqiq bilmirəm, amma təsvirini verim. sarı, başı yapışqanlı note vərəqləri olur. yeni öyrəndiyiniz sözləri və frazaları onlara yazıb öz otağınıza, otağınız yoxdursa evin bir küncünə, ya da digər əşyalara yapışdırın ki, daim göz önündə olsun. bir müddət sonra xeyrini görəcəksiniz sözlər beyninizə hopanda.

Tarixdə yeganə imperiya sayılır ki, vəziri digər dövlətlərin kralları ilə eyni statusa sahib idi.Teymurla Ankara döyüşündə biyabırçı məğlub olsalar da, Teymurun dövləti dağıldığı halda Osmanlı təxmini 400 il yaşadı.1299-1923 ilə qədər davam etməsinə səbəb yüksək dövlətçilik ənənəsinə sahib olmaqları olub deyə düşünürəm.Orta əsrlərdə Avropanı hərtərəfli dizə gətirsə də, bir kitab çapı maşınını imperiyaya gətrmədiklərinə görə çökdü.Bəli, kiçik amma tutarlı səbəbdir bu.

Həmçinin Avropa dinin dövlətə təsirini azaltdıqca, Osmanlı şəriəti gücləndirdi və öz sonunu hazırladı.Böyük imperiya olduğuna görə şərqi avropada, ərəb yarmadasında, şimali afrikada hələ də təsirini görmək çətin deyil.

Vatikanın İsrail-Fələstin münaqişələri mövzusunda Fələstinin, İran-Abş münasibətlərində isə İranın yanında durmasının səbəbləri mənə maraqlı gəlib həmişə.

Yaxın çevrənizlə səmimi olun.Daim özünüzdən daha ağıllı adamların ətrafında olmağa çalışın.Tiktokun başın buraxın, Twitter daha faydalı platformadır.

Bir də həyatda hər fikrini, hərəkətini bəyənmədiyiniz insanı qınamamağı öyrənin.Hər kəs öz şərtləri altında yaşayır həyatını çünki.

Qapının üstünə yapışdırılan notlar, bütün qab qacaqlardan istifadə etmə halı, daha sonra kollektiv yuma.Siqarət çəkərkən pəncərəni açmaq və daha sonra yaddaşsızlıq ucbatından bağlamamaq nəticəsində faturanın ay sonu 456 liraya vurması.