Röyal Abdullayev

TƏQİBLƏR

0

TƏQİBÇİLƏR

5

Riyaziyyat, Fizika, Biologiya, Komputer elmləri, İqtisadiyyat və digər sahələrdə onlayn dərsləri aşağıdakı Khan Academy-dən pulsuz olaraq izləyə bilərsiniz.Sat imtahanına hazırlaşanlarında köməyinə çatır.İELTS üçün practise materiallarıda var.

https://tr.khanacademy.org/

öz mizahını özünə yönəltməyi bacaran gənc müstəqil jurnalist. statuslarının birində özünə "ölkənin ən konçinı jurnalisti" demiş cavan oğlan. şivənliyi ilə polisləri təkərə salmağı bacaran biri. nə yaxşıdır, nə də pis.

Puşkini dueldə öldürən Dantesin sonralar bir qızı olub.

Deyilənə görə, bu qız zamanla Puşkinin əsərlərini və haqqında yazılanları oxuduqdan sonra atasına "Sən bu adamı necə öldürə bilmisən" deyərək atasından imtina edibmiş.

Bəzi insanlar doğru ailədə doğulacaq qədər şanslıdır.Qalanları isə öz yollarını özləri tapmalıdırlar.

Game of Thrones (2011-2019)

Gülməli nəsə bir şey danışanda gözlənilən reaksiyanı ala bilməyəndən sonra sıvama olaraq danışılan digər hekayəyə də eyni reaksiyanı almaq.

böhran vəziyyətindən az-qala öləcək start-up.

Ən geniş yayılmış bloq xidmətlərindən biridir.Həmçinin özünüzə domen alıb bloqunuzu sayt kimi işlətmək imkanıda verir.

İlk öncə söz bazanızı artırmağa çalışın.Sonra kurs kitab dəftəri qoyun kənara.Dualingo programı ilə bazanızı oturdun.Ən çox işlənən sözləri bildikdən sonra ən azından internetdə türkçə və azdilində heç nə oxumursuz.Googleda belə ingiliscə axtarış edin.Çıxan nəticəni başa düşmədin? Həmin dəqiqə qorxaq kimi mən başa düşmürəm deməyin bir sözlərin tərcüməsinə baxıb cümləni tərcümə etməyə çalışın.

Bir word faylı açıb bilmədiyiniz sözləri ora yazın.Hətta vhatsap qrupu açıb sözləri ora atmağınızı tövsiyə edirəm.İkinci tövsiyyəm isə sevdiyiniz işi, peşəni yada sizi maraqlandıran mövzu barədə ingiliscə oxumağa öyrənməyə çalışın.Beləliklə həm sevdiyinizi işi yaxşı görəcək, həm də ingiliscə öyrənməkdən bezməyəcəksiniz.Sonra forumlara falan girin insanlarla əlaqə yaratmağa çalışın sanki ingiltərədə yaşayırmışsınız kimi.

Dəxlisiz metaforalar qurub şeir yazdığını zənn edən insandır mənə görə.Hələ bir ara sufi ədəbiyyatına keçmişdi, şeir gecəsində Vip yer ayırıb sözüylə özü arasında ziddiyyəti açıq etmişdi.Sevənləri çoxdur ölkəmizdə, Üzeyiri sənətkar hesab edən bir cəmiyyətdən çox da birşey gözləməmək gərək.

milyonlarla insanın sevdiyi dikator. insanlar başa düşmək istəmirlər ki, o özünə düşmən seçdiyi xalqlardan öncə öz xalqına soyqırım edən insandır. İkinci dünya müharibəsində faşistlər tərəfində olanlardan 12milyon insan ölüb. kütlələrin nədənsə hər zaman dəlilərin arxasınca getmək kimi bir xüsusiyyətləri var. bu dəqiqə yaşadığımız dünyaya baxsaq bu çox aydın görünər. müharibə zamanı bir yəhudi, "əgər tanrı varsa və əgər mənim bu vəzyətimi görüb heç nə etmirsə, ona ən böyük cəzanı mən verəcəm" deyib.

Friendsi daha öncə izləmiş biri kimi bu dizinin friends kopyası olduğunu deyə bilərəm.Hətta Friends-də bir replika ilə ötüşdürülən zarafatları bəzən bu dizi götürüb bir bölümə çevirirdi.Qısası izləməyin, izlətdirməyin.

Sitcom izləyəcəksinizsə Friends ya da Seinfeldlə başlayın.

İnsan təbiətinin siyasətə tökülmüş formasıdır Kapitalizm.Əslində bəşəriyyət başlayan gündən kapitalizm gündəlik həyatımızın bir hissəsidir.

Təbiətdə canlılar həyatda qalmaq üçün bir birini yeyir.Keçmişdə insanlar da həyatda qalmaqdan ötrü bəzən bütöv bir qəbiləni məhv edirdi.Pulun icadından sonra sadəcə "Pul=Həyatda qalmaq" bərabərliyi quruldu.Nəticədə indidə bütün vəhşiliklər və murdarlıqlarda həyatda qalmaqla bağlıdır.

 istədiyin serialı, filmi pirat formada izləmək imkanı varkən, netflixin nə mənası qalır mənim başım çıxmır.

praktikada uduzdu kapitalizme alternativ ola bilməz. artığ sosialistəm diyə gəzən adam ya çox romantikdi yada axmaq.