Sevinc Həsənova

TƏQİBLƏR

0

TƏQİBÇİLƏR

7

speaking və listening'inizi upgrade edə biləcəyiniz veb sayt və mobile app'dir :d . ilk başda 10 və ya 15 dəqiqəlik yoxlama dəqiqəsi verir. ondan sonra isə aylıq qrup və ya fərdi danışıq paketi almalısınız. paketlərin qiyməti dollarla olduğu üçün bahalıdır. mənim fikrimcə kurslardakı conversation'dan daha faydalıdır. bu appdaki tutorlar kanadada, amerikada filan yaşayır və o dilin daşıyıcıları olaraq sizə daha yaxşı kömək edə bilirlər.

ixtisasların adının cazibəsinə aldanıb seçim eləməyin beynəlxalq iqtisadi elaqələr səslənməsi gözəldi amma ki ....mümkünsə hansı ixtisasları seçmək istəyirsinizsə o ixtisas üzrə təhsil alan tələbələrdən məsləhət alın,çünki ixtisasları adları ilə orda keçeriləcək olan dərslər təsəvvür elədiyinizə uyğun olmaya bilər

az-az yeyib lakin sıx-sıx yeyərək müsbət nəticə əldə edə bilərsiniz.hər gün minimum 2-3 litr su için çünki su orqanizmdəki reaksiaları sürətləndirir.əgər metobolizmanız zəifdirsə xəmir yeməklərdən qaçın.son olaraq isə səhər yeməyini 09:00 keçməmək şərti ilə mütləq yeyin.bu başlığı qabaqdan yay gəlir deyə açıblar bəlkədə,amma görünüş üçün yox sağlamlıq üçün düzgün qidalanmaq lazımdır

əgər o sənsiz yaşayırsa sən onsuz niyə yaşamıyasan? heç kəs üçün həyatda üzülməyə dəyməz deməli olmalı deyilmiş ki olmadı.heç vaxt niyə səndən ayrılıdı deyə sual vermə ona qoy getsin əgər səni buraxıb gedirsə səbəbini bilib neyniyəcəksən? ana və ata və övladdan başqa heç kəs əvəzedilməz deyil dost,sevgili kimi insanlar həyatda dəyişə bilər millət 20 illik yoldaşını boşayır sevgiliyə nə böyük ümid?sadəcə insanlardan ehtiyatlı olmaq lazım vəssalam mentalitet kıxdı mentalitet pıxdı deyərək bir tərəfdən də ailə qurmağın da ailəni saxlamağında dəyərini sıfıra endirdilər artıq yəni ki,əgər səbəb xəyanətdirsə ayrılığa vaxtında ayrıldığın üçün şükür edəcəksən

düşüncələri əks etdirən cümlələrini rep şəklində insanlara çatdırmağa, yaradıcı ruhlarını və ya daxili dünyalarını musiqi ilə ifadə etməyə çalışmış, müəyyən qədər cəmiyyətimizdə dəyişim yaratmağı və həyatlara təsir etməyi bacaran, vaxtilə fəaliyyət göstərmiş azərbaycanlı gənclərdən ibarət birlik və ya qrup. yəqin ki ona müraciət edənlər üçün bir fikir kataloqu sərgiləyirdi və məqsəd beyinləri aydınlatmaq və ya düşüncə fırtınası yaratmaq, dinləyicini özünü sorğulamaya yönəltmək, daxilə boylanmağa səsləmək kimi bir şey idi. fəaliyyətinin xülasəsini belə ifadə edərdim: əlinin çatdığı kütləni haqqı ödənilən bir silkələmə təcrübəsindən keçirdi.

təbrizdə dünyaya gəlmiş müasir azərbaycan şairi. şeirlərini özü səsləndirərək klip çəkməsiylə öz fərqini ortaya qoyur. "alo" kimi mükəmməl əsəri ərsəyə gətirib. şairin yazdığı misralar: buludun göyüzündə tanrı varmı? biz onun ruhundan yaranmışıqsa, görəsən, o da bizim kimi üzülüb, ağlarmı? məsələn, ağlarmı bir payız günü atası üçün? hə, onun yoxdur atası.

çin markası olmasına baxmayaraq, əla telefonlardan biridir. apple və samsungla ayaqlaşa biləcək yeganə telefon hesab edirəm. hər cür avantajları olmasına baxmayaraq azca o biri bahalı telefonlardan geri qalır. atam da xiomi note 5 redmidi. babat da telefondu , hələ ki heç bir problemi zadı yoxdu. baxmayaraq ki, mənim telefonum dan üstünlüyü çoxdu, yaddaşı güclüdü, batareyası da yaxşı saxlayır. kamerası 13 meqapikselli şəkil çəkir, ama ki , təmiz çəkir, heç bir montaja ehtiyacı yoxdu. almaq istəyən varsa, tərəddüd etmədən, qorxmadan könül rahatlığı ilə ala bilər. amma çalışın ki, "kontakt home"kimi fırıldaqçı mağaza şəbəkədindən almayın.yaxşı faiz soxurlar adama , üstəlik də telefonun xarabdırsa, qaytarıb yenisi ilə dəyişmək mümkün deyil

tam toparlanacaqkən özünü ortaya soxan şəxs.mesajında necəsən yazsa da, əsl mövzusu "hər zaman məni düşün amma heç vaxt sənin olmayacam", deyən bir məxluq.amma sən həmişə yadına saldı demək nəsə var deyə gəbərərcəksən.

azərbaycanlı videoblogger. dedikləri sözlərdə həqiqət var. amma nədənsə mənə həmişə itici gəlib. mimikalarında, jestlərində özünübəyənmişliyi yığışdırsa daha da uğurlu olar.

tamamilə doğru olduğuna inandığım effektdi. nənəmin 70 yaşı var və eyni evdə yaşıyırıq. həbini zad həmişə anam verər. iki il əvvəl anam evdə yox idi, qonşuya getmişdi. nənəm mənə dedi ki mədəm ağrıyır mənə həb verə bilərsən? nənəmdə də təkcə mədə yox, min bir xəstəlik var. anama soruşmadan həb vermək istəmirdim. nənəmə 'evdə həb yox amma sirop verə bilərəm' desəm qəbul edərdi. amma sirop da verə biləməzdim çünki mədəsinə şəfa verən şey başqa xəstəliyini pisləşdirə bilər. mən də sirop şüşəsinə su qoydum. nənəm də sirop zənn edip içdi, dadı pis gelər kimi ağzını hərəkət etdirdi. sonra da qayıtdı ki 'ay bala, su verərsən?' axırda, anam qonşudan geldi, nənəmə soruşdu ki mən yokkən ağrın oldumu? nənəm də 'bəli, amma nəvəm sirop verəndə sağaldım' dedi. sirop zənn edip təkcə su içip ekşi deyə yenə su istəməyi, axırda da o suyun özünü sağalttığını sanması xoş amma garibədi.

çox xoşlayanski və keyfiyyətli youtube kanalı. sırğalı şirin qaqaş azərbaycan dili problemlərindən , incəsənətdən ,geylərsən və s.mövzulardan danışır