Sona Orucova

TƏQİBLƏR

3

TƏQİBÇİLƏR

11

Hal hazırda tarix yazmaqda olan Azərbaycanlı gənc sahibkar.Yaratdığı oyun şirkəti sponsorluq müqavilələri ilə qlobalda səs gətirir bir müddətdir.Yaxın gələcəkdə adını daha çox eşidəcəyimizi düşünürəm.Marketinq sferasında çalışanların az çox tanıdığı bir insandı, amma belə insanları ölkənin geri qalanınada tanıtdırmaq lazımdır.

Saçdı o saç.Bir atalar sözündə də deyildiyi kimi, saç sizi vəzirdə edə bilər rəzildə.İndi baxında.

Ac gözlülük, yaltaqlıq, kindarlıq. Yanlış anlaşılmasın, bunların genlərimizlə əlaqəsi yoxdu.Amma son 20-30 ildi baş verənlər cəmiyyəti bu hala salıb.İndi də bu bataqlıqdan necə çıxmaq haqqında düşünürük, amma nə fayda.

ümumiyyətlə elmi-fantastik deyəndə ağlıma hər şeydən əvvəl solaris filminin gəldiyi janr. ondan başqa sci-fi tanımıram, tanımayacam da

Qadın alimlərin kəşflərini kişi həmkarlarının adından təqdim edərək, qadın alimlərin nailiyyətlərini qəbul etməməyin adıdır.Leksikona ilk dəfə Elm tarixçisi W.Rossiter tərəfindən 1993-cü ildə daxil edilib. Qəribə olsada yaxın keçmişə qədər akademik dünyada belə qadınlara qarşı münasibət bundan artıq deyildi.

Hararinin kitablarına bir göz atmağı tösviyyə edirəm.Gələcəkdə adını daha çox eşidəcəyimizi düşünürəm.Süni zəka və alqoritmlərin gələcəyi ilə bağlı fikirləri çox pessimist bir mənzərə yaradır, amma böyük ehtimal zaman haqqlı olduğunu göstərəcək.

Qiymət öyrənmək üçün günlərlə uğraşmanız gərəkən təhsil müəssisəsi.Heç bir halda qiymətlə bağlı suallara cavab vermədiklərini sonunda başa düşmüş oldum.Tutdurublar ofisə gəlib koordinatorla görüşməlisiniz.

Bu ilki Eurovision təmsilmiçiz.Performansının necə olacağı maraqlıdır mənə.Mahnını bəyənirəm, ifasıda ortalamadan yaxşıdır.Belə mahnılar eurovisionda sevilir adətən, sıralamada yaxşı bir yer qazanmaq şansı ola bilər.

Tarix kitablarından Qızılbaşlar adı ilə yaddaşımda yer edən təriqətin yaratdığı dövlət.İşin qəribə yanı bunların davamı olan alevilər bu gün qızılbaş etiketini özlərinə təhqir olaraq görürlər.

Alfonso Cuaronun ən yaxşı filmi olduğunu düşünürəm.Rejissorun bir çox möhtəşəm filmləri var, amma Gravity tamam başqa bir yerdədir mənim üçün.Ssenari, kinematoqrafiya, aktyorluq və s. Hər şey mükəmməldi bir sözlə.Bu filmi bəyənənlərə rejissorun Children of men adlı filmini də izləməyi tövsiyyə edirəm.

Bir dövrün gəncliyinə müsbət yöndə təsir etdiyini düşünürəm.Gərək mahnıları, gərək kitabları bizim cəmiyyət üçün hər cəhətdən yeni idi məncə.Bir dəfə avtobusda yaşlı bir kişinin birinci addımı oxuduğunu gördüm, onda başa düşdüm bu insanın necə böyük bir kütlə tərəfindən sevildiyini.

Türk youtuberlər içində sözsüz ən fərqli insandı.Özümü inkişaf etdirmək üçün motivasiya tapmaq baxımından çox ciddi təsiri oldu mənə son 5 ildə.İzləməyə başlayanda cəmi 20 min civarında abunəsi vardı.İndi 5 milyona yaxınlaşır.Düzdü son zamanlar videoları məzmun cəhətdən bir az sadələşib amma buna da şükür.

Bu il Eurovisionda maraqlı musiqilər var.İndidən bir neçə ölkənin ifasını maraqla gözləyirəm.Ümid edirəm koronavirusa görə digər tədbirlər kimi bunuda təxirə salmazlar.Facebook səhifələrində bununla bağlı qərarı bir neçə günə açıqlayacağlarını yazmışdılar.Gözləyib görəcəyik.

Deyəsən bu cür xəyal qırıqlığını insanlar sonuncu dəfə lost serialında yaşamışdı.İllərlə insanlarda yaratdığları gözləntinin haqqını final bölümündə verə bilmədilər.Çox pis deyildi əslində, amma milyonlarla insanın illərlə izlədiyi bir işə daha gözlənilməz bir son yaraşardı.

Deyilənə görə qara dəliyin ətrafına kəskin yaxınlaşan bir cism çəkimin təsirindən uzunsov bir forma alıb molekullarına parçalanır.İndiyə qədər hansısa bir filmdə bunun səhnələşdirilməməsi maraqlı haldı.

Tələbəsi olduğum lənət universitet.Bu universitetin hüquq fakultəsindən uzaq durun, çünki müəllimləri insanı dəli edirlər.Fakultədə 5-ci ilimdi.Virus sayəsində bir az da uzanacaq deyəsən..

İngilis dili öyrənmək istəyənlər üçün tövsiyyə edəcəyim serialdır.Dialoqların sadəliyi, məzmunu tam ingiliscəsini inkişaf etdirmək istəyənlər üçündür.Mənə çox faydası olmuşdu zamanında.

Videoları bu günlərdə qarşıma çıxır bu xanım qızımızın.Videoları maraqlıdı, izlətdirir.Bir də bu işlə peşəkar olaraqmı məşğuldu ondan əmin deyiləm.Videoların rəng editi çox peşəkar görünür çünki.