Toğrul Ələkbərov

TƏQİBLƏR

1

TƏQİBÇİLƏR

11

Müəllim o gün yenə maşınla gedərkən qəza eləyib sonrada dava salıb camaatı döyürmüş.Cəmiyyət olaraq belə insanları başımıza çıxartmağı o qədər sevirik ki, belə vəziyyətdə belə susuruq.Şərhdədə bir qrup xiyar ürəyinə qurban yazır hələ.

Öyrənməyin. Bu lənət ölkədə rus dili bilmirsinizsə əgər heç kim ingiliscə bilib bilmədiyinizə baxmayacaq.Hansı müsahibəyə girirəm ieltsim ola ola rus dilinə görə kəsilirəm.Birinci rus dilini həll edin, ingilis dilin sonra.Avropa deyil bura.

Mən şəxsən bu adamın bu qədər böyüdülməsini doğru hesab etmirəm.Belə insanların cəmiyyətə qatdığı bir şey yoxdu, sadəcə öz ciblərinin dərdindədilər.Dahi falanda deyil.Hər şeyi özü edirmiş kimi davranmaqla şirkətlərində işləyən mühəndislərin əməyini istismar edir məncə.O gün yenə xəbər yayılıb teslanın patentlərin hər kəsə açıq formaya salıb.Halbu ki, o texniki nailiyyətlərdə özünün heç bir payı yoxdur.Ən azından bunun qərarın o patentləri almaqda əməyi keçən mühəndislər verməli idi.

Kim nə deyir desin, amerikada son baş verən hadisələr nə qədər kapitalizmin gəldiyi nöqtəyə bir etiraz olsada əslində kapitalizmin öz içində necə effektiv sistem olduğunu yenidən gözlər önünə sərdi.Bir həftənin içində onlarla şirkət bu hadisələr üzərindən öz marketinq kampaniyalarını yenilədilər.Hadisələrlə bağlı nə qədər t-shirtlər və s. çoxdan satışa çıxıb.Bundan belə pul qazanmağın yolunu tapdılar yəni.Kapitalizmin meta-ya çevirmədiyi bir ümidlərimiz qalmışdı, buda belə getdi.

İn time filmini yaxın vaxtlarda izləmişdəm.Film keyfiyyətli deyildi amma yadda qalan olduğunu deyə bilərəm. İçində maraqlı metaforalar var idi. Xüsusən ilk 20 dəqiqəsi çox maraqlı idi.Amma hekayə irəllədikcə korlandı.Sonluq isə heç yaxşı deyildi.

Köhnə Gamesap üzvlərinin yaratdığı texnologiya xəbərləri portalıdır.Əvvəl təkcə facebook səhifələri var idi.Əsasən texnoloji faktlar və s. paylaşımlar edirdilər.Sonradan sayt falan açdılar.Səhifələrindəki ilk şəkillərə baxanda aydın olur ki, səhifə əvvəl düşük zarafatlar və dini statuslar paylaşılan bir yer olub.Sıfırdan başlamaqdansa adını dəyişib davam ediblər yəgin.

Hazırda dünyada ən məhşur və istifadəsi ən yayğın kriptovalyutalardan biridir.Yaradılması və mübadiləsi hər hansı bir mərkəzdən asılı deyil.

Başqa bir adıyla da virtual pul deməkdir.

Azərbaycanda keyfiyyətli xidmət göstərən tək-tük reklam agentliklərindən biridir.Ən bəyəndiyim işlər adətən bu şirkətdən çıxır.Bloqlarındada çox faydalı yazılar olur sahəylə əlaqədar.

Amerikada yaşayan Azərbaycanlı dizayner və jurnalist. İlk dəfə Belə belə işlər səhifəsinin videosu sayəsində tanımışdım.Sonra bir az araşdırdım, host qrupunun yaradıcısı imiş eyni zamanda.İnstagramda izləyirəm indi, maraqlı adamdı.

Birinci sezonunu zamanında izləyib niyə bu qədər sevildiyini başa düşməmişdim.Serial klişelər toplusudu başdan sona.Ssenarisindədə məntiqsiz boşluqlar var.İzləməyə dəyməz qısası.

Azərbaycanın ilk universiteti.sovet vaxtında kirov adına azərbaycan dövlət universiteti adlandırılsa da müstəqillikdən sonra rəsulzadə adına bakı dövlət universiteti adlandırılmış sonradan rəsulzadənin adı da götürülmüşdür.universitet ilk tədris ilini 2 fakültə ilə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başlamışdır.hazırda isə bakı dövlət universitetdə 17 fakültə fəaliyyət göstərir və bu fakültələrdə müxtəlif elmi istiqamətlərdə bakalavr pilləsində 55 ixtisas, magistratura pilləsində isə 153 ixtisas üzrə mütəxəssislər hazırlanır.təxminən 18000 tələbəsi var..universitetin hal-hazırda bağlı olan əsas girişinin qarşısında qara daş üzərində "burada azərbaycan xalqının böyük mütəfəkkiri azərbaycan demokratik respublikasının banisi məmməd əmin rəsulzadənin heylkəli qoyulacaqdır" yazısı ilə durmaqdadır..bu yaxınlarda universitetin adı dəyişdirilərək heydər əliyev adına qoyulması müzakirə olunsa da müzakirə olaraq qalmışdır..

Uzun müddət replərini dinlədiyim adam. İndi belə baxanda, köhnə mahnılarınnan çox, yazdığı kitablar daha cəlbedici gəlir mənə.Birinci addım, Evakuasiya, A romanını oxumuşdum tələbə vaxtı.İndi bilmirəm harada nə ilə məşğuldu.

Synaps production tərkibində fəaliyyətini davam etdirən Azərbaycanlı reper.Əsl adı Şəhriyardır.Və bir də, sarışan hallar kimi maraqlı treklərin müəllifidir.

Məktəb vaxtı kəşf etdiyim qrup.O zamanlar internet indiki kimi deyildi.Musiqi dinləmək başlı başına problem deyildi.Məcbur internet kluba gedib albomları endirib usb flasha atıb evə gətirirdim.Bəlkə də indiki kimi asan olmadığından daha zövqlü idi o vaxtlar musiqi dinləmək.

Bu gənci bir neçə ildi youtube-dan tanıyıram.Əvvəllər çox yaxşı videolar çəkirdi sonradan izlənmə artsın deyə korladı işləri.Keçən ilk bakıda universitetə qəbul olub, bəzən görürəm elmlərdə.Gözümüzün önündə böyüdü uşaq.

Ərgənlərin yeni hobbisi.Yerindən duran bir iki kitab oxuyub özünü ateist elan edir.İki eşşəyin arpasın bölə bilməyən adamların oturub tanrı varmı yoxmu deyə müzakirə etməsi gülməli situasiyadır.

Facebook sayəsində tanıdığım siyasi aktivist.Bu aralar məlum hadisə ilə əlaqədar gündəmdədir.Hər şeyə rəğmən belə gənclərə ehtiyyacımız olduğun düşünürəm.Ən azından çoxlarının dilə gətirə bilmədiklərin dilə gətirdikləri üçün.

Səhv etmirəmsə 2016-cı ildə dağılan musiqi topluluğu.Bu gün tanınan bilinən bir çox reperi qazandırıb azrapa.Zənnimcə Madhouse-un dağılmasından elə ən çox üzvləri zərər gördü.

Azərbaycanda tək-tük keyfiyyətli iş görən youtuberlərdən biridir.CVN kanalına keçdikdən sonra videoların keyfiyyəti dahada yüksəldi.Kinozavr verlişi maraqlıdır, heç bilmədiyimiz filmlərdən xəbərimiz olur sayəsində.

Əvvəllər playlistimdə ən azı 10 treki olurdu.Sonradan tərzimi dəyişdi nə treklər əvvəlki kimi ləzzət etməməyə başladı.Köhnə treklərin yenə ara sıra açıb dinləyirəm amma artıq əvvəlki Okaber deyil.