İnternetdə hər qarşınıza düşən iş elanına müraciət etməyin.İş axtarmağında müəyyən qaydaları var.İş təcrübənizə uyğun olmayan, heç bir yetkinliyinizin olmadığı vakansiyalara müraciət edəndə o şirkətlər sizi qara siyahıya salır.Bu da o deməkdi ki, gələcəkdə sizə uyğun vakansiya olsa da, şirkət müraciətinizə baxmayacaq artıq.Öz yolunuza daş qoymayın.

Əgər ilk dəfə iş görüşməsinə gedirsinizsə böyük ehtimal uğursuz keçəcək.Ona görə iş axtarkən cv formanızı ilk öncə maraqlanmadığınız işlərə göndərərək əvvəlcə həmin şirkətlərin müsahibələrinə getməyi məsləhət görürəm.Burada qazandığınız təcrübə növbəti müsahibələrdə çox köməyinizə çatacaq.

Bu ilin əvvəlindən öyrənməyə çalışdığım sahədi.Başlarda çox qarışıq gəlirdi hər şey alışıram yavaş yavaş deyəsən.Onu deyə bilərəm ki, kitab tapmaq çox böyük problemə çevirilib sahəylə bağlı.Xüsusən ingilis diliniz yoxdursa inkişaf etmək olmur.Udemy-dən dərsliklərlə irəlləməyə çalışıram, xeyli faydasın görmüşəm hələ ki.

Promouter vakansiyası

https://boss.az/vacancies/155529

Az qala 2 aydı evdən işləyirəm.Müşahidə etdiyim bəzi məqamlar var. Deməli birincisi özünüzü disiplinə salın bir yolla.Başlarda vaxtında yatıb oyanmaqda çətinlik çəkirdim, sonradan tənzimlədim.İş zamanı bir az görünüşünüzə əl gəzdirin.Bu işə fokuslanmağa xeyli kömək edir.Mümkünsə iş mühitinizi səs küydən uzaq bir yerdə yaradın.Lazımsız əşya və cihazlarıda diqqətinizi dağıtmamanız üçün ortalıqdan qaldırın. Və bir də yediniyizə içdiyinizə diqqət edin, yoxsa kilo almaq qaçınılmaz olur.

Əgər maraq dairənizə dair bir kanalınız varsa və pul qazana bilirsinizsə dünyanın ən bomba hissi ola bilər.İnsanın sevdiyi mövzulardan söhbət edib bir də ayın sonunda pul qazanmağı möhtəşəm bir şey olsa gərək.

İşsizlik dövründə araşdırmağa başlamışam nədir nə deyil deyə.Qarşıma çox sayda reklamlar çıxırdı bununla bağlı.İlk baxışdan yaxşı sahə kimi görünür amma əmin deyiləm.Bir də mənim kimi bakalavr diplomu mühəndisliklə bağlı olan birisinin bu sahədə tutunmaq şansı varmı, bu barədə yazan olsa əla olar.

İndi internetdən hər şeyin öyrənilə bildiyi bir dövrdə yaşayırıq.Ona görə kurslara pul tökmək yerinə Youtube, Udemy kimi yerlərdə dərslərə baxmaqla başlamağınızı tövsiyyə edirəm.

Lakin, daha öncə niyə dizayner olmaq istədiyinizi dəqiqləşdirməlisiniz.Dizayn yaradıcılıq və daimi inkişaf tələb edən sahədi.Sırf maaş xətrinə bu sahəyə yönəldiyiniz təqdirdə böyük ehtimalla bir müddət sonra bu sizin üçün əzaba çevriləcək.Təkcə kompyuter qarşısında uzun saatlar keçirtmək belə gördüyü işə marağı olmayan bir insanın uzun müddət qatlana biləcəyi bir şey deyil.

Mümkün qədər aktual və tətbiqi sahələrə yönəlmək lazımdır.Sosial elmlərdən məzun olanların yaxın 10 ildə işsiz qalmaq ehtimalı yüksəkdi.Xüsusən bizim kimi ölkələrdə, mühəndislik sahələrinə yönəlmək daha məntiqlidir.Oxuya bilirsinizsə əgər yaxşı bir universitetdə computer science oxumağa çalışın.Oda alınmırsa maşın mühəndisliyi, inşaat mühəndisliyi və s.Yox əgər mənim tanışım var onsuz işim hazırdı deyirsinizsə kefinizə baxın..

Siz siz olun iş görüşməsinə getdiyiniz şirkəti öncədən bir araşdırın.Ən azından nə işlə məşğul olduğunu, pozisiyanız üçün hansı tələbləri olduğunu dəqiqləşdirin.Yoxsa bunları öyrənənə qədər baxacaqsınız 2 aydı ancaq müsahibəyə gedirsiniz.