Hər şeyin onlayn formada öyrənilə bildiyi bir dövrdə yaşayırıq.Təhsil sistemindən gileylənmək artıq çox böyük tənbəllik bəhanəsi kimi gəlir mənə. Ətrafımda ali təhsilli olmayan və ya başqa sahədə təhsil almış amma özünü inkişaf etdirib indi fərqli və çox yaxşı peşələrdə çalışan bir sürü insan var.Bu günün dünyasında təhsil sistemi sənayenin ehtiyyacların qarşılamır.Bu bütün dünyada belədi.Ona görə özünüz öz əlinizdən tutmalısınız.

İçi boş olsa belə soyuducunun hər zaman işləməsi.

Neyniyirsiz edin universitet ortalamanızı yüksək tutmağa baxın.3-dən aşağı ortalama ilə Avropada və ya Amerikada oxumaq çətin məsələdir.Bu da yetərli deyil üstəlik.İelts və ya alternativ sertfikatlar üzrə yüksək ballar almalısınız.

Ümumiyyətlə xaricdə təhsil planınız varsa universitetin son 2 ilini buna ayırmağınızı tövsiyyə edirəm.

yaz- yaz bitmeyen şeylerdi. eger her kesin siqaret cekdiyi telebe evinde qalirsansa, butun esyalar potensial kulqabi rolundadi. bayaq tamat yemek isteyirdim icinnen camel kotuyu cixdi. omru boyu tamat yemerem yeqin ki.

qabları heç vaxt vaxtında yumamaq, 25 yaşa xas olan sorumluluqları 17 yaşından etibarən həyata keçirmək. bir tələbənin gələcəkdə yada salacağı xatirələri gənəldə tələbə evində yaşanar. qab yumalısan, təmizlik etməlisən, yemək bişirməlisən, paltar yumalı və kommunal xərcləri qarşılayıb aylıq bazarlıq etməlisən. az gəlirinlə çox gidərini qarşılamalısan. tələbə evləri gənəldə səs küylü olar, qonşular səni sevməz, sən dəməqoysan, dərsdən gəlib corabını çaynikin qulpuna belə keçirdə bilərsən, axşamüstü pes və ya fifa turniri, gecəni səhərə bağlayan saatlarda isə məşhur seriallarına baxarsan. 2, 3 saat yatıb yatağını dağınıq buraxıb çaynikdən corabını çıxararsan ama tayını tapabilmərsən, çünki tayı ev yoldaşının burnunun deşiyindədi. geyinib dərsə gedərsən. dərsdə yuxuna qaldığın yerdən davam edərsən, imtahan həftəsində kitabları açarsan ama keçən 3 saat içində 15 səhifə toplamda oxumazsan, çünki internetin pulunu həmişə vaxtı vaxtında ödəyən sorumlu bir tələbəsən sən. neyniyirsiz edin, bir dənə universitetinizi vaxtı vaxtında bitirin, geridə sadəcə 4, 5 ilin memoryləri qalsın

Kombi artıq pul yazmasın deyə duş üçün 5 dəqiqəlik limit qoyardıq.Limit dolandada duşun ortasında anidən soyuq su gəlirdi.

Universitet mühitinin insana qazandırdığı ən yaxşı şey keyfiyyətli dost çevrəsidi fikrimcə.Hələ yaxşı universitetdə oxuyursunuzsa gələcəyiniz üçün çox yaxşı əlaqələr qurmaq fürsətiniz olacaq.Dəyərləndirin.

Sıfırdan öyrənmək üçün listening, speaking, reading, writing, grammar ardıcıllığı ilə irəlləmək ən yaxşı yoldur.Körpə uşaqlarda ana dilini bu cür öyrənir.Ən azından yoxlamağınızda fayda var.

Bir az bazanız varsa əgər, xarici serial və filmlərə alt yazı ilə baxa bilərsiniz.Ancaq fikrinizi danışıqlara və ifadələrə verməlisiniz.Bir müddət sonra isə ingiliscə alt yazıya keçid edib özünüzü inkişaf etdirə bilərsiniz.İndi internet dövrüdü, başa düşmədiyiniz sözlər üçün Google translate var.Urban Dictionary-də bu baxımdan faydalıdır.Çətin sözləri sadə ifadələr və dialoqlarla başa salır.

Bu universitetin müəllimlərinin hansısa pedaqoji təhsili olduğuna inanmıram.Karantin müddətində vəziyyəti idarə etmək qabiliyyətləri sıfır.Tələbələrin problemləri ilə heç kim maraqlanmır.Ən azından bizim fakultədə belədi vəziyyət.Dərs keçməyə keçməyə imtahanlarda tələbələri sıxışdırırlar.Universitet rəhbərliyi nəzərə almalıydı ki, bu prossesin idarəsi fakultələrin öz ixtiyarı çərçivəsində baş versə belə problemlər çıxacaq.

Coğrafiyadan dərs deyən müəllimənin sekulyar dövlətin nə olduğunu, hər şəhərin öz gerbi və bayrağı olduğunu, Koreya yarımadasının indoneziyada yerləşdiyin sanması, fəlsəfə müəlliminin pir-ocaq macəraların danışması və bunun kimi çoxlu qeyri-peşəkar müəllimləri gördükdən sonra çox keyfiyyətsiz yer olduğun anladığım universitet. Pedaqoji savadlarını olmadığını anladıq, heç olmasa öz ixtisaslarını doğru düzgün mənimsəsələrdi.