Tanıdğım dizaynerlərin əksəriyyəti buradan məzun olub.Tədrisin keyfiyyətin bilmirəm amma qiymətləri çox bahadır. İnternetdən hər şeyi öyrənməyin mümkün olduğu bir dövrdə bura pul tökmək çoxda ağıllı fikir deyil məncə.

təhsil portalıdır. kurslar xəbərlər, təqaüd imkanları haqda məlumat almaq olar.

Youtubeda ən sevdiyim kanallardan biridir.Kanaldakı şəxsləri, onların videoların çox bəyənirəm.Ümumiyyətlə Azərbayacan ortalamasından keyfiyyətli işlər görürlər.

Danışığından başa düşmək olur ki, dar düşüncəli çoxda bir dərinliyi olmayan insandı.Amma ən azından digərlərinin əksinə xoş niyyətlə birşeylər etməyə səy göstərir.Bilmək olmaz nə dərəcədə səmimidir, amma olmayan yerdə bu da birşeydi yenə.

Bir müddət əvvəl intim videosu yayıldığı iddia edilən Azərbaycanlı "model".Uzun bir müddət ölkə gündəmini məşğul etdi sağolsun.

Mən bu uşağı təqdir edirəm.Çəkdiyi videolar məzmun baxımından enes baturdan heçdə geri qalmır.Axmaq-axmaq challenge-lar, bu gün oksigensiz qaldıq tipli videolardı.Yaşının azlığına verib, gələcəkdə daha keyfiyyətli işlər görəcəyinə ümid edək.

Çox peşəkar akademiyadır.Facebook səhifələrində bütün günü peşəkarlığdan danışıb, iki postu səhvsiz paylaşa bilmirlər.Dünəndə eyni postu silib yenidən paylaşdılar, səhvin nədə olduğunuda anlamadım.

Yaxın çevrəsinin facebookda etdiyi paylaşımlardan sonra yerində olsam intihar etmək yerinə üzlərinə tüpürüb həyatıma davam edərdim.Facebookda yazdığı statusda intiharında Nurlanıda günahkar hesab edib.

Burada bir ilə yaxın bir müddət təhsil almış və 2 dəfə proqram dəyişdirmiş biri kimi deyə bilərəm ki, təhsil keyfiyyəti yaxşıdı.Amma qiymətlər təbii ki çox bahadır.Hər kəs üçün daha əlçatan olmalıdır.Mənim bəyəndiyim tərəfi tələbələrə peşəylə əlaqədar bacarıqlardan əlavə iş həyatı və karyera ilə bağlı bacarığlarınıda inkişaf etdirməyə şərait yaratmalarıdır.

Azərbaycanda keyfiyyətli xidmət göstərən tək-tük reklam agentliklərindən biridir.Ən bəyəndiyim işlər adətən bu şirkətdən çıxır.Bloqlarındada çox faydalı yazılar olur sahəylə əlaqədar.