Aqnostisizm tanrının varlığının və fövqəltəbii qüvvələrin bilinməsinin qeyri-müəyyən olduğunu irəli sürən cərəyandır.

Filosof Uliam Rou aqnostisizmi belə tərif edir, "aqnostisizm insan ağlının tanrının varlığının və ya yoxluğununun rasional əsaslarla isbatlanma kifayətliliyindən aciz olduğunu qəbul edən bir fikirlər bütünüdür."

aqnostizm ikiyə bölünür : teist aqnostizm və ateist aqnostizm. teist aqnostizm deyir ki, tanrı böyük ehtimalla var ancaq olmaya da bilər, ateist aqnostizm isə tam tərsini deyir. bir növü daha var ki əşşi maa nə varsa var yoxdusa yoxdu deyir. müsəlmanlar qısaca ateist adlandırır, ateistlər isə deistin qardaşı elan edir bu fəlsəfənin insanlarını. bir də tənbəl ateist elan edənlər var ki onlara deyəcək söz tapmıram. teist aqnostik olaraq bunu deyə bilərəm ki, 90% ehtimalla qəbul etdiyim tanrının sami dinlərinin ortaq allahıyla bir əlaqəsi yoxdur. mənim inandığım tanrı sadəcə dünyanın yaradılışında rol oynayıb, nə kitabları nə də elçiləri yoxdur. bu tanrı təbiət adlandırdığımız mövhumun özü də ola bilər təbii ki ancaq yaradılışda bir gücün olduğunu məncə hamı qəbul etməlidir.